Portal:Talış Haqqinda Melumat - Vikipedia

Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Talış

Talysh icon.svg

Talış portalına xoş gəlmisiniz!
Xəş oməyon bə Tolışə portal!
Talışlar Azərbaycan Republikasının cənub-şərqində və
İranın şimalında, əsasən Gilan ostanında yaşayan xalqdır.
Talışların ana dili Talış dilidir. (Ətraflı...)

Seçilmiş məqalə

Yardimli08.jpg

Talış dağları - Azərbaycan Respublikasının cənub-şərq hissəsində yerləşir.

Talış dağları əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış dağları Kiçik Qafqaz dağlarından Elbrus (İran) dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir. Talış dağları Burovar, Peştəsər və Talış dağ silsilələrindən ibarətdir. Talış dağ silsiləsi Cənubi Azərbaycan ərazisindədir. Talış dağları cənub-şərqdə Əlbürs, qərbdə isə Savalan dağları ilə birləşir. Vilayətin ən hündür nöqtələri Gömürgöy (2493 m) və Qızyurdu (2433 m) zirvələridir. Vilayətin Lənkərançay (Bəşəru), Vazaru, Sadaşaru, Astaraçay, Təngərüd, Pensərçay, Ləkər, Veravulçay, Qumbaşıçay, Viləş, Mişarçay, Göytəpəçay, Bolqarçay və b. çayları öz başlanğıclarını Talış dağlarından götürürlər. (Davamı...)

Seçilmiş bioqrafiya

Baloğlan Əşrəfov.jpg

Əşrəfov Baloğlan Xanoğlan oğluAzərbaycan müğənnisi, Azərbaycanın əməkdar artisti (2007).

Baloğlan Əşrəfov 1951-ci il oktyabr ayının 8-də Masallının Bədəlan kəndində anadan olmuşdur. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirmişdir.

1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləmişdir. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub.

1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib.

İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar etmişdir.

1989-cu ildə yaratdığı "Şəhriyar" (AzKonsertin nəzdində) ansamblı ilə Bakının bütün böyük konsert salonlarında konsertlər verib.

Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, AlmaniyaMDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edib. İraqda Babilistan festivalında Azərbaycanı tərənnüm edib. (Davamı...)

Mədəniyyət

TalışAzərbaycanın bütün xalçaçılıq məntəqələrində toxunan xovlu xalça.

Azərbaycanın səkkiz rayonunda "Talış" adlanan kənd yerləşir. Lakin bu xalça öz adını bu səkkiz kəndin adından deyil, Xəzər dənizinin sahilində, Talış dağları boyunca uzanan böyük ərazinin adından götürmüşdür. Bu ərazi çox zəngin və gözəl bir məkandır. Bu ərazidə sakin olan talışlar düyü yetişdirir, ipək qurdu yetişdirilməsi, heyvandarlıq, bağçılıq, arıçılıq ilə məşğul olurdular. Xalçaların, cecimlərin, kilimlərin, yun corabların toxunması, mürəkkəb və asan hörmə, naxış qoyma - bütün bunlar talışların əsas məşğuliyyətidir. Sadalanan məhsulların əksəriyyəti yundan və ipəkdən hazırlanır.

Bu xalçalar Qarabağ tipinin Cəbrayıl qrupuna daxil edilsədə göründüyü kimi öz adını Azərbaycanın cənub ərazisindən almışdır.(Davamı...)

 

Tarix

Khanate of Talysh in the Map of Caucasus with the borders 1801-1813.png

Talış xanlığı — Azərbaycan xanlıqlarından biri.

Səfəvilər dövründə Talış ərazi yerli idarəetməyə malik olsa da mərkəzi hakimiyyətə tabe idi. Nadirin ölümündən sonra Talış xanlıq olaraq öz mövcudluğunu davam etdirdi. Xanlığın ərazisi demək olar ki, Azərbaycan Respulikasının indiki Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı rayonlarının ərazilərini və indiki İranın Gilan ostanının Astara, Fumən və Taleş şəhristanının ( mərkəzi şəhəri Həşpər adlanır) bölgələrini əhatə edirdi. (Davamı...)

Seçilmiş şəkil

Lerik Azerbaijan 03.JPG

LerikAzərbaycan Respublikası ərazisində rayon. İnzibati mərkəzi Lerik şəhəridir. Lerik rayonu 1930-cu il avqustun 8-də təşkil olunmuşdur. 1938-ci ilədək Zuvand rayonu adlandırılmışdır.

Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur. (Davamı...)

 

Regionları

Azərbaycan:

LerikLənkəranMasallıAstaraYardımlıCəlilabadBiləsuvarSabirabad [mənbə göstərin]


İran:
AstaraRəştRizvanşəhrRudbarŞəftSuməə səraFumənMasalHəştpərBiləsuvarParsaabadXalxal [mənbə göstərin]

Sitatlar

Wikiquote-logo.png
" Köhnə qar çovğun gətirməz. (Kanə voə şəpə əjənni.) "
Talış atalar sözü


Bilirsinizmi ki....

Portal:Talış/Bilirsinizmi ki...

Necə kömək edə bilərəm

Aşağıdakı məqalələri zənginləşdirməyə siz də kömək edə bilərsiniz.

Əlaqəli portallar

Azərbaycan İran
İslam Zərdüşlük

Kateqoriyalar


Digər resurslar

Talış Vikixəbərdə  Talış Vikisitatda  Talış Vikikitabda  Talış Vikimənbədə  Talış Vikilüğətdə  Talış Vikiversitetdə  Talış Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar
Wikinews-logo.svg
Wikiquote-logo.svg
Wikibooks-logo.svg
Wikisource-logo.svg
Wiktionary-logo-az.png
Wikiversity-logo.svg
Commons-logo.svg


Incubator-logo.svg Talışca vikipediya

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

S

Saytda 60 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021