Portal:Qədim Şərq/Mədəniyyət Haqqinda Melumat - Vikipedia

Portal:Qədim Şərq/Mədəniyyət Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Qədim Şərq/Mədəniyyət

"Semiramidanın asma bağları" — dünyanın 7 möcüzəsindən biri. Dünyanın 2-ci möcüzəsi olan Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə idi. Əfsanəyə görə, bu bağlar Assuriya məlaikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağların yaradılmasını e. ə. 7-ci əsrdə padşah Navuxodonosor əmr etmişdi. Padşah öz sarayını yerdən altımərtəbəli ev hündürlüyündə salınan süni meydançada tikdirmişdi. Burdan 6 cərgə pilləvari terras - səki qalxırdı. Kərpicdən tikilən sıra dağlar üzərində qurulmuş bu terrasların hər birinin üstünə torpaq tökülmüş və burada bağ salınmışdı. Pilləvari bağları əmələ gətirən bu terraslar yuxarıdakı sarayla birlikdə nəhəng bir dağa bənzəyirdi. Minlərlə qul gecə-gündüz dəri tuluqlar asılmış nəhəng çarxları fırladaraq, Fərat çayından asma bağlara su qaldırırdı. Məqaləni oxu...

Saytda 207 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024