Pyotr Lomako Haqqinda Melumat - Vikipedia

Pyotr Lomako Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Pyotr Lomako

Sovet siyasi xadimi və iqtisadçısı

Pyotr Fadeyeviç Lomako (rus. Пётр Фаде́евич Лома́ко) — Sovet dövlət xadimi, xalq komissarı və naziri, SSRİ əlvan metallurgiyasının rəhbəri, qeyri-metal və qara metallurgiya sənayesi üzrə mütəxəssis. Sosialist Əməyi Qəhrəmanı. 1988-ci ildə Pyotr Lomakonun adı umumdünya Ginnesin Rekordlar Kitabına nazir vəzifəsində uzunmüddətli iş stajına görə rekordçu kimi salınıb.[1][2][3] Lomako 46 il, 1940-cı ildən 1986-cı ilə qədər (arada qısa fasilələrlə) SSRİ əlvan metallurgiyasına rəhbərlik edib. Dünyada belə bir rekorda imza atan ikinci bir şəxs yoxdur.

Pyotr Lomako
Şəxsi məlumatlar
Doğum tarixi 12 iyul 1904(1904-07-12)
Doğum yeri
Vəfat tarixi 27 may 1990(1990-05-27) (85 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti iqtisadçı, metallurq, siyasətçi

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni “Əmək igidliyinə görə” medalı "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Cənub qara metallurgiya müəssisələrinin bərpa edilməsinə görə" medalı
İmzanın şəkli

Həyatı redaktə

Pyotr Lomako 1904-cü il iyunun 29-da Kuban vilayətinin Temrük şəhərində anadan olub. O, orta təhsilini başa vurduqdan sonra ilk əmək fəaliyyətinə Temryuk şəhər partiya komitəsində başlayıb, əvvəlcə kuryer, sonra qeydiyyatçı vəzifəsində işləyib. 1922-ci ildə Lomako Krasnodar vilayətində banditizmə qarşı mübarizə dəstəsinə siyasi komissar vəzifəsinə təyin edilib. Bu vəzifədə bir il nümunəvi xidmətdən sonra o, fəaliyyətini komsomol orqanlarında davam etdirib, Temryuk şəhər komsomol komitəsində şöbə müdiri vəzifəsində çalışıb.

1932-ci ildə Moskva Dövlət Əlvan Metallar və Qızıl Universitetini bitirdikdən sonra Lomako komsomol orqanlarından ayrılaraq istehsalatda işləməyə başlayıb. O, 1937-ci ilə qədər Leninqraddakı əlvan metallar emal edən "Qırmızı seçici" zavodunda briqadir, baş usta, sex rəisi, zavod direktorunun müavini vəzifələrində işləyib. Lomako ittifaq miqyasında əlvan metallar sahəsi üzrə ən yaxşı mütəxəssislərdən biri kimi tanınıb.

1937-ci ildə Lomako Moskvaya dəvət olunub. SSRİ Xalq Komissarları Sovetinin sədri Vyaçeslav Molotovla görüşdən sonra Lomako Vladimir vilayətində yerləşən Kalçugino əlvan metallar zavoduna baş direktor vəzifəsinə təyinat alıb. Moskva görüşündə onun qarşısına böyük öhdəlikdər qoyulub.

Lomako ona göstərilən etimadı doğrultmağı bacarıb. Rəhbərlik etdiyi zavodun istehsal gücü altı ay ərzində digər əlvan metallar emalı müəssisələrini üstələyib. Buna baxmayaraq, SSRİ-də metallurgiya sahəsinin inkişafına daha böyük ehtiyac duyulub. Bu ehtiyacı ödəmək üçün Mərkəzi Komitə və Nazirlər Soveti Lomakonun bilik və bacarığından, təcrübəsindən daha çox bəhrələnməyə qərar verib. 1939-cu ildə 35 yaşlı Lomako SSRİ əlvan metallurgiya nazirinin müavini təyin edilib. Bu vəzifədə o, bir sıra qiymətli metal yataqlarının aşkar edilməsi və istismarına nail olub. O, alüminium, maqneziumelektrod sənayesi Baş idarəsinin rəisi kimi müdafiə sənayesi üçün lazım olan metalların çıxarılması və tədarükü üçün məsuliyyət daşıyırdı. Qurğuşun, nikel istehsalında yeniliklər onun adı ilə bağlıdır.[4]

1940-cı ildə isə Lomako 36 yaşında nazir vəzifəsinə təyinat alıb. O 1948-ci ilə qədər bu vəzifədə çalışıb.

İ. Stalinin tapşırığı ilə Lomako SSRİ Elmlər Akademiyasının 2 saylı Atom Nüvə Laboratoriyasına Uranın və digər metallurgiya məmulatlarının tədarükünə şəxsən nəzarət edirdi.[5][6]

1944-cü ilin sonunda o, Müdafiə Komitəsinin 8 dekabr tarixli "1944 saylı GKO-7102ss "Uran filizlərinin çıxarılması və emalının inkişafını təmin etmək tədbirləri haqqında" fərmanına uyğun olaraq, uran filizi hasilatının Əlvan Metallar Xalq Komissarlığının tabeliyindən SSRİ Xalq Daxili İşlər Komissarlığı yurisdiksiyasına verilməsi üçün cavabdeh şəxs təyin edildi.

Müharibədən sonra redaktə

46 illik nazir fəaliyyətində Lomako üçün ən ağır dövr Böyük Vətən müharibəsi illəri olub. Muharibə illərində Lomakonun üzərinə həm metallurgiya zavodlarının Ural dağları arxasına təxliyə edilməsi, həm də hərbi-sənaye müəssisələrinin fasiləsiz xammala təmin etmək kimi çətin vəzifələr düşüb. Müvafiq məslələrlə bağlı Lomako mütəmadi olaraq İosif Stalinin yanına çağrılıb. Vyaçeslav Molotov öz xatirələrində sovet lideri ilə nazirin görüşlərini aşağıdakı kimi xatırlayıb: "Dövlət Müdafiə Komitəsinin qərarı ilə metallurgiya zavodlarının təxliyəsi Lomakoya həvalə edilmişdi. Bu, olduqca ağır bir proses idi, zavodların daşınması, yenidən qurulması vaxt tələb edən iş idi. Bununla yanaşı, eyni zamanda hərbi sənaye müssisələrinin xammalla təmin edilməsinə də Lomako cavabdehlik daşıyırdı. 1942-ci ildə Dövlət Müdafiə Komitəsi "Uran üzrə işlərin təşkili haqqında" proqram qəbul edəndə də, Stalin bu proqramın icrasını rəsmi olaraq Lomakoya tapşırmışdı. Lomako çox nadir insanlardan biri idi ki, o, eyni zamanda bir neçə ağır və mürəkkəb işi yüksək səviyyədə icra etməyi bacarırdı. Müharibə illərində Stalin Lomakoya ümid yeri kimi baxırdı…"

Ağır müharibə illərində və ağır Stalin rejimində uğur rəmzi sayılan Lomako Nikita Xruşşovun hakimiyyəti illərində "anlaşılmazlıq" problemləri ilə üzləşib. Xruşova əlvan metallurgiyanın inkişafının vacibliyini başa salmaq Lomakoya heç də asan başa gəlməyib. Amma nazir sonda müvafiq sahə ilə bağlı Xruşovun fikrini dəyişə bilib, ölkədə yeni zavodlar tikilib, əlvan metallurgiya sahəsi SSRİ-nin büdcəsini zənginləşdirib.[7]

Leonid Brejnevlə işləmək isə ona daha rahat olub. Baş katib Lomakonu "cəbhə dostu" adlandırıb, onun müharibə illərindəki xidmətlərini yüksək qiymətləndirib. Məhz 1960-cı illərdə Lomakonun rəhbərliyi ilə nadir, əlvan və qiymətli metalların istehsalında keyfiyyət və kəmiyyət sıçrayışı baş verib, Yakutiyada irimiqyaslı almaz hasilatına başlanılıb, SSRİ-nin müxtəlif regionlarında onlarla əlvan metal filizlərinin yeni yataqları aşkar edilərək istismara verilib.[4]

SSRİ-nin bütün rəhbərləri dövründə Lomako ən yüksək dövlət mükafatları ilə təltif edilib. O, Sosialist Əməyi Qəhrəmanı adna, yeddi dəfə "Lenin" ordeninə və çoxsaylı medallara layiq görülüb. "Qızıl ulduz"u isə nazirə şəxsən Leonid Brejnev təqdim edib, Kremldə onun şərəfinə ziyafət verib.

Sovet dövründə Lomakonu "əlvan metallurgiya sənayesini atası" adlandırıblar.[8] Ölkənin ayrı-ayrı bölgələrində onun adı küçə və prospektlərə, zavodlara verilib, yaşadığı və işlədiyi yerlərdə memorial lövhələri vurulub. [9][10]

Lomako 1986-cı ildə səhhəti ilə bağlı SSRİ əlvan metallurgiya naziri vəzifəsindən təqaüdə çıxıb.

Pyotr Lomako 1990-cı ildə, 85 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbiristanlığında dəfn olunub.[11]

Əlvan metallurgiyanın inkişafına töhfə redaktə

Pyotr Lomakonun rəhbərliyi və bilavasitə iştirakı ilə bir sıra əlvan, nadir və qiymətli metalların, ərintilərin və onlardan əvvəllər SSRİ-də istehsal olunmayan məmulatların istehsalının çeşidi xeyli genişləndirildi. Uzun illər nazir olsa da, ömrünün ən enerjili illərini əlvan metal filizlərinin yataqlarında, zavodlarda keçirən Lomakonun təşəbbüsü ilə irimiqyaslı almaz mədənçiliyi (Yakutiyada), titan, yarımkeçirici və xüsusi karbon materiallarının istehsalına başlandı. Sovet İttifaqının müxtəlif regionlarında əlvan metal filizlərinin onlarla yeni yataqları kəşf edildi və istismara başlandı.

Qazaxıstanda, Özbəkistanda, Tacikistanda, Ukraynada, Zaqafqaziya respublikalarında əlvan metal istehsalı müəssisələri tikildi.[4] Sibirdə (Novokuznetsk, İrkutsk, Krasnoyarsk, Bratsk, Açinsk, Sayanoqorsk) böyük alüminium istehsalı bazası yaradıldı.[12] Bərk xəlitə sənayesinin bütün zavodları praktiki olaraq yenidən inşa olundu.

Xatirəsi redaktə

Pyotr Lomakonu "Rusiyada alüminium sənayesinin atası" adlandırırlar. Onun bilavasitə rəhbərliyi altında ölkənin alüminium sənayesinin əsas zavodları, o cümlədən dünyanın ən böyük Bratsk və Krasnoyarsk alüminium zavodları inşa olunub.[13]

2004-cü ildə SSRİ Əlvan Metallurgiya Naziri P. Lomakonun xatirə lövhəsi 1965–1969-cu illərdə işlədiyi Moskvada (Slavyanskaya meydanı, 2/1) Metallurqlar Evinin (keçmiş Delovoy Dvor) fasadına vurulub.[14][15][16]

Vladimir vilayətinin Kolçuqino şəhərindəki Lomako küçəsi (1-ci mikrorayon) P. F. Lomakonun 1937-ci ilin oktyabrından 1939-cu ilin may ayına kimi Kolçuqino əlvan metal zavodunun direktoru kimi bu şəhərdə işləməsinin xatirəsinə adlandırılıb.[17] названа в память о том, что П. Ф. Ломако работал в этом городе с октября 1937 по май 1939 гг., будучи директором Кольчугинского завода по обработке цветных металлов[18]

2004-cü ildə Kolçuqino Xalq Deputatları Soveti "Kolçuqtsvetmet" MMC-nin zavod idarəsinin binasına P. F. Lomakoya xatirə lövhəsinin və fabrik muzeyinin binasına barelyefin qoyulması haqqında qərar qəbul edib.[19]

Krasnoyarsk şəhərindəki Pyotr Lomako küçəsi ("Sloboda Vesnı" yaşayış sahəsi) 2014-cü ilin oktyabrında P. F. Lomakonun şəhərin və onun rəhbərliyi altında iri əlvan metallurgiya müəssisələrinin tikildiyi Krasnoyarsk diyarının inkişafına verdiyi töhfənin xatirəsinə adlandırılıb.[20]

Pyotr Lomako mükafatı Ural Mədən və Metallurgiya Şirkəti tərəfindən təsis edilib. Mükafat əlvan metallurgiyada istehsal nailiyyətlərində fərqlənən şəxslərin təltif edilməsi üçün nəzərdə tutulmuşdur.

İstinadlar redaktə

  1. Книга рекордов Гиннесса. 1988. — Ред. А. Рассел, Н. Д. Маквиртер. — Пер. С. Федотова. — М.: Сов. Россия, 1989. — ISBN 5-268-00873-0, ISBN 0-85112-868-8.
  2. "Министры советской эпохи. Ломако Пётр Фадеевич". 2017-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
  3. "Газета «Заграница», № 29(82). Стакан рекордов: Громыко, Ломако и другие". 2013-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
  4. 1 2 3 "Разговор о золоте. [[:Ru:Исаев, Алексей Валерьевич|Алексей Исаев]] и [[:Ru:Таракановский, Виктор Иванович|Виктор Таракановский]]. Часть 1". TacticMedia (rus). 2021-11-23. 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  5. "Каталог экспонатов выставки «Атомный проект СССР. К 60-летию создания ядерного щита России», 2009 г. Экспонат № 108". 2009-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-12.
  6. "Письмо наркома цветной металлургии П. Ф. Ломако Л. П. Берии о получении первых образцов металлического урана. 11 июня 1945". 2014-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-09.
  7. "Справочник по истории Коммунистической партии и Советского Союза: 1898—1991". 2017-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-07.
  8. "Усть-Каменогорский Городской Маслихат: Почётные граждане". 2016-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
  9. Пётр Фадеевич Ломако (директор кольчугинского завода). Arxivləşdirilib 2017-03-27 at the Wayback Machine Сайт-журнал "Книга Владимирской области"
  10. Почётный город Кольчугино и его почётные граждане. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Сайт-журнал "Книга Владимирской области"
  11. "Памятник на Новодевичьем кладбище (участок 10)". 2013-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
  12. Крючков В. Первый алюминий в Красноярске Arxivləşdirilib 2016-09-05 at the Wayback Machine/ "Красноярский рабочий", 15 мая 2014.
  13. Главные алюминщики
  14. "Герои страны: П. Ф. Ломако". 2013-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
  15. "Долгих В. Красноярское созвездие славы и доблести". 2013-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
  16. "От Варварки до Лубянки —- вдоль Китайгородской стены". 2013-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
  17. "Викимапия: ул. Ломако (Кольчугино)". 2014-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
  18. "Улицы носят их имена: Кольчугинцы, в честь которых названы улицы города". 2017-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
  19. "Решение Кольчугинского Совета народных депутатов Владимирской области от 25 июня 2004 г. N 480/29 «Об учреждении мемориальной доски и барельефа в память Ломако П. Ф.»". 2015-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21.
  20. "В строящемся жилом районе «Слобода Весны» появилась улица имени Петра Ломако". 2014-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-15.

Ədəbiyyat redaktə

  • Шығыс Қазақстан облысы [Мәтін] : энциклопедия. — Алматы : Қазақ энциклопедиясы, 2014. — П. Ф. Ломако : Б. 504
  • Почетные граждане Усть-Каменогорска [Текст] / Г. Н. Пуссеп, С. С. Грекова. — Усть-Каменогорск : [б. и.], 2008. — 133 с. — П. Ф. Ломако: С. 30–31.
  • Советский министр из книги Гиннесса: [сб. материалов к столетию со дня рождения П. Ф. Ломако] [Текст] / авт.-сост. М. Л. Колпаков. — СПб. : Ru:Вита Нова, 2004. — 523 с.
  • Курячий, А. Н. Министр Ломако [Текст]: созидатель в мире металлов / А. Н. Курячий. — Москва : Национальное обозрение, 2011. — 174 с.

Xarici keçidlər redaktə


Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024