Portal:Liberalizm/Seçilmiş məqalə Haqqinda Melumat - Vikipedia

Portal:Liberalizm/Seçilmiş məqalə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Liberalizm/Seçilmiş məqalə

Seçilmiş məqalələrin siyahısı redaktə

Portal:Liberalizm/Seçilmiş məqalə/1

Riçard Kantilyon — İrlandiya və Fransa iqtisadçısı, Uilyam Stenli Cevons tərəfindən "siyasi iqtisadiyyatın beşiyi" olaraq qəbul edilən "Ticarətin təbiəti haqqında ümumi oçerk" kitabının müəllifi. Kantilyonun həyatı haqqında az məlumat olsa da, gənc yaşlarından müvəffəq bir bankir və tacir olduğu məlumdur.

Oçerk Kantilyonun iqtisadiyyat elminə verdiyi yeganə töhfə olaraq qalır. Əsər 1730-cu illərdə yazılmış və geniş əlyazmalar şəklində yayılsa da, 1755-ci ilə qədər nəşr olunmamışdır. Təxmini 1770-ci illərin sonlarında Qaspar Melçor de Covellanos tərəfindən ispan dilinə tərcümə edilmiş "Ticarətin təbiəti haqqında oçerk" iqtisadiyyat üçün vacib ədəbiyyat hesab edilmişdir. Oçerk fiziokratiyanınklassik iqtisadi məktəblərin erkən inkişafına çox böyük təsir göstərməsinə baxmayaraq, XIX əsrin sonlarında Cevons tərəfindən yenidən kəşf edilənə qədər diqqətdən kənar qalmışdı.

İqtisadiyyatla bağlı bu oçerk iqtisadiyyat elminə çoxsaylı töhfələr verən ilk tam traktat hesab olunur. Kantilyonun bu əsəri Adam Smit, Ann Tyürqo, Jan Batist Sey, Frederik BastiatFransua Kenenin əsərləri daxil olmaqla, siyasi iqtisadiyyatın erkən inkişafına əhəmiyyətli təsir göstərmişdir.


Portal:Liberalizm/Seçilmiş məqalə/2

Birləşmiş Millətlər Təşkilatının Baş QərargahıNyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun (ing.) rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17-18 akr (6.9-7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir.

Baş Qərargahda Baş MəclisTəhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır.

BMT-nin 15 ixtisaslaşmış qurumundan (UNESCO kimi) heç biri baş qərargahda yerləşmir. Lakin BMT Uşaq Fondu kimi bəzi "müstəqil köməkçi orqanlar"ın qərargahları buradadır.


Portal:Liberalizm/Seçilmiş məqalə/3

Fəth edilməmişRusiya-ABŞ yazıçısı Ayn Rand tərəfindən yazılmış üç pərdəli pyes, onun 1936-cı ildə yazdığı "Yaşayan bizlər" romanının adaptasiyası. Pyesin süjeti 1920-ci illərdə Sovet İttifaqında yaşayan Kira Arqunova adlı gənc bir qadından bəhs edir. Onun sevgilisi Leo Kovalenski vərəm xəstəliyinə tutulur. O, Leonun müalicəsi üçün pul tapmaq məqsədilə vəzifəli kommunist Andrey Taqanov ilə yatır. Xəstəliyindən sağaldıqdan sonra Leo qara bazarda qida satmağa başlayır, Andrey isə bu məsələ üzərində tədqiqat aparır. Andrey Kiranın Leonu sevdiyini öyrənəndə o, polis təqibindən yayınması üçün rəqibinə kömək edir və daha sonra intihar edir. Leo ölkədən qaçaraq öz həyatını təhlükəyə atan Kiranı tərk edir.

Rand prodüser Cerom Mayerə əsərinin adaptasiyası üçün lazım olan hüquqları satır və onun üçün ssenari yazır, ancaq Mayer pyesi səhnəyə çıxarda bilmir. Ssenarinin oxuduqdan sonra Rusiya əsilli aktrisa Yevgeni Leontoviç pyesi prodüser Corc Ebbotta tövsiyə edir. O, pyesi 1940-cı ildə Brodvey teatrında səhnələşdirir.

Pyesin səhnələşdirilmə prosesinə ssenari və aktyor heyəti ilə əlaqədar problemləri mənfi təsir göstərirdi. Leontoviç və digər aktyorlar pyesin premyerasından əvvəl qovulmuşdu. Pyes Biltmor teatrında (indiki Semyuel Cey Fridman teatrı) səhnələşdirilən zaman tənqidi və maliyyə baxımdan uğursuzluğa uğramışdı. Pyesin səhnələşdirilməsi bir həftədən az bir müddətə dayandırılımışdı. Bu, Randın yaşadığı dövrdə səhnələşdirilən son pyesi idi. Pyesin ssenarisi 2014-cü ildə yayımlanmışdır.


Portal:Liberalizm/Seçilmiş məqalə/4

İnsan hüquqları — insanların malik olmağa haqqı olduğu əsas hüquqlar və azadlıqlar. İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir.

Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət müdafiə olunur. İnsan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi kimi insan hüquqları ilə müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud hakimiyyətinin məhdudlaşdırıcısıdır.

İnsan hüquqları institutu məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik hüquqlarının mahiyyəti hələ tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır.

İnsan haqları, demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin universallığından çox vaxt bu və ya digər dövlətlərdə insan haqlarından sui-istifadə halları əsas götürülərək onlara qarşı hərbi və iqtisadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkar olunmaz bir hüquq kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunləşdirilmişdir.



Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024