Pyotr Yermolov Haqqinda Melumat - Vikipedia

Pyotr Yermolov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Pyotr Yermolov

Rus və Sovet operatoru, İkinci Dünya Müharibəsinin ön xətt operatoru (1887-1953)

Pyotr Vasilyeviç Yermolov (rus. Пётр Васильевич Ермолов; d. 26 sentyabr 1887 - ö. 19 mart 1953) — SSRİ kinooperatoru, RSFSR-in Əməkdar incəsənət xadimi (1940).

Pyotr Yermolov
rus. Пётр Васильевич Ермолов
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri
Milliyyəti rus
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Fəaliyyəti Operator
Fəaliyyət illəri 1911–1951
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
RSFSR əməkdar incəsənət xadimi
IMDb ID0947643

Həyatı redaktə

Pyotr Vasilyeviç Yermolov 26 sentyabr 1887-ci ildə anadan olmuşdur. 19 mart 1953-cü ildə vəfat etmişdir.

Fəaliyyəti redaktə

Pyotr Yermolov 1911-ci ildən kinoda fəaliyyət göstərmişdir. Əsasən hərbi kinoxronikalar çəkməklə məşhur idi. Qırmızı ordu haqqında ilk bədii filmin ("Qırmızı cəbhədə") yaradıcılarından biri olmuşdur. 1921-ci ildə V.İ.Lenini məktəbəqədərki təlim-tərbiyəyə hədsr olunmuş qurultayda lentə almışdır. 1924-cü ildən "Mejrabpom-Rus", "Mejrabpomfilm" (sonralar "Soyuzdetfilm") kinostudiyalarında işləmişdir. Y.A.Protazanov ("Torjokdan olan biçici" (1925), "Üç milyonla bağlı məhkəmə" (1926), "Qırx birinci" (1927), "Bəyaz qartal" (1928), "Müqəddəs Yorgen bayramı" (1930), "Marionetlər (1934)), M.S.Donskoy ("Qorkinin uşaqlığı" (1938), "Adamlar içində" (1939), "Mənim universitetlərim" (1940)) kimi rejissorlarla birgə işləmişdir. Böyük Vətən mübaribəsi illərində sənədli film sahəsində çalışmışdır.

redaktə

  • RSFSR-in Əməkdar incəsənət xadimi (1940)

Filmoqrafiya redaktə

Operator kimi

  1. XI qırmızı ordu hissələrinin Bakıda paradı (film, 1920) (qısametrajlı sənədli film)
  2. "Torjokdan olan biçici" (1925)
  3. "Üç milyonla bağlı məhkəmə" (1926)
  4. "Ayı toyu" (1926)
  5. "Qırx birinci" (1927)
  6. "Bəyaz qartal" (1928)
  7. "Buz ev" (1928)
  8. "Müqəddəs Yorgen bayramı" (1930)
  9. "İki-Buldi-iki" (1930) (A.V.Şelenkov ilə birlikdə)
  10. "Marionetlər (1934)
  11. "Qorkinin uşaqlığı" (1938)
  12. "Adamlar içində" (1939)
  13. "Mənim universitetlərim" (1940)
  14. "Timur və onun komandası" (1940)

Mənbə redaktə

  • Кино: Энциклопедический словарь/Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.- М.: Сов. энциклопедия, 1987.- 640 с.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 16.

Xarici keçidlər redaktə


Saytda 132 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024