redaktə "Həyat bir səhnədir, teatrdan fərqli olaraq burada hər kəs özünü oynayır "
Üçüncü zəng çalınır, pərdə qalxır...

|
Teatr portalına Xoş Gəlmişsiniz!
|
|

Hörmətli fahişə — Cənub əyalətlərinin birində yaşayan tanınmış ailənin övladı gənc sənaye işçisi Tomas və onun üç dostu futbol matçından sonra sərxoş şəkildə qatara minirlər. Şimal əyalətlərinin birində yaşayan küçə qadını Lizzi də özünə kiçik cənub qəsəbəsində yeni həyat qurmaq üçün eyni qatarla səyahət edir. Sərxoş ağ şəxslər əvvəlcə Lizziyə tanış olmaq üçün yaxınlaşırlar. Daha sonra isə qatara minən iki zənci şəxsi ələ salıb onlarla mübahisə edirlər. Tomas cibindən silah çıxardıb zənci şəxslərdən birini qətlə yetirir. Bunu görən digər zənci şəxs isə qorxaraq qatarın şüşələrindən tullanaraq qaçır. Lizzi isə bütün hadisələrin şahidi olmuşdur.

Ağarza Quliyev — Azərbaycan rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi. 22 dekabr 1898-ci ildə Lənkəranda anadan olub.[2] 1924–cü ildə Azərbaycan Teatr məktəbini, 1927–ci ildə isə Kinofabrikanın nəzdində kino emalatxanasını bitirib.

Leyla Bədirbəyli — Azərbaycanın görkəmli teatr xadimi; Azərbaycan SSR xalq artisti (1959). SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları Laureatı. 1937- 1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942- 1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir.
Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12-13 yaşı vardı. Leyla uşaqlığını İçərişəhər dəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubuna-qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənət ə marağı da o vaxtdan yaranmağa başlayır.

- 1 fevral — 1893 cü il Manon Leska operasının ilk primyerası
- 1 fevral — 1896 cı il Bohema operasının ilk primyerası
- 2 fevral — 1945 ci il Hüseynqulu Sarabskinin ölüm günü
- 3 fevral — 1994 ci il, Rauf Atakişiyevin ölüm günü
- 3/15 fevral — 1857 ci il, Mixail Qlinkanın ölüm günü.
- 5 fevral — 1918 ci il, Qara Qarayevin doğum günü
- 13 fevral — 1883 cü il, Rixard Vaqnerın ölüm günü
- 10 fevral — 1898 ci il, Bertolt Brextin doğum günü
- 17 fevral — 1904 cü il, Madam Batterflay operasının premyerası, Milanın La Skala səhnəsində oynanılmışdır
- 20 fevral — 1816 cı il, Sevilya bərbəri operasının ilk premyerası, Romada Arcintina teatrında oynanılmışdır
- 20 fevral — 1984 ci il, Fikrət Əmirovun ölüm günü
- 22 fevral — 1866 ci il, Cəlil Məmmədquluzadənin doğum günü
- 29 fevral — 1792 ci il, Coakkino Rossininin doğum günü

Əfəndiyev İlyas Məhəmməd oğlu (1914-1996) — nasir, dramaturq, 1940-cı ildən AYB-nin üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi (1960), Azərbaycan Dövlət Mükafatı laureatı (1972), Azərbaycanın xalq yazıçısı (1979). İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işlərilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.
|