Portal:Qədim Yunanıstan Haqqinda Melumat - Vikipedia

Portal:Qədim Yunanıstan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Qədim Yunanıstan

redaktə  

Αρχαία Ελλάδα


Qədim Yunanıstan portalına
xoş gəlmisiniz!

redaktə  

Seçilən məqalə

"Troya müharibəsi" — yunan mifologiyasına əsasən hələ Homer eposuna qədər mövcud olmuş hadisədir. Mifologiyaya görə Troya şahzadəsi Paris öz gözəlliyi ilə məhşur olan Sparta çariçası Yelenanı qaçırdır. Qisas almaq üçün Axeylilər qoşun toplayaraq, böyük bir donamna ilə Troyaya hücuma keçirlər. On illik müharibədə çox itkilər verilir. Nəticə etibarilə Troya bir hiylənin qurbanına çevrilərək süqut edir. Bir çox epik şairlər bu müharibəni əsərlərində əks etdirmişdirlər. E.ə. VIII əsrdə Homer özünün dahi "İliada" əsərində Troya müharibəsini geniş və məzmunlu tərənnüm etmişdir. Hələ yüz il bundan qabaq yunan mifologiyasının bir parçası olan Troya müharibəsi və ya Troya şəhəri xalis fantaziya məhsulu sayılsa da 1871 ci ildə arxeoloji möcüzə baş verir. Arxeoloq Henrix Şliman indiki Türkiyənin Hisarlıq bölgəsində qazıntılar apararaq Troya qalıqlarını aşkar etmişdir. Məqaləni oxu...
redaktə  

Şəxsiyyətlər

AspaziyaAfinalı dövlət xadimi Perikllə olan əlaqəsi ilə tanınmış Miletli bir qadındır. Həyatı haqqında çox az məlumat vardır. Böyüklük dövrünün böyük hissəsini Afinada yaşayan Aspaziyanın, Periklə ve Afina siyasətinə təsir etməsi mümkündür. Platon, Aristofan, Ksenofont ilə birlikdə dövrün digər yazıçılarının əsərlərində ondan bəhs edilmişdir.

Antik yazıçılar Aspaziyanın eyni vaxtda bir fahişəxana işlətdiyini və fahişə olduğunu da yazmışlar. Ancaq bu məlumatların, Perikli əksiltməyə çalışan komik yazıçılar tərəfindən irəli sürüldüyünü söyləyən müasir tarixçilər tərəfindən mübahisəli məsələ kimi təqdim edilir. Hətta bəzi tədqiqatçılar Aspaziyanın hetera, ya da fahişə olduğu haqqındakı tarixi ənənəni şübhə altına alaraq, Perikl ilə evlənmiş ola biləcəyini də irəli sürməkdədir. Aspaziyanın Perikldən olan oğlu Gənc Perikl daha sonra Afinada general olmuş və Arqinus döyüşündən sonra edam edilmişdir. Periklin ölümündən sonra Aspaziyanın digər bir afinalı dövlət xadimi və general olan Lisikl ilə birlikdə olduğu irəli sürülmüşdür.

Aspaziya, müasir dövrdə Aydın ilində olan, antik yunan dövründə İoniya şəhəri Miletdə doğulmuşdur. Atasının adının Axiochus olduğundan başqa ailəsi haqqında məlumat yoxdur, ancaq aldığı mükəmməl təhsili yalnız zəngin ailələrin verə biləcəyi düşünülsə, belə bir ailədən gəldiyi aydındır. Bəzi antik mənbələr isə Aspaziyanın Kariyalı bir müharibə qəniməti olduğunu bildirir, ancaq bu məlumatlar ciddi olaraq müdafiə edilmir.

(Davamı...)

redaktə  

Seçilən şəkil

Rəngli tanrı heykəli (oxçu)
redaktə  

Tarixə nəzər

"Hellinizm" — (yunan. Ἑλληνισμός; lat. Hellēnismós) Aralıq dənizinin şərq sahili ölkələri tarixində mərhələ; Makedoniyalı İsgəndərin e.ə. 334-323 cü illərdə hərbi səfərlərindən tutmuş, həmin ılkələrin Roma imperiyası tərəfindən işğalına qədər olan dövrü əhatə edir. Ellinizm ifadəsi tarixşünaslığa alman tarixçisi İ. Q. Droyzen tərəfindən gətirilmişdir. Tarixçilər ellinizm terminini müxtəlif şəkildə şərh edirlər; bir çoxları yunan və yerli xüsusən də şərq mədəniyyətlərinin qarşılıqlı təsiriniön plana çəkir, bəzən ellinizm anlayışının xronoloji sərhədlərinin orta əsrin başlanğıcına qədər gətirib çıxardırlar. Digərləri isə başlıca diqqəti sosial-siyasi strukturların qarşılıqlı tısiri məsələsinə yınəldir, yunan-makedoniyalıların aparıcı rolunu qeyd edirlər. Ellinizmin tarixini bir qayda olaraq ellinist dövlətlərin yaranması, İsgəndərin sərkərdələri diadoxların mübarizəsi, ellinizmin çiçəklənməsi, ellinist dövlətlərin tənəzzülü və Roma tabeliyinə keçməsi dövrlərinə bölürlər.Məqaləni oxu...
redaktə  

Mədəniyyət

"İliada" — qədim yunan şairi Homer tərəfindən yazıldığı qəbul olunan antik yunan dastanıdır. Dastanın yaranma tarixi mübahisəli olsa da onun qəbilə quruluşu ilə bağlı motivləri vardır. Dastan Troya müharibəsinin son onuncu ilində baş verən hadisələrdən bəhs etsə də, dastanın əsasında "Axillesin qəzəbi" motivi dayanır. Dastanda haqqında bəhs olunan Troya müharibəsinin e.ə. XII əsrdə baş verdiyi ehtimal olunur. Müharibənin baş vermə səbəbi Sparta hökmdarı Menelayın arvadı Yelenanın Troya hökmdarı Priamın oğlu Paris tərəfindən qaçırılmasıdır. Buna cavab olaraq Menelayın qardaşı Arqos hökmdarı Aqamemnonun başılığı ilə axeylər Troyaya hücum edirlər.Məqaləni oxu...
redaktə  

Bilirsinizmi

  • Hesiod ilk yunan didaktik eposunun banisidir...
  • Titanomaxiya qədim yunan mifologiyasında Olimp tanrıları ilə titanların Ofris və Olimp dağları arasında qərar tutan müharibəs...
  • Qorqona Meduza qədim yunan mifologiyasında əcaib ilan saçları olan qadın, gözlərinə baxan hər şeyi daşa döndərən məxluq....
  • Nərgiz həm də oğlan adıdır...
  • Muzalar kimdirlər...
  • Öz övladlarını udub yeyən tanrı kimdir...
  • Epik poeziya muzasının adı nədir... bəs lirik...
redaktə  

Abidələr

"Artemida məbədi" — Bu qədim məbəddə tamamilə yupiterdən düşən bir meteorit olduğu təxmin olunan müqəddəs bir daş vardı. Məbəd, sonrakı yüzilliklərdə bir neçə dəfə dağıdılmış və yenidən inşa edilmişdir. M.Ö. 600-ci illərdə Efes böyük bir ticarət limanı şəhərinə çevrildi və Chersiphron adlı bir memar yüksək daş sütünları olan yeni və böyük bir məbəd inşa etdi.Məqaləni oxu...
redaktə  

Mifologiya


redaktə  

Kateqoriyalar

redaktə  

Əlaqəli portallar

Qədim Yunanıstan Vikixəbərdə  Qədim Yunanıstan Vikisitatda  Qədim Yunanıstan Vikikitabda  Qədim Yunanıstan Vikimənbədə  Qədim Yunanıstan Vikilüğətdə  Qədim Yunanıstan Vikiversitetdə  Qədim Yunanıstan Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar

Saytda 217 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024