Portal:LGBT/Görkəmli şəxsiyyət-arxiv Haqqinda Melumat - Vikipedia

Portal:LGBT/Görkəmli şəxsiyyət-arxiv Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:LGBT/Görkəmli şəxsiyyət-arxiv

Anton Hüsen və ya Haysen (ing. Anton Hysén; 13 dekabr 1990, Liverpul, İngiltərə) — İsveç futbolçusu, Utsiktens klubunun 3-ü divizionunda oynayır. Antonun atası Qlenn bir neçə milli və beynəlxalq oyunların qalibi idi, onun qardaşları Tobias və Aleksandr professional futbolçulardır.

Gənc yaşlarında Hüsen əvvəlcə Torsland və Lundby klublarında oynayırdı. Daha sonra o, İsveçin 17 yaşadək milli komandasının üzvü və BK Hacken klubunun gənclərdən ibarət qrupuna daxil oldu. Gənc oyunçu statusunu itirdikdən sonra, o 2009-cu ilin yayında İsveçin Utsiktens komandasının 4-cü divizionuna qatıldı. Orada o ilk dəfə olaraq ikinci komanda üçün oynadı.

2010-cu ildən Hüsen müvəqqəti olaraq atası tərəfindən çalışdırılaraq ilk konkurent komandasının heyətində çıxış edirdi. 2011-ci ilin sonunadək Anton bu komandanın tərkibində oynayırdı və bundan sonra o həmçinin ABŞ-nin bir sıra klublarından təklif aldı. Məqaləni oxu…


Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024