Qırtlaq qapağı Haqqinda Melumat - Vikipedia

Qırtlaq qapağı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qırtlaq qapağı

Qırtlaq qapağı (lat. cartilago epiglottica) — qırtlaq qığırdaqlarından biri olub, qırtlaq qapağının skletini təşkil edərək, dil kökünün arxasında qırtlaq girəcəyinin üstündə yerləşmişdir. Rəngi sarımtıl olub özü də elastikdir. Qırtlaq qapağı qığırdağının yuxarı hissəsi enlidir ancaq aşağı hissəsi nazikləşir qırtlaq qapağı saplağı — lat. petiolus epiglottidis adlanır. Onun iki səthi vardır: ön dil səthi, arxa qırtlaq səthi. Qırtlaq səthi qırtlaq girəcəyinə baxır, üzərində selikli vəzilər vardır. Qırtlaq qapağı qığırdağının orta hissəsi qalınlaşaraq qabarcıq — lat. tuberculum epiglotticum əmələ gətirir.

Qırtlaq qapağı
Qırtlaq qığırdaqları
Qırtlaq qığırdaqları
Latınca Cartilago epiglottica
Qrey subyekt 236 1075
Sistem Tənəffüs
Üzv Tənəffüs
MeSH Epiglottis
Dorlands/Elsevier epiglottis

Mənbələr redaktə

  • Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979

Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024