Portal:Gəncə/Muzeylər Haqqinda Melumat - Vikipedia

Portal:Gəncə/Muzeylər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Gəncə/Muzeylər

Ziyadxanovlar mülkü - Azərbaycanın Gəncə şəhərində yerləşir. Bina XIX əsrdə tikilmişdir. Hazırda burada Tarix-Diyarşünaslıq muzeyi yerləşir. Bu bina Cavad xanın nəticəsi İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olub. Cavad xan Gəncənin axırıncı müstəqil xanı idi. Gəncə əyalətində irsi olaraq müstəqil hökmranlığa malik idi. Adil xan və İsmayıl xan Ziyadxanovlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi. Adil xan ADR-in dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olmuş ADR-in süqutundan sonra isə Türkiyəyə mühacirət etmişdi. Gəncənin milis rəisi olan İsmayıl xan isə 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnib. Onların şəxsi mülkü olan bina da bir çox binalar kimi sovetlərin əlinə keçib. Sovet dövründə burada bir çox idarə və təşkilatlar yerləşib. Bina bu gün də Cavad xanın eləcə də ADR-in varisi kimi canlı bir tarix olaraq öz əzəmətini qoruyub saxlayır. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024