Portal:Məhəmməd Füzuli Haqqinda Melumat - Vikipedia

Portal:Məhəmməd Füzuli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Məhəmməd Füzuli

redaktə  

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?


Füzuli portalına
xoş gəlmisiniz!
redaktə  

Seçilən məqalə

Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi məlumatlara görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan HilləKərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.


redaktə  

Şəkil qalereyası

Памятник Физули в Баку.jpg
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə ucaldılmış "Füzuli" abidəsi (1962, Bakı, Ömər Eldarov, Tokay Məmmədov)


redaktə  

Obrazlar

Məcnun və Leylinin timsalında yeni yaranan insani münasibətlər və baxışlar təqdir edilir, gec-tez bu yeni baxış və münasibətlərin qələbəsinə, köhnə dünyaya məxsus qanunların və dəblərin aradan çıxacağına qəti inam bildirilir. Qadın hüquqsuzluğunun dəhşətləri, əski münasibətlərin doğurduğu faciələr qələmə alınır.

Leyli və Məcnun timsalında insana, həyata və sevgiyə yeni münasibət ifadə olunmuşdur. Leyli və Məcnun yeni insan idealının, insan haqqındakı yeni baxışların köhnə baxışlar və ziddiyyətlə toqquşmasını əks etdirir. Bu toqquşma göstərir ki, köhnə baxışların, görüşlərin tarix səhnəsindən çıxmaq vaxtı yaxınlaşmışdır. Lakin bu köhnə baxışlar hələ şüurlardan silinməmişdir. Ona qarşı hər bir çixış, hər bir hərəkət dəlilik, ağılsızlıq, məcnunluq sayılır. İstər qız olsun, istər oğlan övladın kimisə seçməsi, kiməsə rağbət göstərməsi hələ ata hüququna müdaxilə etmək, dövrün adət-ənənələrinə zidd getmək kimi qarşılanır.



redaktə  

Bilirsinizmi...

  • Leyli və Məcnun eyniadlı əfsanə əsnasında Füzuli tərəfindən 1537 ci ildə qələmə alınmışdır.
  • Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş.
  • Leyli və Məcnun operası 1907-ci ildə yazılmışdır.
  • 1996-cı ildə Füzulinin anadan olmasının 500 illik yubileyi, Bakıda geniş miqyasda qeyd olunmuşdur.
  • 1996-cı ildə Azərbaycan Milli Bankı Füzulinin 500 illiyinə həsr olunmuş 100 manat nominalında qızıl, 50 manat nominalında isə gümüş xatirə sikkələri buraxıb.
  • 1962-ci ildə Bakıda Füzulinin heykəl kompleksi ucaldılmışdır.


redaktə  

Xarici keçidlərdə əsərləri


redaktə  

Təqvim

Füzuli
400

1959-cu il aprel ayında anadan olmasının 400 illiyi şərəfinə Azərbaycan rayonlarından birinə (keçmiş Qaryagin) Füzulinin adı verilib.

Füzuli
500

1994 –cü ildə Füzulinin 500 illik yubileyinin dünya miqyasında keçirilməsi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının YUNESKO təşkilatı tərəfindən qərar qəbul edərək yubiley ilini Füzuli ili elan etmişdir.

Füzuli
520

2014 –cü ildə Füzulinin Məhəmməd Füzulininn bu il anadan olmasının 520 illiyi mönasibətilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə M.Ə.Sabir adına kütləvi kitabxanada tədbir keçirilmişdir.

Aprel
redaktə  

Əsərlərdən sətirlər




Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
 Neçin qılmaz mənə dərman, məni bimari sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
 Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
 Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüsxarinə qarşı gözümdən qanlı axar su,
 Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,
 Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
 Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?


“Məni candan usandırdı”
Məhəmməd Füzuli Vikixəbərdə  Məhəmməd Füzuli Vikisitatda  Məhəmməd Füzuli Vikikitabda  Məhəmməd Füzuli Vikimənbədə  Məhəmməd Füzuli Vikilüğətdə  Məhəmməd Füzuli Vikiversitetdə  Məhəmməd Füzuli Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar

Saytda 181 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024