Portal:Nəqliyyat Haqqinda Melumat - Vikipedia

Portal:Nəqliyyat Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Nəqliyyat

redaktə  

Nəqliyyat portalına xoş gəlmisiniz!

Nəqliyyat — insanların, yüklərin, siqnalların və informasiyaların bir yerdən başqa bir yerə daşınması, ictimai maddi istehsalın ən mühüm sahələrindən biridir. Müasir nəqliyyat sisteminə ümumi istifadəli dəmiryolu nəqliyyatı, avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, çay nəqliyyatı, hava nəqliyyatı daxildir. Daşınma işini yerinə yetirmək üçün texniki avadanlıqlar olan nəqliyyat vasitələrindən istifadə edilir. Kütləvi halda daşımalara imkan verən nəqliyyat vasitələrinə avtomobilləri, qatarları, gəmiləri və təyyarələri aid etmək olar. Hazırda informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ilə nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumatların əhaliyə çatdırılması üçün qabaqcıl ölkələr onun onlayn təchizatını həyata keçirməyə başlayıblar. Bu məqsədlə nəqliyyat şirkətləri xüsusi veb-səhifələr yaradır və Google Mapsxidmətindən istifadə edirlər.


redaktə  

Seçilmiş məqalə

Heydər Əliyev Beynəlxalq Aeroportu və ya Heydər Əliyev adına Beynəlxalq Hava LimanıAzərbaycana xidmət göstərən altı beynəlxalq hava limanından biridir. Əvvəllər Bakıda Binə Beynəlxalq Aeroportu olaraq adlandırılırdı. 2004-cü ilin mart ayının 10-da hava limanı, Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şərəfinə yenidən adlandırılıb. Hava limanı Bakının 20 kilometr şimalında yerləşir. Hava limanı 2008-ci ildən bəri fəaliyyət göstərir. Heydər Əliyev Beynəlxalq Aeroportu, AzərbaycanınQafqazın ən işlək hava limanıdır. Hava limanı "Azərbaycan Hava Yolları" və onun filialı olan "AZALJET"-in bayraq daşıyıcısı, "Silk Way Airlines"-ın isə yük daşıyıcısıdır.


redaktə  

Bilirdinizmi?

  • Kristiania Sporveisselskab 1875-ci ildə Norveçin Oslo şəhərində dünyanın ilk tramvayını qurdurmuşdur.
  • "RMS Titanic" (şəkildə) xidmətə girdiyində dünyanın ən böyük sərnişin gəmisi (269 metr) və insan tərəfindən yaradılan dünyanın ən böyük hərəkət edən obyekt olmuşdur.
  • ABŞ prezidenti Riçard Niksonun niqt yazıçısı Uilyam Sefayr, Apollo 11-in içindədəki kosmonaftlar Yerə qayıtmaq üçün komanda orbital modulu ilə olan görüş nöqtəsini qacırdıqları halda bir çıxış hazırlamışdır.
  • Dünyanın ən böyük təyyarəsi 1988-ci ildə hazırlanan "An-225"-dir. Kosmik yükləri daşımaq üçün nəzərdə tutulan təyyarə indi yük təyyarəsi kimi istifadə edilir. 84 metr uzunluğu və 18.1 metr hündürlüyündə olan təyyarənin boş vəziyyətdə çəkisi 285 tondur. "An-225" 250 ton yük daşıya bilir.


redaktə  

Seçilmiş şəkil

Burklidəki 80-ci Ştatlararası Avtomagistral Yolunda çoxlu zolaq olmasına baxmarayaq yol hərəkəti hələ də ağırdır.


redaktə  

Seçilmiş bioqrafiya

Nil Armstronq (d. 5 avqust 1930, Uapakoneta, Ohayo – ö. 25 avqust 2012) — ABŞ astronavtı, Aya ilk ayaq basmış insan, ABŞ Hərbi Dəniz Donanmasının zabiti. 1962-ci ildən ABŞ kosmonaftlar dəstəsindədir. "Cemini-8" gəmisinin komandiri kimi D. Skotla birlikdə kosmosa uçmuşdur (16 mart 1966-cı il). Uçuş 10 saat 40 dəqiqə davam etmişdir. E. Oldrin və M. Kollinzlə birlikdə "Apollon-11" gəmisində tarixdə ilk dəfə Aya uçmuş və gəmiyə komandirlik etmişdir. Armstronq və Oldrin Ay kabinəsində Aydakı Sakitlik Dənizinə enmişlər (20 iyul 1969-cu il). Armstronq Ay səthinə ilk dəfə ayaq basmış insandır (21 iyul 1969-cu il). Ay kabinəsindən kənarda 2 saat 21 dəqiqə 16 saniyə, ümumiyyətlə Ay səthində isə 21 saat 36 dəqiqə olmuşdur. Uzun müddət o aterosklerozdan əziyyət çəkirdi. Nil Armstronq 25 avqust 2012-ci ildə vəfat etmişdir.


redaktə  

Kateqoriyalar

redaktə  

Digər resurslar

Nəqliyyat Vikixəbərdə  Nəqliyyat Vikisitatda  Nəqliyyat Vikikitabda  Nəqliyyat Vikimənbədə  Nəqliyyat Vikilüğətdə  Nəqliyyat Vikiversitetdə  Nəqliyyat Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar

Səhifənin keşini təmizlə


Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023