Portal:Monarxiya Haqqinda Melumat - Vikipedia

Portal:Monarxiya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
Monarxiya portalına
xoş gəlmisiniz!
redaktə  

Seçilmiş məqalə

II ElizabetBöyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və ora daxil olan 15 dövlətin kraliçası (Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Barbados, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Süleyman adaları, Tuvalu, Yamayka). Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordu. 29 may 1953-cü ildən 31 may 1961-ci ilədək Cənubi Afrika İttifaqının Kraliçası olmuşdur. Vindzorlar sülaləsinin nümayəndəsidir. Taxt-taca 6 fevral 1952-ci ildə sahib olub, 2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilib.


Elizabet York hersoqu, gələcək Böyük Britaniya kralı VI Georqun (18951952) və ledi Elizabet Bouz-Layonun (19002002) böyük qızıdır. Onun baba və nənələri: ata tərəfdən Böyük Britaniya kralı V Georq (18651936) və kraliça Mariya Tek (18671953), ana tərəfədən Stratmor qrafı Klod Corc Bouz-Layon (18551944) və Sesiliya Bouz-Layondur (18831961).

Əmisi VIII Eduard hakimiyyət iddiasından rəsmi əl çəkəndən və atası 1936-cı ilin dekabrında taxt-taca sahib olandan sonra 10 yaşlı Elizabet vəliəhd olur və valideynləri ilə birlikdə Kensinqtondan Bukingem sarayına köçür.

Gələcək kraliça xoş əhval-ruhiyyəli atmosferdə böyüyüb. O, ailə şəraitində mükəmməl şəxsi təhsil alıb. Uşaqlıqdan hər şeylə maraqlanıb. Ən çox atlara maraq göstərib, bu maraq indi də qalmaqdadır.

İkinci dünya müharibəsində o könüllü kimi hərbi taksi sürücüsü işləyib. Çünki, kral ailəsi ölkənin müdafiəsində birbaşa iştirak etməli idi. 1947-ci ildə isə Elizabet Böyük Britaniya müstəmləkələrinə ilk səfərini edir.

(Məqaləni oxu...)

redaktə  

Seçilmiş şəkil

Hillari Klintonun Yaponiyanın imperatoru Akihito və onun arvadı İmperatriçə Miçiko tərəfindən salamlanması
redaktə  

Yaxşı məqalə

Prince of Persia: The Sands of TimeUbisoft oyun şirkəti tərəfindən 2003-cü ildə yaradılan macəra oyunudur. "Prince of Persia: The Sands of Time" oyunu "Sands of Time" üçləmə oyunlarının ilk oyunudur. Ubisoft firması tərəfindən 6 noyabr 2003-cü il tarixində satışa çıxan oyun Xbox, Nintendo GameCube, PlayStation 2Microsoft Windows platformaları üçün hazırlanmışdır.


İran şahı Şahraman Maxaraca qalasını tutmaq üçün oğlu ilə birlikdə Hind diyarındakı Azad ölkəsinə doğru səfərə çıxır. Vəzirin köməyi ilə paytaxtı ələ keçirib, yağmalayandan sonra Şahraman sarayın xəzinələri arasında içi parlaq qumlarla dolu olan nəhəng bir "Qum saatı" tapır. Bu zaman saraya çatan Şahzadənin qəribə bir xəncər gətirdiyini görən Vəzir, bu xəncəri ondan götürmək istəyir. (Məqaləni oxu...)

redaktə  

Seçilmiş siyahı

Osmanlı sultanlarının siyahısı1299-1922-ci illər arasında Osmanlı İmperiyasını idarə etmiş Sultanlara verilən ümumi ad. Sultanlar tərəfindən idarə olunan Osmanlı İmperiyası şimaldan Macarıstan, cənubdan Somali, qərbdən Əlcəzair və şərqdən İraq ilə əhatələnmişdir. Sultanlar imperiyanı paytaxtdan idarə edirdilər. Osmanlı İmperiyasının ilk paytaxtı 1329-cu ildə fəth olunan Bursa şəhəri olmuşdur. Paytaxt 1366-cı ildə Ədirnə şəhərinə, 1453-cü ildə isə Konstantinopolun fəth olunmasından sonra İstanbul şəhərinə köçürülmüşdür.


(Siyahını oxu...)

Monarxiya Vikixəbərdə  Monarxiya Vikisitatda  Monarxiya Vikikitabda  Monarxiya Vikimənbədə  Monarxiya Vikilüğətdə  Monarxiya Vikiversitetdə  Monarxiya Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar

Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023