Portal:Naxçıvan/Seçilmiş məkan Haqqinda Melumat - Vikipedia

Portal:Naxçıvan/Seçilmiş məkan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Naxçıvan/Seçilmiş məkan

Əlincəçay xanəgahıCulfa rayonunun Xanağa kəndində, Əlincəçayın sahilində orta əsrlərə aid tarixi memarlıq kompleksi. Kompleksdən dövrümüzə Xanağa türbəsi, məscid, naməlum abidənin sütunları və başqa bir tikilinin xarabalıqları qalmışdır.

Əlincəçay xanəgah kompleksinin əsasını əmir, isfəhsalar, böyük alim Uluq Qutluq Lala bəyin tikdirdiyi kvadratşəkilli türbə təşkil edir. Türbənin kitabəsində memarın adı (Memar Cəmaləddin) qalmış, lakin inşa tarixini göstərən hissə dağıldığından, nə vaxt tikildiyini dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Üslub xüsusiyyətlətinə görə türbənin XII əsrin sonu – XIII əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. (Davamı...)


Saytda 141 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024