Portal:SSRİ Haqqinda Melumat - Vikipedia

Portal:SSRİ Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz


Wappen von Germany
SSRI portalına xoş gəlmisiniz!
Добро пожаловать на портал СССР!

Seçilmiş məqalə

Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: SSRİ (rus. Союз Советских Социалистических Республик, СССР) — 1922-1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marsizm-leninzm – radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya imperiyasının varisi olmuşdur.Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini RSFSR təşkil etmişdir. SSRİ yaradılarkən onun əsasında 4 dövlət qurumu olmuşdur – Rusiya SFSR, Belarusiya SSR, Ukrayna SSR və tərkibində 3 (Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR) dövləti birləşdirmiş Zaqafqaziya SFSR. 1936-cı ilədək SSRİ-nin tərkibində əlavə Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSRQazaxıstan SSR təşkil edilmişdi. Həmçinin, 1936-cı il islahatlarının nəticəsi olaraq Zaqafqaziya SFSR parçalandı. Beləliklə, SSRİ formal 11 dövlətdən ibarət ittifaqa çevrildi. İkinci dünya müharibəsindən qalib çıxmış SSRİ tərkibinə Litva SSR-i, Moldova SSR-i, Estoniya SSR-i və Latviya SSR-i də qatdı. SSRİ öz sərhədlərini Avropaya tərəf genişləndirdi. Həmçinin Almaniyanın bir hissəsi də ( keçmiş Kenisberq əyaləti ) ona nəsib oldu. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Tarixə nəzər

Qırmızı terrorSovet Rusiyasında Qırmızı terror kütləvi həbslər kampaniyası və bolşeviklər tərəfindən həyata keçirilmiş cəzalar idi. Sovet tarixşünaslığında Qırmızı Terrorun 1918-ci il, 2 sentyabrda Yakov Sverdlov tərəfindən rəsmən elan olunduğu və 1918-ci ilin oktyabrında başa çatdığı göstərilir. Buna baxmayaraq, Sergey Melqunovdan başlayaraq bir-çox tarixçilər bu dövrü bütün Rusiya Vətəndaş Müharibəsi (1918-1922) dövrünü əhatə etdiyini qeyd edirlər. Kütləvi repressiyalar ədalət mühakiməsi olmadan gizli polis – Çeka tərəfindən Fransa İnqilabının 1794-cü il, 28 iyulda başa çatmış "Terror idarəçiliyi"nin (Robespyer tərəfindən həyata keçirilib) son 6 həftəsini təsvir etmək və bu dövrü sonrakı "Ağ Terror" dövründən ayırmaq üçün istifadə olunub (tarixdə bu dövr Böyük Terror (fr. la Grande Terreur) kimi tanınır). Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

AKP-nin birinci katibi

İmam Daşdəmir oğlu Mustafayev (19101997) — bioloq alim, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, 1954-59-cu illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi. İmam Mustafayev 25 fevral 1910-cu ildə Azərbaycanın Qax rayonunun Əmbərçay kəndində , kasıb kəndli ailəsində anadan olmuşdur. 1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, 1932-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1934-40 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini işləmişdir. 1940-cı ildə Ymumittifaq Kommunist (bolşeviklər) Partiyası üzvlüyünə qəbul olunur. 1940-54 illərdə Azərbaycan SSR dövlət nəzarəti komissarının 1-ci müavini, Azərbaycan xalq torpaq komissarının 1-ci müavini, Azərbaycan kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin 1-ci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi 1954-cü ildə Azərbaycan KP-nin birinci katibi seçilir. Qırmızı Əmək Bayrağı, Şöhrət, Qırmızı Bayraq və Şərəf Nişanı ordenləri ilə təltif edilmişdir. Hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilinin rus dilindən üstün tutulması istiqamətində gördüyü işlər səbəbindən 12 iyun 1959-cu ildə, o "bacarıqsızlıq" bəhanəsi ilə vəzifəsindən azad edildi və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyündən çıxarıldı. Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda şöbə müdiri olmuş (1954-70), 1971 ildən həmin institutun direktoru olmuşdur. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Mədəniyyət

Yuri Vladimiroviç Nikulin (rus. Юрий Владимирович Никулин) — rus aktyoru və klounu. Yuri Nikulin 1921-ci ildə Smolensk quberniyasının Demidov şəhərində anadan olmuşdur. Atası Vladimir Andreyeviç siyasi maarif fakültəsini bitirmiş və Demidovdakı dram teatrında işə düzəlmişdi. Orada onun anası da aktrisa kimi çalışırdı. Yuri Nikulinin ailəsi 1925-ci ildə Moskvaya köçür. Bununla əlaqədar o, yeddinci sinifdən etibarən başqa məktəbdə oxumalı olur. 1939-cu ildə o, orduya çağırılır və zenit artilleriyasında xidmət edir. 1946-cı ildə serjant Yuri Nikulin ordudan tərxis olunur. Müharibə zamanı o, "İgidliyə görə", "Leninqradın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları ilə təlif olunmuşdu. Müharibə başa çatdıqdan sonra Yuri Moskva sirkinin yanındakı klounada studiyasına daxil olur. Studiyanı bitirdikdən sonra, o zaman qeyri-adi və məşhur kloun olan Karandaşın yanında köməkçi işləyir. Bu zaman Yuri Nikulin Mixail Şuydinlə tanış olur. Onlar uzun müddət partnyor kimi çıxış edirdilər. Beləliklə, onlar xasiyyətcə ayrı-ayrı adamlar olmalarına baxmayaraq, Nikulin-Şuydin dueti yarandı. 1983-cü ildə Mixail Şuydinin ölümündən sonra o, sirkin direktoru vəzifəsində çalışır. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Bilirsinizmi ki...

Yuri Qaqarin - sovet kosmonavtı və kosmosa uçan ilk insan

Seçilmiş şəkil

Dünyada 100 milyondan çox istehsal olunmuş SSRİ istehsalı AK-47
 

Sovet Respublikaları

Partiya rəhbəri

İosif Stalin – SSRİ partiya, dövlət və siyasi xadimi, 1922-ci ildən ÜKP(B) MK-nın Baş katibi, 1941-ci ildən SSRİ Xalq Komisarları Sovetinin və 1946-cı ildən SSRİ Nazirlər Sovetinin Sədri. 1924-cü ildən etibarən SSRİ-nin qeyri-məhdud hakimiyyətə malik diktatoru. Stalin insan hüquqları anlayışının qeyri-mümkün olduğu, sərt komanda-idarəetmə sistemli, hərbiləşdirilmiş iqtisadiyyata malik, sivil dünyadan təcrid qapalı bir dövlət qurmuşdu. Bu sistem ölkəni iqtisadi inkişafına xeyli təkan versə də, bu milyonlara insanın qanı hesabına baş verdi. Onun idarəetməsistemi və metodları tarixə stalinizm adı ilə düşmüşdür.

Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Sovet İttifaqı Qəhrəmanı

Aslanov Həzi Əhəd oğlu — 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı general-mayor. Həzi Aslanov 1910-cu il yanvarın 22- də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929–cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sora Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Kateqoriyalar

SSRİ adlı kateqoriya tapılmadı.

Əlaqəli portallar


Nasist Almaniyası İkinci Dünya müharibəsi


SSRİ Vikixəbərdə  SSRİ Vikisitatda  SSRİ Vikikitabda  SSRİ Vikimənbədə  SSRİ Vikilüğətdə  SSRİ Vikiversitetdə  SSRİ Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar

Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024