Portal:LGBT/Mətbuat-arxiv Haqqinda Melumat - Vikipedia

Portal:LGBT/Mətbuat-arxiv Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:LGBT/Mətbuat-arxiv

Gay Times (2007-ci ildən — GT) — Böyük Britaniyanın homoseksual və biseksual auditoriyasına yönəlmiş ən populyar jurnal. 1975-ci ildən bəri hər ay buraxılır.

Gay Times (GT) jurnalı Millivres Prowler Group Ltd tərəfindən dərc olunur. Gay Times jurnalının ilk nömrəsi Lyuis Mennonun posteri ilə birlikdə 1984-cü ildə buraxılmışdı (başlanğıcda Gay Times 1975-ci ildə yaradılmış HIM jurnalının tərkib hissəsi idi).

Millivres Prowler şirkəti həmçinin lezbiyan auditoriyaya yönəlmiş Avropanın aparıcı aylıq DIVA jurnalını, habelə transgender icması üçün META rəqəmsal jurnalını dərc edir. Bundan başqa onlar PinkPaper.com LGBT onlayn-xəbər brend saytının sahibidirlər.

Gay Times ilin sonunda baş vermiş 13 ən əsas hadisələri dərc edir. Jurnalın əsas rubrikaları müsahibə, xəbər, musiqi, film, ədəbiyyat, moda və səyahət kimi maraqlı bölmələrdən ibarətdir. Burada həmçinin həyat tərzi, reklam, eskort və məsləhət xidmətləri də daxil olmaqla, böyük bir kataloq bölmə mövcuddur. Məqaləni oxu...


Saytda 51 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023