Portal:Bəhailik/Şəxsiyyət Haqqinda Melumat - Vikipedia

Portal:Bəhailik/Şəxsiyyət Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Bəhailik/Şəxsiyyət

Bəhaullah - hazırda dünya dinlərindən biri olan Bəhai dininin banisidir. "Bəhaullah" ərəb dilində (بهاء الله‎,) "Allahın Nuru, Cəlalı, İzzəti" mənasını bildirir. Bəhaullah öz yazılarında və kütləvi çıxışlarında özünü bütün dövrlərin vəd olunmuşu, Hind soyundan sayılan dini təlimlər Hinduizm, BuddizmZərdüştilik, həmçinin İbrahimi dinlər olan Yəhudilik, Xristianlıqİslamda zühuru vəd olunan şəxs olmasını iddia etmişdir və bu inanc Bəhailiyin təməlini təşkil edir. Hazırda dünyada təqribən 5 milyondan yuxarı bəhai var.

Bəhaullah öyrədirdi ki, bütün insanlıq eyni növdən, eyni irqdəndir, "tək bir Allah var, bütün dinlər eyni bir Allahdan göndərilib və artıq zaman yetişib ki, bütün bəşəriyyət öz birliyini etiraf etsin və birləşsin". Onun İlahidən vəhy alması iddiası tezliklə İranın və Osmanlının hakim dairələrinin göstərişi ilə onun təqibi, sürgünü və həbsi ilə nəticələndi və bu, həyatının sonunadək 40 il müddətində davam etdi, hansı ki, onun Osmanlının Əkka şəhərində vəfatı ilə başa çatdı. Bəhaullahın 40 il ərzində qələmindən çoxlu sayda yazılar çıxmışdır. Onların arasında ən məşhurları Kitabi-Əqdəs (Ən Müqəddəs Kitab), Kitabi-İqan (Yəqinlik kitabı), Kəliməti-Məknunə (Gizli Kəlamlar) oldu.

Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Saytda 205 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024