Portal:Balet/Seçilən məqalə
Yeddi Gözəl — Qara Qarayev tərəfindən 1949-1952-ci illərdə bəstələnmiş balet. Dörd pərdəli baletin librettosu XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin 1197-ci ildə tamamladığı "Yeddi gözəl" poeması əsasında İsmayıl Hidayətzadə, Yuli Slonimski və Sabit Rəhman tərəfindən yazılmışdı. İlk səhnələşdirmənin xareoqrafı Pyotr Qusevdir. Baletin premyerası 6 noyabr 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilmişdir.