Portal:Səfəvilər dövləti Haqqinda Melumat - Vikipedia

Portal:Səfəvilər dövləti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Səfəvilər dövləti


Səfəvilər dövləti portalına

xoş gəlmisiniz!

Haqqında

Səfəvilər (fars. صفویان‎ [Səfəviyan]) — İslam dininin yaranmasından sonra mövcud olan önəmli türk xanədanlarından biri idi. 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə etmiş, Azərbaycanın varisi olduğu tarixi Azərbaycan dövləti. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu , Mosullu, Pornak , Şeyxavənd , Çəpni ,Bayat ,Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı , Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Şəxsiyyət

Pərixan xanım (tam titulu: Dürri-dürət Padşahi Şahhiran Sultan Cahan və Cahaniyan Fatimə üz-Zamani Pərixan Sultan; 3 avqust 1548 - 12 fevral 1578) — Səfəvi Sultanı, Səfəvilər dövlətinin I Şahhiranı ( hökmüdarı ) atası I Təhmasib, anası Şamxal sultanın bacısı Sultanağa Sultan idi. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Memarlıq

Ali Qapı (azərb. Yüksək Qapı‎; fars. عالی‌قاپو‎:, Ali Kapu) hal-hazırda İranın İsfahan şəhərində yerləşən Səfəvilər dövrünə aid saraydır. Dünyanın ən böyük meydanlarından biri olan Nəqşi Cahan meydanının qərbində yerləşir. Bu saray qırx səkkiz metr hündürlükdə, yeddi mərtəbəlidir.

Sarayın adı Azərbaycan tükcəsindən götürülmüşdür. Mənası yüksək qapı deməkdir. Bina dövründə inşa edilmiş gözəl memarlıq abidələrindən biridir. Bu saray on yeddinci əsrdə Şah I Abbasın fərmanı ilə inşa edilmişdir. Bu böyük hökümdarın zamanında, əyanları və xarici səfirləri əyləndirmək üçün istifadə olunmuşdur. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Sitat

"
"Şiraz hakimi Vəli Sultan Qalxançıoğlu Zülqədər dedi:
"- Atanın mirası oğula çatar. Şah Şücanı padşah edin".
Əmirlər ona etiraz edərək dedilər:
"- Sən vəkilüssəltənə və qızılbaşların böyüyü olmaq istəyirsən. Səkkiz aylıq uşaq necə İran padşahı ola bilər?"
Bütün əmirlər və dövlət başçıları nəvvab Pərixan Sultanın hökmünə tabe olduqlarından, Vəli Sultan nəvvab Sultanın xoşuna gəlməkdən ötrü dedi:
"Səltənət işlərinin icrası Pərixan Sultan tərəfindən həyata keçirilsin. Amma, Sikkə qoy Şah Şücanın adına zərb edilsin".
"

Seçilmiş şəkil

Şah İsmayıl Xətainin XVI əsrdə naməlum Florensiyalı rəssam tərəfindən çəkilmiş portreti (Uffitsi muzeyi).

Kateqoriyalar

Əlaqəli portallar

Azərbaycan tarixi Monarxiya Qafqaz Albaniyası Şirvanşahlar dövləti
Səfəvilər dövləti Vikixəbərdə  Səfəvilər dövləti Vikisitatda  Səfəvilər dövləti Vikikitabda  Səfəvilər dövləti Vikimənbədə  Səfəvilər dövləti Vikilüğətdə  Səfəvilər dövləti Vikiversitetdə  Səfəvilər dövləti Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar



Saytda 25 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023