Portal:Liberalizm/Seçilmiş şəkil Haqqinda Melumat - Vikipedia

Portal:Liberalizm/Seçilmiş şəkil Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Liberalizm/Seçilmiş şəkil

Siyahı redaktə

Portal:Liberalizm/Seçilmiş şəkil/1

 
Bastiliyanın alınması 14 iyul 1789-cu ildə, Fransanın Paris şəhərində gerçəkləşmişdir. Şəhərin mərkəzində yerləşən qala kral hakimiyyətini simvolizə edirdi. Qala həbsxanasında yeddi məhbus var idi, ancaq bu, monarxın zorakılığı təsvir edirdi. Qalanın alınması Böyük Fransa inqilabının ən əhəmiyyətli epizodlarından idi.

Portal:Liberalizm/Seçilmiş şəkil/2

 
Boston çay qonaqlığı 16 dekabr 1773-cü ildə, ABŞ-ın Massaçusets ştatında yerləşən Boston şəhərində Böyük Britaniya hakimiyyətinə qarşı etiraz aksiyası. Aralarında hindli qiyafətinə girənlərin də olduğu etirazçılar Ost-Hind şirkətinin göndərdiyi bütün çay yüklərini məhv etmişdir. Onlar gəmilərə hücum etmiş, çayla dolu sandıqları isə Boston limanına atmışdır. Böyük Britaniya hökumətinin buna verdiyi cavab axırda Amerika inqilabı ilə nəticələnmişdir.

Portal:Liberalizm/Seçilmiş şəkil/3

 
Şanlı inqilab 1688-ci ildə İngiltərəII Yakov Stüartın devrilməsi ilə nəticələnən çevrilişə tarixşünaslıqda verilən addır. Kral Yakovun dini tolerantlıq ilə əlaqədar siyasəti öncül siyasi sferaların üzvləri arasında narazılığın yaranmasına səbəb olmuşdur. Onlar kralın katolik kilsəsinə və Fransa kralına olan bağlılığını bəyənmirdilər. Hollandiyalı III Uilyam Şimal dəniziLa-Manş boğazını keçərək İngiltərəyə hücum etmişdir. Uğurla nəticələnən yürüşün axırında o, taxta oturmuşdur. Onun hakimiyyəti dövründə Hüquqlar billi qüvvəyə minmişdir.


Saytda 27 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024