Pskov Haqqinda Melumat - Vikipedia

Pskov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Pskov

Rusiyada şəhər

Pskov (rus. Псков) — Rusiya Federasiyasının şimal-qərbində şəhər.

Pskov
Псков
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
57°49′ şm. e. 28°20′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 903
İlk məlumat 903
Sahəsi
  • 96 km²
Mərkəzin hündürlüyü 45 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 189.315 nəf. (1 yanvar 2023)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 8112
Poçt indeksi 180000–180999
Digər
pskovgorod.ru
Xəritəni göstər/gizlə
Pskov xəritədə
Pskov
Pskov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat redaktə

 
Troitsa kilsəsi

Pskov şəhəri mühüm sənaye mərkəzidir. Maşınqayırma (elektrik avadanlığı, radio detalları, süni və sintetik lif istehsalı üçün maşınlar və s.), yüngül(xüsusilə kətan emalı) sənaye inkişaf etmişdir. Pskovun mərkəzi hissəsində Kreml (Troitsa kilsəsi ilə) yerləşir. Miroj (təqribən 1156), İvan (1243), Snetoqor (1310) ən qədim tikililərindəndir. 1941 - 1944-cü illərdə şəhər demək olar ki, tamamilə dağıdılmış, müharibədən sonra bərpa, yenidənqurma işləri aparılmış, yaşayış evləri və ictimai binalar tikilmişdir[2].

Tarixi redaktə

 
Rusiya Bankının 10 rubl xatirə pulu (2012)

Pskov şəhərinin salnamələrdə ilk dəfə adı 903-cü ildə çəkilib. 13481510-cu illərdə müstəqil Pskov respublikasının paytaxtı olub. 1510-cu ildə Böyük Moskva knyazlığına birləşdirilmişdir. Livoniya ordeninəBöyük Litva knyazlığına qarşı fəal mübarizə aparmışdır. Sinfi zidiyyətlərin kəskinləşməsi nəticəsində 160816111650-ci illərdə Pskovda üsyanlar baş vermişdi. XIIIXVI əsrlərdə böyük ticarət, iqtisadiyyat və mədəniyyət mərkəzi olan Pskov XVIIXVIII əsrlərdə öz əhəmiyyətini itirdi.

Pskov üsyanı (1650) redaktə

1650-ci ildə Rusiyada baş vermiş bu üsyan antifodal səciyyəsi daşmışdır. 19491950-ci illərdəki qıtlıqla əlaqədar taxılın qiymətinin artması və möhtəkirlik üsyana bəhanə olmuşdur. Lakin üsyan məğlub olmuş, üsyan rəhbərləri sürgün olunmuşdur.

Pskov XX əsrdə redaktə

 
Pskov quberniyasının planı (1913)

1900-cü il, fevralın 26-danmayın 9-dək V.İ. Lenin Pskovda yaşamışdır. 1912-ci ildə Pskovda tramvay yolu açımışdır. Böyük Vətən Müharibəsinin başlanmasından 3 il sonra şəhər Almaniya tərəfindən işğal olunmuş, 3,5 min dinc sakin həlak olmuşdur. 1944-cü il, iyulun 23-də şəhər azad olunmuşdur.

Əhali redaktə

2016-cı ilin siyahıyaalmasına görə Pskov şəhərinin əhalisi — 208 145 nəfərdir. Əhalinin sıxlığı isə hər 1 kvadrat kilometrə 2177 nəfərdir. Pskov vilayətinin 2 ən böyük şəhərindən birincisidir (İkincisi Velikiye Lüki şəhəridir).

Əhali dinamikası (illər üzrə) redaktə

  • 1825 — 8685 nəfər
  • 1840 — 10 269 nəfər
  • 1870 — 18 831 nəfər
  • 1910 — 32 856 nəfər
  • 1920 — 29 004 nəfər
  • 1944 — 143 nəfər
  • 1959 — 81 270 nəfər
  • 1970 — 127 000 nəfər
  • 1985 — 194 000 nəfər
  • 1990 — 205 000 nəfər
  • 1995 — 207 000 nəfər
  • 2000 — 201 500 nəfər
  • 2010 — 203 279 nəfər
  • 2013 — 206 154 nəfər
  • 2016 — 208 145 nəfər

Əhalinin tərkibi (2010-cu il) redaktə

Pskov şəhərindən digər şəhərlərə qədər məsafə redaktə

 

Qardaşlaşmış şəhərlər redaktə

  1. Arles,   Fransa
  2. Belostok,   Polşa
  3. Gera,   Almaniya
  4. Kuopio,   Finlandiya
  5. Myanyan,   ÇXR
  6. Nijmegen,   Niderland
  7. Neuss,   Almaniya
  8. Norrtelye,   İsveç
  9. Pert, Böyük Britaniya  Birləşmiş Krallıq
  10. Roanok, ABŞ  ABŞ
  11. Vitebsk,   Belarus
  12. Tartu,   Estoniya
  13. Dauqavpils,   Latviya
  14. Valmiera,   Latviya

Mədəniyyət redaktə

Muzeylər redaktə

Pskov dövlət tarix-memarlıq və rəssamlıq muzeyinə daxildir:

  • Rəsm qalereyası
  • Miroj monastırı
  • Poqankin otağı
  • Muzeyin mərkəzi binası
  • Fərmanlar otağı
  • V.İ.Leninin kirayə yaşadığı ev-muzeyi
  • "Qığılcım" ("Искра") ev muzeyi
  • Yuri Sneqalskinin kirayə-muzeyi

Pskov kinemotoqrafiyada redaktə

Pskov musiqidə redaktə

Teatr redaktə

  • A.S. Puşkin adına Pskov akademik dram teatrı
  • Pskov kukla teatrı
  • Pskov filarmoniyası
  • Pskov filarmoniyasının simfonik orkestrı

Kinoteatr redaktə

  • "Qələbə" kinoteatrı
  • "Oktyabr" kinoteatrı
  • "Miraj Sinema" kinoteatrı

Qalereya redaktə

İstinadlar redaktə

  1. https://pskovstat.gks.ru/storage/mediabank/NAS230403_1.htm.
  2. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. 606 с.

Həmçinin bax redaktə


Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024