Portal:Cənubi Azərbaycan/Mədəniyyət Haqqinda Melumat - Vikipedia

Portal:Cənubi Azərbaycan/Mədəniyyət Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Cənubi Azərbaycan/Mədəniyyət

Ərk qalası - Təbriz şəhərində yerləşir. XIII əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Əlişah tərəfindən tikdirilib. İranda "Mədain sarayı"na bərabər tutulan Təbriz Əlişah qəsri (Ərk qalası) öz dövründə dünyanın ən böyük müsəlman tikilisi olmuşdur. Bu əzəmətli bina Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilmişdir. Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilmiş, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olmuşdur. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan xəsarət almışdır.


Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024