Portal:Türkiyə Haqqinda Melumat - Vikipedia

Portal:Türkiyə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
Portal Türkiyə portalı Portal Kateqoriyalar Proje Layihə Türk KahvehanesiTürk qəhvəsi

Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan, İran, Ermənistan, cənubdan isə İraqSuriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdə Egey dənizi, şimalda Qara dəniz, cənubda isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dəniziDardanel boğazı ölkənin AvropaAsiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Əhalinin təqribən 70-80%-i özünü etnik türk hesab edir. Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklarlazlar daxildir. Rəsmi dil türk dilidir. Türk dili ilə yanaşı kurmanc, bosniya, ərəb, zaza, kabardin-çərkəz və digər dillərdə danışanlar da azlıq təşkil edir.

Müasir Türkiyə ərazisi Paleolit dövründən etibarən müxtəlif xalqlar tərəfindən məskunlaşma mərkəzinə çevrilmişdir. Aysorlar, yunanlar, frigiyalılar, uratular bu ərazilərin ilk sakinləri hesab olunur. Makedoniyalı İsgəndər bu əraziləri ələ keçirdikdən sonra burada yunanlaşma prosesi başlamışdır. Bu proses sonralar Roma İmperiyasıBizans İmperiyası dövründə də davam etmişdir.

Davamı... Davamı...

Dünya'da Türkiye
Mövzu başlıqları: Seçilmiş şəkil • Seçilmiş şəxs • Seçilmiş şəhər • Milli rəmzlər • Maraqlı faktlar • Coğrafi regionlar  redaktə

Seçilmiş məqalə

redaktə

Seçilmiş şəkil

redaktə

Dolmabağça SarayıTürkiyə Cümhuriyyətinin İstanbul şəhərində, Mərmərə dənizindən Boğaziçinə gedən yolda, dənizin sol sahilində Üsküdar məhəlləsinin qarşısında yerləşən tarixi saray. Bu gün Dolmabağça sarayının yerləşdiyi ərazi XVII əsrdə Osmanlı donanmasının gəmilərinin saxlandığı limanlardan biri idi. Ənənəvi dənizçilik şənliklərinin təşkil edildiyi bu liman bir müddət sonra bataqlığa dönmüşdü. XVII əsrdə doldurulmasına başlanan bu liman Osmanlı padşahlarının əyləndikləri və istirahət etdikləri bir bağça kimi istifadə edilməyə başlandı. Bu bağçada uzun tarixi zaman ərzində inşa edilmiş köşklər və qəsrlər kompleksi bir müddət Beşiktaş Sahilsarayı adıyla tanınmışdı. XVIII əsrin II yarısına doğru, Türkiyə memarlığında qərb təsirləri görünməyə başlamış və "Türk rokkokosu" deyilən memarlıq üslubu, yenə qərb ölkələrinin təsiri ilə tikilən barokko üslublu köşklər, qəsr və saraylar inşa edilməyə başlanmışdır.

Davamı... Davamı...

Orta əsr Bizans dövründən bəri Türkiyənin İstanbul şəhərinin Üsküdar sahilində yerləşən Bosforun cənubunda yerləşən Qız qülləsi şəhərin simvollarından biridir.

Seçilmiş bioqrafiya

redaktə
Seçilmiş məkan redaktə

Mustafa Kamal Atatürk (türk. Mustafa Kemal Atatürk) — Türk Milli Qurtuluş Mübarizəsinin hərbi və siyasi lideri, Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, Kamalizmin yaradıcısı. Mustafa Kamal Atatürk 1881-ci ildə Osmanlı İmperiyasına məxsus Saloniki şəhərində dünyaya gəlmişdir. 1896-1899-cu illərdə müasir Makedoniya ərazisində yerləşən Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbinə qəbul olunmuşdur. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olmuş, Hərbi Akademiyada təhsilinə davam etmişdir. 1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirmişdir. 1905-1907-ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət etmiş, 1907-ci ildə adyutant rütbəsi almışdır. Daha sonra Manastıra 3-cü Orduya təyin olunmuşdur. Ölkəsində monarxiyanı ləğv edərək respublikanı qurdu və 1923-cü ildən 1938-ci ildəki vəfatına qədər prezident vəzifəsini icra etdi. Birinci Dünya Müharibəsi əsnasında osmanlı ordusunda xidmət edən Atatürk; Çanaqqala Cəbhəsinde polkovnikliyə, Sina-Fələstin Cəbhəsinde isə İldırım Orduları (7-ci Ordu) generallığına təyin edilmişdir. Döyüşün sonunda Osmanlı İmperiyasının məğlubiyyətini taxıban Türkiyə İstiqlaliyyət Müharibəsindəki Türk Milli Hərəkatına öndərlik etmişdir.

Davamı... Davamı...

İstanbulTürkiyənin ən böyük şəhəri və ölkənin 81 ilindən biri. Ölkənin iqtisadi, tarixi və sosial-mədəni əhəmiyyətli şəhərlərindən biridir. İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, Dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır. İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə dəniziBosfor sahili boyunca salınmış şəhərdir. Qitələrarası şəhər olan İstanbulun Avropa hissəsinə Avrupa yakası, Asiyadakı hissəsinə isə Anadolu Yakası deyilir. Üç tərəfi su sahəsi — Mərmərə dənizi, BosforHaliç ilə əhatə olunmuş yarımada üzərində qurulan İstanbulun qərb sərhədi Konstantinopol qala divarlarını meydana gətirir. Şəhərin böyümə və inkişafı prosesində qala divarlarının sərhədləri 4 dəfə qərbə daşınmışdır. Şəhər 39 ilçədən ibarətdir. Son illərdə meydana çıxan arxeoloji tapıntılar bəşəriyyət tarixində mühüm rol oynayır.

Davamı... Davamı...

Qalereya

redaktə
Coğrafi regionlar redaktə

Türkiyənin coğrafi regionları

Maraqlı faktlar

redaktə

Milli rəmzlər

redaktə
Türkiyə Cümhuriyyətinin milli rəmzləri
Türkiye Bayrağı
Türkiye Bayrağı
Türkiyə bayrağı Türkiyə gerbi
(De-fakto)

Sloqan: Suverenlik qeydsiz-şərtsiz millətə məxsusdur


Himn: İstiqlal marşı


Ulusal bayramı: 29 oktyabr, 23 aprel, 19 may, 30 avqust

Əlaqəli portallar

redaktə

Kateqoriyalar

redaktə

Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023