Ptolemey Haqqinda Melumat - Vikipedia

Ptolemey Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Klavdi Ptolemey (yun. Κλαύδιος Πτολεμαῖος lat. Claudius Ptolomaeus; təq. 100[1][2][…], güm. Ptolemey Hermi[d], Roma Misiri[d], Roma imperiyası[4]təq. 170[3][2][…], güm. İsgəndəriyyə, Roma Misiri[d], Roma imperiyası[5]) və ya Bətləmius (az-əbcəd. بطلمیوس‎) — antik yunan riyaziyyatçısı, coğrafiyaçısı, astronomu, astroloqu və filosofu. Klavdi Ptolemeyin adı öz dövründə yaşamış tarixçilərin əsərlərində çəkilmir. Onu çox vaxt Ptolemey şahlarının sülaləsinə aid edirlər. Bu isə müasir tarixçilər tərəfindən yanlış hesab edilir.

Ptolemey
q.yun. Κλαύδιος Πτολεμαῖος
Doğum adı Κλαύδιος Πτολεμαῖος
Doğum tarixi təq. 100[1][2][…]
Doğum yeri
Vəfat tarixi təq. 170[3][2][…]
Vəfat yeri
Elm sahələri astronomiya, astrologiya, riyaziyyat, mexanika, optika, coğrafiya, musiqi nəzəriyyəçisi[d], Musiqi nəzəriyyəsi
İş yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və elmi redaktə

Ptolemey təxminən 90–100-cü illərdə eramızın 2-ci əsrində Misirin Hermi şəhərində anadan olmuşdur, 160–175-ci illərdə İsgəndəriyyədə vəfat etmişdir. Ptolemey dövrünün ən görkəmli şəxslərindən olmuşdur. Məlumdur ki, Ptolomey Klavdi ömrünün çox hissəsini İsgəndəriyyədə keçirmiş, burada astronomik müşahidələr aparmışdır. Əsərləri astronomiyanın, coğrafiyanın və optikanın inkişafına böyük təsir göstərmişdir. Ən mühüm əsəri 13 kitabdan ibarət "Almagest"dir (Böyük Toplu). Birinci kitabda düzxətli və sferik triqonometriya, bir də Ptolomey teoremi şərh edilmişdir. Əsər bu sahədə bizə gəlib çatan ən qədim yunan mənbəi olub N. Kopernikin "Göy cisimlərinin fırlanması haqqında" əsərinədək bütün astronomik biliklərin şərhinə aid əvəz edilməz mənbə idi. Dənizçilikdə və coğrafi koordinatların təyinində Ptolomey Klavdi daha böyük rolu olmuşdur. O, ədədinin təqribi qiymətini hesablamış, sinuslar cədvəlini tərtib etmişdir. Bu, uzun müddət üçbucağa aid məsələlərin həllində yeganə mənbə idi.

Astronomiya elmində araşdırmaları redaktə

Astronomiyanın tarixində uzun illər Hipparxdan Biruniyə qədər olan bir dövrdə onun tayı-bərabəri olmamışdır. O fərziyyələrə görə 127–151-ci illər arasında İsgəndəriyyədə çalışmış, orada astronomik müşahidələr aparmışdır.

Onun "Əl-Məcisti" kitabında qədim dövrün bütün astronomik bilikləri toplanmışdır. Bu kitabın həqiqi adı "Astronomiyanın böyük riyazi düzəni"dir. "Əl-Məcisti" isə ona verilmiş ərəb adıdır. Orta yüzillikdə ərəbdilli alimlər bu kitabı araşdırmışdırlar. Avropalılar isə bu kitabla onların vasitəsi ilə tanış olmuşdurlar.

Ptolemey dünyanın modelini yaratmağa cəhd etmişdir. Onun təsəvvürünə əsasən yer kürəsi dünyanın mərkəzində durur və bütün başqa göy cisimləri (ay, ulduzlar, planetlər) onun ətrafında fırlanırlar. Bunu astronomik cəhətdən təsdiq etmək üçün o bir çox göy cisminin trayektoriyasını hesablayaraq onları çevrə şəklində yerin ətrafında təsvir etmişdir. Ptolemeyin dünya modeli (geosentrik nəzəriyyə) öz dəqiqliyinə görə Kopernikinkindən üstün idi. Kopernik də yer və göy cisimlərinin çevrə üzrə hərəkət etməsini qəbul edirdi. Yalnız Keplerin yerin ellips üzrə hərkət etməsini sübut edəndən sonra dünya haqqında düzgün təsəvvür yaranmağa başlamışdır.

Riyaziyyat elmində araşdırmaları redaktə

 
Ptolemeyin dünya təsvirinə aid rəsm, 1661

Riyaziyyatda Ptolemey elə də məşhur olmayan "Ptolemey teoremi" ilə tanınır. Onun bu teoreminə əsasən təpə nöqtələri çevrə üzərində yerləşən dördbucaqlının qarşı tərəflərinin cəmi onun diaqonallarının cəminə bərabərdir. Bu həm də tərsinə düzgündür.

Coğrafiya elmində araşdırmaları redaktə

Bundan əlavə Ptolemey yerin xəritəsinin işlənməsi ilə məşğul olmuşdur. Ptolemey bilirdi ki, yer kürə şəklindədir. Ona görə də, o yer kürəsini açaraq müstəviyə proyeksiya etmişdir. Başlanğıc meridian üçün o XIX əsrə qədər tətbiq olunan Ferro meredianından faydalanmışdır. Eninə uzunluğu isə bizə bu gün məlum olan ekvatordan hesablamışdır.Onu da qeyd edək ki, Ptolomey coğrafiya elminə ilk dəfə meridian və paralelləri gətirən insan olmuşdur.

Cənubda bir naməlum kontinentin olmasından da ilk dəfə Ptolemey bəhs etmişdir. Yer kürəsində yaşayan əhali haqqında onun verilənləri isə qeyri-dəqiq olmuşdur. Çünki, burada o informasiyanı başqalarından götürmüşdür. Yerin əhatə uzunluğunun hesablanmasında da Ptolemey səhvə yol vermişdir. Belə ki, bu qiyməti o 30000 km həddində olduğunu bildirir və bu rəqəm səhv olaraq bütün ədəbiyyatlara daxil olur.

Mənbə redaktə

 
Quadripartitum, 1622
  1. Wilfried Haag: Wege zu geometrischen Sätzen. Ernst Klett Verlag, Stuttgart 2003, ISBN 3-12-720120-6.
  2. Alfred Stückelberger, Gerd Graßhoff (Hrsg.): Klaudius Ptolemaios. Handbuch der Geographie. Schwabe Basel, Basel 2006, ISBN 3-7965-2148-7 (Griechisch-Deutsch).
  3. Wilfried Neumaier: Was ist ein Tonsystem? Eine historisch-systematische Theorie der abendländischen Tonsysteme, gegründet auf die antiken Theoretiker, Aristoxenos, Eukleides und Ptolemaios, dargestellt mit Mitteln der modernen Algebra. Lang, Frankfurt am Main/Bern/New York 1986, ISBN 3-8204-9492-8.
  4. Claudius Ptolemäus: Tetrabiblos — nach der von Melanchthon besorgten seltenen Ausgabe aus dem Jahre 1553. Chiron, Tübingen 2000, ISBN 978-3-925100-17-8.
  5. "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.610

İstinadlar redaktə

  1. 1,0 1,1 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 2,0 2,1 2,2 2,3 Complete Dictionary of Scientific Biography. Detroyt: Charles Scribner's Sons, 2008. ISBN 978-0-684-31559-1
  3. 3,0 3,1 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 4,0 4,1 encyclopedia.com (ing.). HighBeam Research.
  5. 5,0 5,1 Maktutor riyaziyyat tarixi arxivi. 1994.

Saytda 113 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023