Proqressiv rok Haqqinda Melumat - Vikipedia

Proqressiv rok Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz


Proqressiv rok — 60-cı illərin ikinci yarısında meydana gələn bir musiqi janrıdır. Standart mahnı qəliblərindən kənara çıxmaqla və rock musiqinin də öz yenilikçi xarakterini əlavə etməklə bu janr sonrakı dövrlərdə öz sözünü deyə bilmişdir. Əsas nümayəndələri King Crimson, Yes, Genesis, Pink Floyd, Jethro Tull, Rush, CamelPorcupine Tree kimi qruplardır. Bu janrın əsas xüsusiyyətləri axsaq və dəyişkən ritmli olması, standart formaya malik olmaması, mahnıların çox hallarda uzun olması, qrup üzvlərinin instrumental baxımdan virtuoz dərəcəsində musiqiçilər olması və bu səbəbdən də daha çox instrumental mahnılar olması. Əsas rock elementləri ilə (gitara, zərb alətləri, bas gitara) yanaşı başqa alətlərdən geniş istifadə olunur: piano, organ, skripka, fleyta, saksafon və s. Rok musiqisindəki dəyişiklik bu janra da təsir göstərmiş və 80-ci illərdə metal janrının yaranması ilə progressiv metal kimi bir janrın meydana gəlməsinə səbəb olmuşdur. Bura isə Queensryche, Stratovarious, Dream Theater, Pain of Salvation, The Sympony X kimi qrupları aid etmək olar.

Proqressiv rok
Progressive rock
İstiqamət Psychedelic rok
Hard rok
Folk rok
Experimental rok
Klassik musiqi
Caz
Mənbəsi Böyük Britaniya Birləşmiş Krallıq, ABŞ
Yarandığı dövr 1970-ci illər
Ölkə Böyük Britaniya,Almaniya,ABŞ
Tipik alət Gitara, Bas gitara, Zərb alətləri, piano, orqan, skripka, fleyta, saksafon
Törəmə formalar Simfonik rok,Progressiv metal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmçinin bax redaktə

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 49 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023