Prezervativ Haqqinda Melumat - Vikipedia

Prezervativ Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Prezervativ (fr. préservatif, lat. praeservo — "qorunuram"), bəzən kondom (fr. condom) — hamiləlik və ya cinsi yolla ötürülən infeksiya ehtimalını azaltmaq üçün cinsi əlaqə zamanı istifadə olunan elastik boru.[1] Dünyada həm erkəklər, həm də qadınlar üçün prezervativlər mövcuddur.[2] Prezervativlər qonoreya, xlamidiya, trixomoniaz, hepatit BQİÇS-in risklərini xeyli azaldır.[1] Prezervativ az olsa da, genital herpes, insan papilloma virususifilisin risklərini azaldır.[1]

Prezervativ

Zöhrəvi xəstəliklərin qarşısını alınması üçün istifadə olan prezervativlər 1564-cü ildən bəri istifadə olunur.[1] Kauçuk prezervativlər 1855-ci ildə, lateks prezervativlər isə 1920-ci illərdən satılır.[3][4] Hər il dünyada təxminən 9 milyard prezervativ satılır.[5]

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 Hatcher, Robert Anthony; M.D, Anita L. Nelson. Contraceptive Technology (ingilis). Ardent Media. 2007. 297–311. ISBN 9781597080019. 2017-09-18 tarixində arxivləşdirilib.
  2. World Health Organization. Stuart MC, Kouimtzi M, Hill SR (redaktorlar ). WHO Model Formulary 2008. World Health Organization. 2009. səh. 372. hdl:10665/44053. ISBN 9789241547659.
  3. Allen, Michael J. The Anthem Anthology of Victorian Sonnets (ingilis). Anthem Press. 2011. səh. 51. ISBN 9781843318484.
  4. McKibbin, Ross. Classes and Cultures: England 1918–1951 (ingilis). Oxford University Press. 2000. səh. 305. ISBN 9780198208556.
  5. Hermann, Henry R. Dominance and Aggression in Humans and Other Animals: The Great Game of Life (ingilis). Academic Press. 2016. ISBN 9780128092958.

Saytda 45 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023