Portal:Osmanlı İmperiyası Haqqinda Melumat - Vikipedia

Portal:Osmanlı İmperiyası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Osmanlı İmperiyası

redaktə  

Osmanlı İmperiyası Portalı


Osmanlı İmperiyası (Osmanlıca: دولت عالیه عثمانیه, Devlet-i Âliyye-i Osmaniyye) — çoxmillətli və çoxdinli Türk dövləti. 1922-ci ildə səltənətin qaldırılması ve monarxiyadan respublikaya keçidin rəsmiləşməsindən sonra Türkiyə dövlətinin tarixində Osmanlı dönəmi bitmiş, dövlət mövcudiyyətinə cümhuriyyət olaraq davam etmişdir. Bu dövlətin qurucusu oğuzların qayı boyundan olan Osman bəy idi. Әsası 1299-cu ildə müasir Türkiyənin Biləcik ilinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirmiş və öz paytaxtına çevirmişdir. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlətin qurucusu və Osmanlı sülaləsinin banisi olan Osman bəy oğuzların qayı boyundandır. Osmanlı mahiyyətcə əsası 1077-ci ildə Səlcuqlular tərəfindən qurulan Türkiyə dövlətinin tarixində ikinci mərhələni nəzərdə tutur. İmperiya qərbdə Türkiyə və ya türk imperiyası olaraq tanınırdı.

Siyahını oxu...


redaktə  

Seçilmiş məqalə


Ankara döyüşü - Osmanlı sultanı İldırım Bəyazid ilə Teymurləng arasında Ankaranın Çubuq Düzənliyində baş verən döyüş. Orta əsrlər tarixinin ən qanlı döyüşlərindən biri olan və Osmanlıların məğlubiyyəti ilə tamamlanan Ankara döyüşü Osmanlı İmperiyasının parçalanmasına və Fetrət Dövrü (1402-1413) olaraq bilinən bir iqtidar boşluğu dövrünün yaşanmasına gətirib çıxardı.

Ankara Döyüşü, Teymurla İldırım Bəyazid arasında 20 iyul 1402-ci ildə Ankara ya 20 km. yaxınlıqdakı Çubuq Düzənliyində olmuşdur. Döyüş olmadan əvvəl Teymur, İldırım Bayezidə dörd məktub göndərmiş, İldırım Bəyazid dörd məktubla ona cavab vermişdir. Ancaq bu yazışmalar döyüşü önləyə bilməmişdir. Döyüşün qalibi Teymur olmuş, İldırım Bəyazid əsir düşmüşdür. Bu dörd məktub və cavablarının Türkcə surətləri, Konya Bələdiyyəsi Koyunoğlu Kitabxanası nr. 13435də qeydli olan əl yazması Münşeat və Mükatabatı Sultanıya məcmuəsində mövcuddur.

Siyahını oxu...


redaktə  

Bilirsinizmi


  • Fatih Sultan Məmmədin 2 dəfə və 12 yaşında taxta çıxdığını bilirsinizmi?
  • Əsgəriylə son dəfə səfərə çıxan padşahın II Mustafa olduğunu bilirsinizmi?


redaktə  

Şəxsiyyətlər


II. Mehmed ya da Fateh Sultan Mehmed (Osmanlı türkcəsi: السلطان الغازي محمد الثاني الفاتح, Mehmed-i Sani) (30 mart 1432 - 3 may 1481) - Osmanlı imperiyasının 7. padşahı. İlk olaraq 1444-1446 illəri arasında qısa bir dövr, daha sonra 1451'dən 1481-ci ildə ölümünə qədər 32 il boyunca hökm sürdü. II. Mehmed, 21 yaşında İstanbulu fəth edərək 1000 illik Bizans imperiyasına son verdi və bu hadisə bir çox tarixçi tərəfindən Orta Çağın sonu Yeni Çağın başlanğıcı olaraq qəbul edildi. Fəthdən sonra Fəthin Atası mənasını verən "Əbül-Fəth" (Osmanlı türkcəsi ilə ابو الفتح), daha sonrakı dövrlərdə isə "Çağ Açan Hökmdar" və "Kayser-i Rum" (Roma imperatoru, Osmanlı türkcəsi: قیصر روم) ünvanları ilə anıldı. Fateh, İslam Peyğəmbəri Məhəmmədin bir hədisinə nail olduğu üçün indiki vaxtda Türkiyəİslam dünyasının geniş bir hissəsində "qəhrəman" olaraq qəbul edilməkdədir.

Siyahını oxu...


redaktə  

Seçilən şəkillər


redaktə  

Əlaqəli portallar



Portal:Coğrafiya
Portal:Coğrafiya
Portal:Türkiyə
Portal:Türkiyə
Portal:İslam
Portal:İslam
Portal:Coğrafiya Portal:Türkiyə Portal:İslam

Saytda 13 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023