redaktə
Əzizinəm, Qarabağ Şəki, Şirvan, Qarabağ Aləm cənnətə dönsə Yaddan çıxmaz Qarabağ!
Qarabağ - Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. "Qara" və "bağ" söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ" sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən) işlənmişdir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. "Qarabağ"ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki, Azərbaycan dilində (həmçinin başqa türk dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da vardır. Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənası kəsb edir.
redaktə
Seçilmiş məqaləDağlıq Qarabağ Azərbaycan Respublikasının qərb bölgəsidir. 1991-2020-ci illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Dağlıq Qarabağ Azərbaycanın cənub-qərbinin mərkəzi hissəsində yerləşir. Sovet hakimiyyəti dövründə burada Ərazisi 4,4 min kv.km yaxud Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 1970-ci ildə aparılmış siyahıya almaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur. Vilayətin tərkibinə Əsgəran rayonu, Hadrut rayonu, Mardakert rayonu, Martuni rayonu, Şuşa rayonu və vilayət tabeli Stepanakert şəhəri daxil idi. Tarixən Qafqaz Albaniyasının (Arranın), Sünik knyazlığının (Artsax çarlığının), Xəmsə məlikliklərinin, Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Respublikasının tərkib hissəsi olmuşdur. İndiki Azərbaycan Respublikasının tərkib hissəsidir. 2020-ci ilə qədər ətraf ərazilərlə yanaşı (cəmi 11 min km²) Ermənistan Respublikasının işğalı altında olub. Azərbaycanın "musiqi akademiyası" kimi tanınır. Tarixən indiki azərbaycanlıların yaşadığı bölgədir. 1814-cü ildən başlayaraq ermənilərin Azərbaycana kütləvi şəkildə köçürüldüyü ərazilərdən biridir. Ermənidilli mənbələrdə adı Arsak kimi işlənir.
redaktə
Seçilmiş şəkil
redaktə
Seçilmiş şəxsiyyətCabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart, 1861 – 20 aprel, 1944) — xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri. Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır.
redaktə
Xarici keçidlər
redaktə
Təqvim
redaktə
Tarixə nəzərQarabağ bəylərbəyiliyi — Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Hətta XVIII əsrin I rübündə osmanlılar tərəfindən tutulduqda belə əyalətin ərazisi dəyişməz qalmışdı. Tədqiqatçı Hüsaməddin Məmmədov-Qaramanlı bu barədə yazır: "İstər XVI əsrin sonunda, istərsə də XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ əyalətinin ərazisi, əsasən, dəyişməz olmuşdur. Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, qəza-nəzərdə tutulur) və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nahiyəsi ilə həmsərhəd olan Lori qəzası na qədər uzanırdı".
redaktə
Mədəni irsiAzıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 200-250 metr yüksəklikdə yerləşir. Xocavənd rayonu ərazisində, rayonun Azıx və Salaketin kəndləri arasında, dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.
redaktə
Mərhəmət1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım. Qətlə yetirilənlərin sayı 613 nəfər, bunlardan 63 uşaq, 106 qadın və 70 qoca olmuşdur. 8 ailə tam məhv edilmiş, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirmiş, 487 yaralının 76-sı uşaqlar olmuş, 1275 nəfər əsir alınmış, 150 nəfər itkin düşmüşdür. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.
redaktə
Kateqoriyalar
redaktə
Əlaqəli portallar
|