Portal:Macarıstan Haqqinda Melumat - Vikipedia

Portal:Macarıstan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Macarıstan


Haqqında

Macarıstan (mac. Magyarország, ing. Hungary) - Mərkəzi Avropada dövlət. Macarıstan (mac. Magyarország) — Mərkəzi Avropada dövlət. Ortadunay düzənliyində yerləşən bu ölkə şimaldan Slovakiya, şimal-şərqdən Ukrayna, şimal-qərbdən Avstriya, şərqdən Rumıniya, cənubdan Serbiya, cənub-qərbdən Xorvatiya və qərbdən Sloveniya ilə həmsərhəddir. Təqribən 10 milyon nəfər əhalisi ilə Avropa İttifaqının üzvü olan orta ölçülü dövlətdir. Ölkənin rəsmi dili Ural dilləri ailəsinə aid olan macar dilidir.Macarıstanın paytaxtı və ən böyük şəhəri Budapeştdir. Digər böyük şəhərlərə Debreçen, Seqed, Mişkolç, PeçDyor daxildir. Müasir Macarıstan ərazisi uzun əsrlər boyunca müxtəlif xalqlar tərəfindən məskunlaşmış ərazi hesab olunur. Belə ki, bu ərazidə müxtəlif vaxtlarda keltlər, qədim romalılar, qədim germanlar, hunlar, slavyanlar və avarlar məskunlaşmışdır. Eramızın doqquzuncu əsrində macar knyazı Arpad öz qoşunları ilə Karpat düzənliyini işğal etdi və nəticədə həmin ərazidə macar dövlətinin əsası qoyuldu. (Davamı...)

Şəxs

Yanoş Kadar (mac. János Kádár) — Macar dövlət xadimi, siyasətçisi, Macarıstan Sosialist Fəhlə Partiyasının baş katibi, 1956-1988-ci illərdə Macarıstanın prezidenti olmuş kommunist rəhbər. Yanoş Kadar 26 may 1912-ci ildə Yanoş Krezinqer və Barbola Çermanik cütlüyünün ailəsində anadan olmuşdur. Atası alman əsilli hesab edilsə də Yanoş uşaqlıqdan macar ənənələri ilə yetişdirilmişdi. Kiçik yaşlarından çalışmağa başlayan Yanoş Kadar ilk təhsilini 1918-ci ildə Budapeştdə məktəblərindən birində almışdır. Daha sonra Cukor küçəsində yerləşən bir məktəbə imtahan verərək daxil olmuş 1926-cı ilə qədər burada oxumuşdur. Məqaləni oxu...

Yazıçı

Endre Adi (mac. Ady András Endre) — Macar şairi və jurnalisti. Bir çoxları tərəfindən 20-ci əsr Macarıstan poeziyanın dahilərindən hesab olunan Endre Adi sosial tərəqqiyə və inkişafa olan inamına, eləcə də, müasir Avropa təcrübəsinin fundamental dəyərlərini öz poeziyasında geniş şəkildə tətbiq etməsinə görə tanınır: sevgi, müvəqqətilik, iman, fərdi və vətənpərvərlik. Endre Adi 1877-ci ildə Silaq medyesinin Keyaş rayonunda (o dövrdə Avstriya-Macarıstanın bir hissəsi idi; indi macar dilində Keyaş və rumın dilində Adi Endre adlanan və Rumıniyanın Satu-Mare medyesində yerləşən kənddir) anadan olmuşdur. Yoxsul kalvinist ailəsinə mənsub idi. Məqaləni oxu...

Kateqoriyalar

Kinematoqrafiya

Bela Tarr ( mac. Tarr Béla) - macar rejissor, prodüser, ssenarist. Bela Tarr 21 iyul 1955-ci ildə Macarıstanın cənubundakı Peç şəhərində doğulmuş , ancaq Budapeştdə böyümüşdür. Anası və atası kino sənəti ilə yaxından əlaqəli insanlar olmuşlar. Atası səhnə tərtibatçısı idi. Anası 50 ildən çox teatrda suflyor olaraq işləmişdir. Hələ uşaq yaşlarında anası ilə birlikdə Tolstoyun İvan İlyiçin ölümü adlı əsərinin film çəkilişləri üçün seçmələrə qatılmış və ilk rolunu da bu filmdə oynamışdır. Lakin onun aktyorluq fəaliyyəti çox uzun çəkmədi. Tarr Mikloş Yançonun "Canavarlar fəsili" filmi ilə aktyorluq karyerasına son qoydu. 16 yaşlarından film çəkəyə başlayan Tarr özündə olan həvəsi hələ o vaxtlardan kəşf etmişdi. Məqaləni oxu...

Seçilmiş şəkil

Seçeni körpüsünün gecə görünüşü
 

Paytaxt

Budapeşt
Budapeşt

Budapeşt (mac. Budapest) — Macarıstanın paytaxtı. Budapeşt 1873-cü ildə Dunay çayının şərqində yerləşən Peşt, qərbində yerləşən Buda və Obuda şəhərlərin birləşməsindən yaranıb. E.ə. I əsrdə Budapeştin hazırda yerləşdiyi ərazidə ticarət və sənət mərkəzi olan Ak-İnk adlı kelt yaşayış məntəqəsi mövcud olmuş, romalıların gəlişindən sonra isə ərazi e.ə. 89-cu ildə Pannoniya əyalətinin tərkibinə daxil edilmişdir. 106-cı ildə Ak-İnkin adı Akvinkuma dəyişilmiş, şəhər isə əyalətin inzibati mərkəzinə çevrilmişdir. O zaman 20 min sakini olmuş şəhərdə Roma qarnizonu yerləşirdi. Sözügedən zaman dövründən qalmış ictimai binaların, evlərin, akvedukların xarabaları bu gün də görmək mümkündür. IV əsrə qədər Akvinkum Yeni Pannoniyanın inzibati mərkəzi idi. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Şəhərlər

Bilirsinizmi?

Budapeşt metrosu
  • E.ə 896-cu ildə qurulan Macarıstan Avropanın ən qədim ölkələrindən biridir.
  • 1873-cü ildə Peşt, Buda və Obuda şəhərləri birləşərək Budapeşt şəhərini meydana gətirmişdir.
  • Budapeşt metrosu London metrosundan sonra 2-ci ən qədim metrodur.
  • Budapeştdə yerləşən Parlament binası ölkənin quruluşunun 1000-ci ilinə ithafən 1896-cı ildə tikilmişdir.
  • Rubik kubları macar mühəndis və riyaziyyatçı Ernö Rubik tərəfindən kəşf edilmişdir.
  • Dünyanın ən böyük yeraltı gölü Budapeştdə yerləşir.
  • Macarların milli yeməkləri Qulaşdır.
  • Macarıstanda 40-dan çox acı bibər növləri var.
  • Məşhur illüziyonist Harri Hudini əslən macardır və əsl adı Erik Veysdir.
  • Elvis Presleyin 1956-cı ildə ABŞ televizya kanallarından birində oxuduğu “Vadidəki sülh “ mahnısını macar inqilabına həsr etməsi illər sonra Macarıstan tərəfindən unudulmamış və 2011-ci ildə Elvis Presley Macarıstan vətəndaşı qəbul edilmişdir.
  • İlk Formula 1 yarışları 1986-cı ildə Macarıstanda keçirilmişdir.

Şair

Şandor Petöfi (mac. Sándor Petőfi) — Məşhur macar şairi və liberal inqilabçı. Macarıstanın milli şairi hesab edilən Şandor Petöfi Macarıstan ədəbiyyatında və şeiriyyatında özünə məxsus iz qoymuşdur. Vətənpərvər Petöfi Macarıstanda 1848-1849-cu illərdəki Macar inqilabının rəhbərlərindən biri olmuşdur. O, Macar inqilabından ilhamlanaraq Milli Mahnı (Nemzeti dal) şeirini yazmışdır. Şandor Petöfi 1823-cü ildə yanvar ayının 1-də Kişkunfeledxaza şəhərində serb əsilli bir ailədə anadan olmuşdur. Ailəsinin maddi durumu ilə bağlı tez-tez başqa şəhərlərə köç edən Petöfi təhsilini də müxtəlif şəhərlərdə almışdır. Lakin ilk şeirlərini 1835-1838-ci illərdə Asod şəhərində yaşayarkən yazmışdır. Məqaləni oxu...

Musiqiçi

Ferens List
Ferens List

Ferens List -(mac. Liszt Ferenc) — Macarıstan bəstəkarı, virtuoz pianoçusu, dirijoru, həssas pedaqoqu, fəal musiqi-ictimai xadimi. XIX əsrin ən məşhur pianoçularından biri olan Ferens List, həm də simfonik şeir tərzinin banisidir. Ferens List 22 oktyabr 1811-ci ilMacarıstanın Doborjan qəsəbəsində (1921-ci ildən Avstriya, Raydinq) anadan olmuşdur. Atası Adam List piano, violoençel, violin kimi bir çox musiqi alətində ifa etməyi bacarırdı. Listin musiqi ilə tanışlığı da məhz atasının təşəbbüsü illə olmuşdur. Atası ona pianoda ifa etməyi öyrətmiş və hələ 7 yaşı olan List kiçik bəstələr yazmağa başlamışdı. Sonralar macar əsilzadələr tərəfindən 6 il müddətində təqaüdlə təmin edilərək təhsilini davam etdirmək üçün Vyanaya yola düşmüşdür. Burada Antonio SalieriLudoviq van Bethovenin tələbəsi olan Karlo Çernidən təhsil almışdır. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Əlaqəli portallar


Coğrafiya Portal:Avropa Portal:Avropa İttifaqı Portal:Osmanlı İmperiyası


Macarıstan Vikixəbərdə  Macarıstan Vikisitatda  Macarıstan Vikikitabda  Macarıstan Vikimənbədə  Macarıstan Vikilüğətdə  Macarıstan Vikiversitetdə  Macarıstan Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar

Saytda 44 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023