Portal:Bern/Bernlilər Haqqinda Melumat - Vikipedia

Portal:Bern/Bernlilər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Bern/Bernlilər

Ferdinand Hodler (alm. Ferdinand Hodler‎; d. 14 mart 1853, Bern, İsveçrəö. 19 may 1918, Cenevrə, İsveçrə) — XIX əsrin ən məşhur İsveçrə rəssamlarından biri idi. Əsərləriylə ekspressionizm sənətçilərinə böyük ölçüdə təsir edən şəxslərdən biri olmuşdur.

Hodler 1853-cü ildə Berndə altı uşağın ən böyüyü olaraq dünyaya gəlmişdir. Atası Jan Hodler az pul qazana bilən bir dülgər idi. Anası Marqerit isə əslən kəndli bir ailədən idi. Səkkiz yaşına gəldiyində atasını və iki qardaşını vərəm xəstəliyi nəticəsində itirdi. Anası bir dekorativ rəssam ilə ikinci dəfə evləndi. Lakin 1867-ci ildə o, da vərəmdən vəfat etdi. Hodlerin ailəsini itirməsinə səbəb olan xəstəlik onda güclü bir ölüm şüuru meydana gətirdi.

Hələ on yaşında ikən ögey atasından dekorativ rəsmlər haqqında təhsil aldı. Ardından Tun şəhərinə – yerli rəssam olan Ferdinand Sommerdən təhsil almaq üçün göndərildi. Hodlerin erkən dövr işlərinin əksəriyyəti dükanlara və turistlərə satılan mənzərə rəsmləri idi. 1871-ci ildə bir rəssam olaraq işləmək üçün Cenevrəyə köçdü. Orada fransız mənzərə rəssamı Korotun yoldaşlarından Bartelemi Mennin yanında çalışdı. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Saytda 191 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024