Prezident Haqqinda Melumat - Vikipedia

Prezident Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Prezident (lat. pre - "əvvəl" və sedere - "oturmaq" sözlərindən, "öndə oturan" mənasını verir) — seçki yolu ilə müəyyən olunan dövlət və ya inzibati-ərazi vahidinin rəhbəri, yaxud kollegial orqanın, ictimai birliyin və ya kommersiya təşkilatının sədri.

İcraedici hakimiyyət

Bəzi ölkələrdə isə (məsələn, ABŞ-də) bu vəzifəni nə vaxtsa tutmuş bütün şəxslərə ömürlük verilən titul. Prezident idarə üsuluna sahib olan ölkələrdə prezident icraedici hakimiyyətin rəhbəri, parlament idarə üsuluna sahib ölkələrdə isə yalnız dövlət başçısıdır. Müasir dövrdə bəzən seçki yolu ilə deyil, dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn diktatorlar da özlərini rəsmi olaraq prezident adlandırırlar.

Tarixi redaktə

Tarixdə ilk dəfə "prezident" titulunu milli rəhbər mənasında istiqlaliyyət müharibəsi dövründə Corc Vaşinqton istifadə etmişdir. 1787-ci ildə ABŞ Konstitusiyası qəbul olunanadək o, Britaniya İmperiyasına qarşı üsyan qaldıran ştatların "Kontinental konqres"inin prezidenti olmuş, sonradan isə ABŞ-nin prezidenti seçilmişdir.


Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023