Portal:Opera Haqqinda Melumat - Vikipedia

Portal:Opera Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
redaktə  

"Ola bilsin ki, operaya gedən hər əlli nəfərdən yalnız biri artıq onu sevsin, yerdə qalan qırxdoqquz nəfər isə onu sevməyi öyrənmək üçün operaya gedirlər" Mark Tven

Üçüncü zəng çalınır, pərdə qalxır...

Opera portalına
xoş gəlmisiniz!


redaktə  

Operalar

Karmen (fr. Carmen) — fransız bəstəkarı Jorj Bizenin Lüdovik, HaleviAnri Melyakın librettosuna bəstələdiyi 4 pərdəli faciə janrında opera. Operanın librettosunun süjeti Prosper Merimenin eyniadlı novellasından götürülmüşdür. Opera 1874-cü ildə yazılmışdır. Onun primyerası 3 mart 1875-ci ildə Parisdə, “Opera-Komik”də baş tutmuşdur. Lakin opera tam iflasa uğrayır. O dövr üçün müasir sayılan parislilər opera səhnəsindəki çılpaq reallıqları həzm edə bilmir. Paris qəzetləri operanı tənqid atəşinə tutmaqda bir- biri ilə elə bir bəhsə girmişdilər.


redaktə  

Operettalar

Arşın mal alanÜzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı son operetta. Əsəri Üzeyir bəy Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə almışdı. Operettanın süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır.2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Arşın mal alan operattasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. Ü.Hacıbəyov “Arşın mal alan” operettasını tamamladıqdan sonra onu ilk dəfə Sankt-Peterburq konsevatoriyasının direktoru, görkəmli rus bəstəkarı A.Qlazunova göstərmişdir. A.Qlazunov əsəri çox bəyənmiş və onu bütün Rusiyada ilk operetta adlandırmışdır. “Arşın mal alana” verilən bu cür yüksək qiymətdən sonra Üzeyir bəy əsərin partiturasını və librettosunu Bakıya, dostlarına göndərir.


redaktə  

Bəstəkarlar

Karl Orf məşhur alman bəstəkarı, musiqişunası və pedaqoqudur. 10 iyul 1895-ci ildə Münhendə anadan olub. 5 yaşından fortepianoda, orqanda, violençeldə ifa edib. Sonra isə Münhen Musiqi Akademiyasında təhsil alıb. K. Orf A. Veer-Valbrunnanın, Q. Çilxeranın tələbəsi olub. 1914-cü ildə akademiyada təhsilini bitirib. 1921-1922-ci ilərdə məşhur polifonist Q. Kaminskadan dərs alıb. 1915-1919-cu ilə kimi Munhen, Monqeyndə, Darmştatda drijorluq edib. 1924-cü ildə doğma şəhərində D. Günter ilə birlikdə musiqi məktəbinin əsasını qoyub. İş təcrübəsi ərzində hətəkətlə (rəqs, gimnastika) musiqisinin sintezinin köməkliyi ilə uşaqlara musiqi tərbiyyəsi aşılayırdı. O cümlədən, yeni növ alətləri hazırlayıb (“Orff alətləri”). Bu əməyin nəticəsində xüsusi musiqi təlimatları müəyyənləşdirilmişdir (1930-1935). 1950-ci ildən etibarən Münhen Konservatoriyasında kompazisiya üzrə professordur. Musiqinin müxtəlif növlərinə müraciət edib, o cümlədən, pantomima, rəqs, səhnə musiqisi və konsertlər, oratoriya- kantatalar yazıb.


redaktə  

Milli operamız

Əsli və KərəmÜzeyir bəy Hacıbəyovun beşinci muğam operası. 4 pərdəli, 6 şəkilli bu operanın librettosu da Hacıbəyovundur. Opera ilk tamaşasından böyük müvəffəqiyyət qazanaraq uzun və maraqlı səhnə ömrü olan əsərlər sırasına daxil olmuşdur. "Əsli və Kərəm"-in ilk tamaşası 1912 il mayın 18-də indiki AOBT-nın binasında olmuşdur. Tamaşanın rej. H. Ərəblinski, dirijoru H. idi. Rollarda H. Sarabski (Kərəm), Ə. Ağdamski (Əsli), H. Terequlov (Qara keşiş), M. Məmmədov (İsfahan şahı), Q. Göyçaylinski (Şeyx Nurani) və b. çıxış etmişlər. Opera Qafqaz, Orta Asiya və İranın bir çox şəhərlərində də göstərilmişdir. "Əsli və Kərəm" AOBT-ndan başqa, respublikanın digər teatrlarında (Ağdam, Naxçıvan və s.) da tamaşaya qoyulmuşdur. AOBT-nda "Əsli və Kərəm" 1957 ildən bəstəkar Nazim Əliverdibəyovun ork. redaksiyası ilə ifa olunurdu. 1988 ildən opera bu teatrın səhnəsində yeni quruluşda oynanılmışdır.


redaktə  

Məşhur tenor ifaçılar

Lütfiyar İmanov (17 aprel 1929(1929-04-17) , Petropavlovka21 yanvar 2008, Bakı) — Azərbaycan opera müğənnisi. Lütfiyar İmanov 1929-cu il aprelin 17-də Sabirabadda anadan olub. Lütfiyar İmanov ilk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində "5 manatlıq gəlin" tamaşasında oynayıb. 18 yaşında ilk dram dərnəyini yaradır. 1957-ci ildə A.Milovanovun sinfində musiqi təhsilini bitirir və Dövlət Estrada Orkestrində, daha sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayır. 1959-cu ildə Moskvada tamaşaya qoyulan Koroğlu operasında baş rolu – Koroğlu rolunu oynayır.


redaktə  

Məşhur soprano ifaçılar

Mariya Malibran (isp. María Malibrán (d. 24 mart 1808(1808-03-24) ; ö.23 sentyabr 1836 (28 yaşında)) — ispan mezzo–sopranoçu opera müğənnisi. Dünya opera incəsənətinin əfsanəsi. Maiya Malibran 24 mart 1808 ci ildə musiqiçı ailəsində, Parisdə dünyaya gəlmişdir. Atası — bəstəkar, tenor və pedaqoq Manuel del Populo Visente Qarsiya (Coakkino Rossininin Sevilya bərbəri operasındakı qraf partiyasını məhz onu nəzərdə tutub yazmışdır), anası — opera sopranoçu müğənnisi Xoakina Briones, bacısı — mezzo-sopranoçu Polina Viardo, qardaşı — bariton və pedaqoq Manuel Qarsiya. 1811 ci ildən ailəsi Neapola köçür. Mariya ilkdəfə 6 yaşında ikən valideynləri ilə səhnəni bölüşmüş olur. Mariya musiqi və oxuma dərslərini atasından alır.


redaktə  

İfaçılar

Çeçilia Bartoli (it. Cecilia Bartoli; d. 4 iyun, 1966, Roma) — italyan mezzo–sopranoçu opera müğənnisi. 4 iyun 1966-cı ildə Romada profissional müğənni ailəsində dünyaya gələn Çeçilia 9 yaşında ikən Toska operasında çıxış etmişdir. Roma it. Accademia Nazionale di Santa Cecilia — Müqəddəs Çeçilia Milli Akademiyasında oxuyan Çeçilia Bartoli trombon üzrə ixtisaslaşır. Anası onun vokal üzrə ik və yeganə pedaqoqu olur. İlk şöhrəti ona 1986 cı ildəki it. Fantastico televiziya şousundakı, Coakkino Rossininin Sevilya bərbəri operasından Leo Nuççi ilə ifa etdiyi duet qazandırmışdır. Şounu izləyən Rikardo Muti onu dərhal La Skala teatrına dinlənilməsi üçün dəvət etmişdir.


redaktə  

Opera teatrları

Məhəllə teatrı çex. Stavovské divadlo (orijinal adı "Qraf Nostitz teatrı" çex. Hraběcí Nosticovo divadlo, sosializm dövründə "Tılov teatrı" çex. Tylovo divadlo) - Praqanın Praqa 1 rayonunda, Köhnə şəhərin "Meyvə bazarı" (çex. Ovocný trh) adlanan meydanında yerləşir. Teatrdan solda xalq arasında "Dəmir qadın" kimi tanınan "Daş qonaq" heykəli, teatrın arxasında isə məşhur passaj yerləşir.


redaktə  

Opera indeksləri


0–9 A B Ç C D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z



redaktə  

Opera musiqisi


Uvertüralar


Ariyalar


redaktə  

Təqvim

Aprel


redaktə  

Məşhur ariyaların sözləri



redaktə  

Şəkil qalereyası


redaktə  

Bilirsinizmi...

  • Turandot operasının orijinal süjeti Azərbaycanın XII əsrdə yaşamış klassik şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindəki epik hekayədən götürülmüşdür.
  • Qarnye opera binasının lahiyəsi təqdim olunarkən İmperatriça Yevgeniya Şarl Qarnyedən onun hansı memarlıq üslubunda işlənildiyini soruşur: "Bu necə üslubdur? Nə yunan, nə XV Lüdovik, nə də XVI!" Qarnye belə cavab verir: "Bu ki, III Napoleondur və siz onu bəyənmirsiniz?!". İmperator Qarnyeni kənara çəkib qulağına pıçıldayır: "Narahat olmayın, onun onsuz da belə şeylərdən başı çıxmır". Beləliklə Napoleon üslubu yaranmış olur.
  • Bəd 13 ədədi: Opera Qarnye sayca Parisin 13 cüsüdür; 29 may 1896 cı ildə nizamlayıcı 700 kq-lıq çilçıraq "Faust" tamaşası gedərkən düşməsindən 13 nömrəli oturacaqda əyləşmiş tamaşaçı ölür; gənc balerina giriş pilləkanının 13 cü pilləsindən yıxılaraq tələf olur.
  • Qaston Lerunun məhşur "Opera fantomu" romanında opera binasının altında gölün olması göstərilir. Həqiqətdə də binanın zirzəmisində özülün davamlığını artırmaq və baş verə biləcək yanğını söndürmək üçün su anbarı mövcuddur.
  • Aida operasının Avropadakı premyerası 1872-ci ildə La Skalada baş tutmuşdur. Opera qədər bəyənilir ki, bəstəkar Cüzeppe Verdi 32 dəfə səhnəyə çağırılir.


redaktə  

Kateqoriyalar


redaktə  

Əlaqəli portallar


redaktə  

Xarici keçidlərdə operalar



Opera Vikixəbərdə  Opera Vikisitatda  Opera Vikikitabda  Opera Vikimənbədə  Opera Vikilüğətdə  Opera Vikiversitetdə  Opera Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar

Saytda 181 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024