Portal:Video oyunlar
Video oyun və ya Kompüter oyunu — televizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Video oyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur.
Video oyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Video oyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara video oyun konsolları kimi video oyunlara həsr olunmuş cihazlar, eləcə də noutbuk və stolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir
Video oyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular video oyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Video oyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur. 2000-ci illərdə satışa çıxarılan bəzi video oyunlarda lamisə, vibrasiya effektləri və virtual reallıq kaskaları var idi.
2010-cu illərdə video oyunların kommersial əhəmiyyəti gün getdikcə artır. İnkişaf edən Asiya və smartfonlardakı mobil oyunlar bazarı sənayenin mühüm bir parçasına çevriliblər. 2015-ci ildə əldə edilən məlumatlara əsasən, video oyunlar beynəlxalq səviyyədə 74.000.000.000 ABŞ dolları gəlir əldə ediblər və ABŞ əyləncə bazarının üçüncü ən böyük hissəsi olublar.
Marvel Super Heroes vs. Street Fighter — "Capcom" tərəfindən hazırlanan və nəşr olunan krossover faytinq video oyunu. "Marvel vs. Capcom" video oyun seriyasındakı 2-ci əsas epizoddur və 1996-cı ildə satışa çıxarılan "X-Men vs. Street Fighter" video oyununun davamıdır. Video oyun ilk dəfə 1997-ci ildə arkada oyunu kimi buraxılmışdır. Video oyun daha sonra 1998-ci ildə Sega Saturn, 1999-cu ildə isə PlayStation üçün satışa çıxarılmışdır.
"Marvel Super Heroes vs. Street Fighter" video oyununun geympleyi və estetikası "X-Men vs. Street Fighter" video oyununa çox oxşayır. Hər bir oyunçu iki personaj seçir ki, təkbətək teq-tim komanda döyüşündə iştirak etsinlər və rəqib komandanı məğlub etsinlər. Video oyun əvvəlki buraxılışdakı İks-adamlar heyətinin çoxunu digər "Marvel" mülklərindən olan personajlarla əvəz edir. Əlavə olaraq, video oyun "Dəyişkən yardım" adlı yeni geympley mexanikası təqdim edir, hansı ki, növbəti "Marvel vs. Capcom" buraxılışlarında istifadə olunmuşdur.
Əvvəlki buraxılışda olduğu kimi "Marvel Super Heroes vs. Street Fighter" video oyunu da geympleyi, kəskin animasiyaları, personaj reyestrinə görə ümumiyyətcə müsbət rəylər almışdır. Oyunun 4 MB RAM genişləndirmə kartricindən istifadə edən Sega Saturn versiyası arkada kimi möhtəşəm bir konversiyasına görə təriflənmişdir. PlayStation konsolunun yaddaş məhdudiyyətlərinə görə, teq-tim döyüşləri portdan yığışdırılmışdır. Bu da portun qarışıq rəylər almasına səbəb olmuşdur. Oyunun sikveli olan "Marvel vs. Capcom: Clash of Super Heroes" 1998-ci ildə buraxılmışdır.
Bouzett (ing. Bowsette, /baʊˈzɛt/ , bow-ZEHT) və ya Koopa-hime (yaponca: クッパ姫, Hepbörn: Kuppa-hime?, azərb. Şahzadə Kupa) — "Mario" franşizasının personajlarından Bouzerin azarkeş məhsulu olan, moe antropomorflaşdırılmış versiyası, hansı ki, istifadə etdiyi power-up sayəsində Şahzadə Piçə oxşayır. Personaj 19 sentyabr 2018-ci il tarixində Malayziya rəssamı "Ayyk92" tərəfindən internetdə yayımladığı bir komiks üçün yaradılmışdır. Bouzett tez bir zamanda qlobal populyarlıq əldə etmiş, ingilis və yapon dillərində onunla əlaqədar heşteqlər isə "Twitter" sosial şəbəkə platformasında trendə düşmüşdür. Bouzett tipik olaraq, buynuzları və kəskin köpək dişləri olan, iynəli boyunbağ, ona uyğun qolbağ və qara rəngli asqısız paltar geyən ağdərili sarışın bir qadın kimi təsvir olunur. Bir neçə Yaponiya rəssamı da personajı özlərinə uyğun bir şəkildə təsvir etmişdir. Bouzett mövzusunda olan bir konvensiyasının 2018-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılırdı.
- ... "The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king" video oyununun ən uzun başlığa sahib video oyun olaraq Ginnesin Rekordlar Kitabına daxil olduğunu?
- ... "Bayonetta" video oyununun istehsal komandasının adı – "Kiçik mələklər komandası" (ing. Team Little Angels) "Devil May Cry" video oyununun istehsal komandası – "Kiçik iblislər komandası"na (ing. Team Little Devils) bir istinaddır.
- ... bəstəkar Hiroki Kikuta (şəkildə) baxmayaraq ki, iyirmidən çox video oyunun musiqisini bəstələyib, əslində musiqi üzrə formal bir təhsil almadığını?
- ... 2007-ci ildə "Hitman" seriyası əsasında bir filmin çəkildiyini və filmdə Agent 47 personajını Timoti Olifantın canlandırdığını?