Portal:Rəssamlıq/Pablo Pikasso Haqqinda Melumat - Vikipedia

Portal:Rəssamlıq/Pablo Pikasso Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Rəssamlıq/Pablo Pikasso

Pablo Ruiz Pikasso (isp. Pablo Ruiz Picasso; 25 oktyabr 1881, Malaqa, İspaniya8 aprel 1973, Müjen, Fransa) – ispan rəssamı, heykəltəraşı, qrafiki, keramisti və dizayneri 20-ci əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biridir. Jorj Brakla birlikdə üçsəthli cismin orijinal tərzdə bir yerdə yerləşdirlimiş səthlər sırası kimi təsvir edildiyi kubizm cərəyanının banisidir. Ən məşhur əsərləri sırasında erkən-kubist "Avinyonlu qızlar" (Les Demoiselles d'Avignon, 1907) və İspaniya vətəndaş müharibəsi zamanı dinc Gernika şəhərinin alman Kondor Legionu tərəfindən bombalanmasına həsr edilmiş "Gernika" (Guernica, 1937) əsəri xüsusi qeyd edilə bilər. Pikasso uşaqlığından gəncliyinədək realistik tərzdə rəsmlər çəkməklə əsrarəngiz incəsənət bacarığı nümayiş etdirib. XX əsrin ilk onilliyində yeni mülahizələri, texnikaları və düşüncələri ilə təcrübə apardığından onun incəsənətdə istiqaməti dəyişmişdir. Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltəraşlıq və dizaynla yanaşı, digər çoxsaylı təsviri və tətbiqi-incəsənət sahələrində də göstərirdi. Pikassonun yaradıcılıqda çevriliş etmiş nailiyyətləri ona dünya şöhrəti və həyatı boyu sərhədsiz uğurlar gətirmişdir ki, bu da onu XX əsr incəsənətinin ən məşhur şəxsiyyəti edib. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Saytda 164 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024