Portal:Liberalizm Haqqinda Melumat - Vikipedia

Portal:Liberalizm Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
[[[:Şablon:Fullurl:]] Redaktə] 
framless
framless
Portal:Liberalizm/Giriş

Liberalizmazadlıq, idarə edilənin razılığıqanun qarşısında bərabərlik anlayışlarına əsaslanan siyasimənəvi fəlsəfə. Liberallar müxtəlif fikirləri müdafiə edir, ancaq onlar əsasən azad bazar, azad ticarət, məhdud dövlət, fərdi hüquqlar (mülki hüquqlarinsan hüquqları buna daxil olmaqla), kapitalizm, demokratiya, sekulyarizm, gender bərabərliyi, irqi bərabərlik, internasionalizm, söz azadlığı, mətbuat azadlığıdin azadlığını dəstəkləyirlər. Liberalizmə ən çox uyğun gələn siyasi rəng sarıdır.

Liberalizm Maarifçilik dövründə ayrı bir siyasi hərəkata çevrilmişdir. Bu, həmin dövrün Qərb filosofları və iqtisadçıları arasında olduqca populyar idi. Liberalizm irsi üstünlük normalarını, dövlət dinini, mütləq monarxiyanı, kralların ilahi hüququnu və ənənəvi mühafizəkarlığı aradan qaldırmış, əvəzinə isə nümayəndəli demokratiyahüququn aliliyini təqdim etmişdir. Liberallar həmçinin, merkantilist siyasətə, kral monopoliyalarına və ticarətə qoyulan digər maneələrə son qoymuş, azad bazar və azad ticarəti populyarlaşdırmışdır. Filosof Con Lokk adətən liberalizmin banisi hesab edilir. O, sosial müqavilə anlayışında irəli sürmüşdür ki, hər bir şəxsin həyat, azadlıq və mülk haqqında təbii hüququ var və dövlətlər bu hüquqları tapdalamamalıdır. Böyük Britaniya liberal ənənəsi demokratiyanın genişləndirilməsini vurğulasa da, Fransa liberalizmi avtoritarizmin rəddini vurğulayır və milliyətçilik ilə yaxından əlaqəlidir.

1688-ci ildə baş vermiş Şanlı inqilabın, 1776-cı ildə baş vermiş Amerika inqilabının və 1789-cu ildə baş vermiş Böyük Fransa inqilabının rəhbərləri kral tiraniyasını aradan qaldırmağa haqq qazandırmaq üçün liberal fəlsəfədən istifadə etmişdir. Liberalizm Böyük Fransa inqilabından sonra sürətli şəkildə yayılmağa başlamışdır. XIX əsrdə AvropaLatın Amerikasında liberal hökumətlərin formalaşmış, Birləşmiş Ştatlardakı respublikaçılıq hərəkatına köklənmişdir. Termin Viktoriya dövrü Böyük Britaniyasında siyasi müəssisələrin tənqidi, xalq adından elmə və səbəbə yönəlmə kimi qəbul edilirdi. XIX əsrin axırları və XX əsrin əvvəllərində Osmanlı imperiyasında, o cümlədən Orta Şərqdə güclənən liberal cərəyan TənzimatƏl-Nəhda kimi islahat dövrlərinin baş verməsinə, eləcə də konstitusionalizm, milliyətçilik və sekulyarizmin yüksəlməsinə gətirib çıxarmışdır. Bu dəyişikliklər digər amillər ilə birlikdə İslam daxilində böhran hissi yaratmışdır, hansı ki, bu günə kimi davam edir və İslam dirçəlişçiliyinin yaranmasına səbəb olmuşdur. 1920-ci illərdən əvvəl liberalizmin əsas ideoloji rəqibləri kommunizm, konservatizmsosializm olmuşdur, ancaq bu siyasi fəlsəfə daha sonra liberalizmin yeni rəqiblərinə çevrilən faşizm, nasizmmarkizm-leninizm ilə böyük ideoloji qarşıdurmalar yaşamışdır. Liberal ideyalar XX əsrdə daha güclü bir şəkildə yayılmışdır, xüsusilə də Qərbi Avropada. Bunun səbəbi liberal demokratiyaların Birinci Dünya müharibəsində və İkinci Dünya müharibəsində qalib tərəf olmasıdır.

AvropaŞimali Amerikada sosial liberalizmin əsasının qoyulmasının sosial rifah dövləti anlayışının genişlənməsində böyük rolu olmuşdur. Liberal partiyalar indiki dövrdə də dünya boyunca əhəmiyyətli qüvvə və təsirə malikdir. Buna baxmayaraq, AfrikaAsiyada liberalizmə qarşı çıxılır. Müasir cəmiyyətin fundamental elementləri liberalizmə əsaslanır. Erkən liberalizm dalğaları iqtisadi fərdiyyətçilik anlayışını populyarlaşdırmış, eyni zamanda konstitusiyalı hökumətparlament səlahiyyətinin əhəmiyyətini artırmışdır. Liberallar söz azadlığı, birləşmək azadlığı, müstəqil və ictimai məhkəməaristokratik üstünlüklərin ləğvi kimi indiki dövrdə böyük əhəmiyyət daşıyan fərdi azadlıqları adi hala salmışdır. Müasir liberalizmin növbəti maarifçilik və mübarizə dalğaları mülki hüquqların böyüdülməsini hədəfləmişdir. Liberallar mülki hüquqların təmin edilməsi dalğası zamanı gender və irqi bərabərliyi müdafiə etmişdir. XX əsrdə baş vermiş lobal mülki hüquq hərəkatları hər iki hədəfdə böyük nailiyyətlər əldə etmişdir.

Redaktə 
framless
framless
Seçilmiş məqalə

Birləşmiş Millətlər Təşkilatının Baş QərargahıNyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun[ing.] rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17-18 akr (6.9-7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir.

Baş Qərargahda Baş MəclisTəhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır.

BMT-nin 15 ixtisaslaşmış qurumundan (UNESCO kimi) heç biri baş qərargahda yerləşmir. Lakin BMT Uşaq Fondu kimi bəzi "müstəqil köməkçi orqanlar"ın qərargahları buradadır.

Redaktə 
framless
framless
Seçilmiş şəkil
Boston çay qonaqlığı 16 dekabr 1773-cü ildə, ABŞ-ın Massaçusets ştatında yerləşən Boston şəhərində Böyük Britaniya hakimiyyətinə qarşı etiraz aksiyası. Aralarında hindli qiyafətinə girənlərin də olduğu etirazçılar Ost-Hind şirkətinin göndərdiyi bütün çay yüklərini məhv etmişdir. Onlar gəmilərə hücum etmiş, çayla dolu sandıqları isə Boston limanına atmışdır. Böyük Britaniya hökumətinin buna verdiyi cavab axırda Amerika inqilabı ilə nəticələnmişdir.
Redaktə 
framless
framless
Seçilmiş sitat
Lüdviq fon Mizes
" Liberalizmin hədəfi bütün insanların sülh yolu ilə əməkdaşlıq etməsidir. O, millətlər arasında sülhü də hədəfləyir. İstehsal vasitələri hər yerdə özəl mülkiyyət olanda və qanunlar, tribunallaradministrasiya xaricilərə və vətəndaşlara eyni şərtlər əsasında davransa, ölkənin sərhədlərinin harada çəkilməsinin əhəmiyyəti az olacaq. Heç kəs fəthdən hansısa bir mənfəət əldə edə bilməz. O, yalnız savaşaraq itki yaşaya bilər. Müharibə artıq sərfəli deyil. Qəsbkarlıq üçün heç bir səbəb yoxdur. Hər bir ərazinin əhalisi hansı dövlətə tabe olmaq istəməkdə və ya öz dövlətini qurmağı üstün tutmaqda azaddır. Bütün millətlər sülh içində, bir-birləri ilə yanaşı yaşaya bilərlər, çünki heç bir millət dövlətinin həcmi ilə bağlı narahatlılıq yaşamır.

Bu, təbii ki, sülh və demokratiya üçün çox soyuqqanlı və ehtirassız bir əsaslanmadır. Bu, utilitar bir fəlsəfənin nəticəsidir. Bu, kralların ilahi hüququnun mistik mifologiyası olmaqdan uzaq olduğu qədər təbii qanunun metafizikasından və ya insanın təbii və qeyd edilməmiş hüquqlarınından da uzaqdır. Bu, ümumi faydalılıq ilə bağlı mülahizələr əsasında yaradılmışdır. Azadlıq, demokratiya, sülh və özəl mülkiyyət yaxşı hesab edilir, çünki onlar insanların xoşbəxtliyini və təminatını təbliğ etmək üçün ən yaxşı vasitədir. Liberalizm insana qorxudan uzaq bir həyat vermək istəyir. Bu qədər.

Liberallar təxminən XIX əsrin ortalarında öz planlarını gerçəkləştirməyin ərəfəsində olduqlarına əmin idilər. Bu, bir illüziya idi.

"
Redaktə 
framless
framless
Bilirsinizmi
Redaktə 
framless
framless
Seçilmiş məzmun
Redaktə 
framless
framless
Kateqoriyalar
Redaktə 
framless
framless
Əlaqəli portallar

Saytda 125 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025