Portal:Ermənistan/Siyasi xadim Haqqinda Melumat - Vikipedia

Portal:Ermənistan/Siyasi xadim Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Ermənistan/Siyasi xadim

Stepan Şaumyan
Stepan Şaumyan

Stepan Georgiyeviç Şaumyan (13 oktyabr 187820 sentyabr 1918) XX əsrin əvvəlində Qafqazda fəaliyyət göstərmiş erməni əsilli inqilabçı və siyasi xadim, 1900-cü ildən kommunist partiyasının üzvü, 31 mart 1918-ci il Bakı qırğınlarında azərbaycanlıların kütləvi şəkildə öldürülməsinə rəhbərlik etmiş şəxs. Məzarı SSRİ dövründə Hindistan ərazisində tapılmışdır. Stepan Şaumyan 1878-ci il oktyabr ayının 13-də Tiflisdə işlər müdürü köməkçisinin ailəsində anadan olmuşdur. 1898-ci ildə Tiflis real məktəbini bitirmişdir. 1899-cu ildə indiki Ermənistan ərazisində ilk marksist dərnəyini təşkil etmiş, 1902-ci ildə orada sosial-demokrat birliyini yaratmışdır. 1902-ci ilin sonunda Almaniyaya mühacirət etmişdir. Berlində Fridrix-Vilhelm Universitetinin fəlsəfə fakültəsini bitirmişdir (1905). Karl Marks, Fridrix EngelsLeninin əsərlərini erməni dilinə tərcümə etmişdir. Təhsilini başa vurduqdan sonra Gürcüstana qayıtmışdır. Orada müəllim işləmiş və bolşevik təşkilatının rəhbərlərindən biri olmuşdur. 1914-ci ildə Bakıya gəlmiş, bolşevik təşkilatının Bakı Komitəsinin yaradılmasında iştirak etmiş və rəhbərlərindən biri olmuşdur. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024