Portal:Memarlıq/Seçilmiş memar Haqqinda Melumat - Vikipedia

Portal:Memarlıq/Seçilmiş memar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Memarlıq/Seçilmiş memar

Əcəmi Əbubəkr oğlu Naxçıvani — Mənşəcə Azərbaycan türklərindən olan, XI-XII əsrlərdə Azərbaycanda yetişmiş və dünya şöhrəti qazanmış memar, Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifidir. XI və XII əsrlər - Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə yaşayıb-yaratmış dahi şəxsiyyətlərin bolluğu da adamı heyrətə gətirir: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbül-əla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları...

Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi memarı kimi şöhrət qazanmışdır. (Məqalənin ardı..)


Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024