Qızılüzən Haqqinda Melumat - Vikipedia

Qızılüzən Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qızılüzən(Qızılözən) çayı — uzunluğuna görə İranın ikinci çayı, əsasən Cənubi Azərbaycan ərazisindən axır.

Qızılüzən
azərb. Qızılüzən‎, fars. Sefid Rud
Qızılüzən çayının hövzəsi
Qızılüzən çayının hövzəsi
Ölkə İran İran İran
Kürdüstan ostanı
Şərqi Azərbaycan ostanı
Ərdəbil ostanı
Zəncan ostanı
Qəzvin ostanı
Gilan ostanı
Mənbəyi Qırxbulaq dağı
Mənsəbi Şabanau
 • Yüksəkliyi 0 m
Uzunluğu Səfidrudla birlikdə 720 km
Hövzəsinin sahəsi 56,2 min. km².
Qızılüzən (İran)
mənbəyi
mənsəbi
Qızılüzən çayı Şimal-Qərbi İrannın fiziki xəritəsində:
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qızıl Üzən çayı — Xəlxal

Azərbaycan türkcəsindəki adı olan "Qızılüzən" adı "qızıl" (qırmızı rəng) və "özən" (çay, axar su) sözlərindən ibarətdir. Həmçinin bu addakı "qızıl" (qırmızı rəng) hissəsini tarixən coğrafi məkan adlarında kompas yönlərini bildirən rəng adlarıyla əlaqələndirib, adı "cənubi çay" (qırmızı rəng vaxtilə cənub yönünü bildirmək üçün istifadə olunub) şəklində açıqlamaq olar. Çayın farsca adı olan "Səfidrud" adı isə "ağ çay" deməkdir ("səfid" sözü farsca "ağ rəng", "rud" isə "çay, axar su" deməkdir).

Çayın hövzəsi redaktə

Bu çay Bicarın Qırxbulaq adlı dağlarından başlanır. Məncilə qədər çay Qızılözən adlanır, Məncildən Xəzərə qədər farsca adı olan Səfidrud adıyla adlanır.

Aşağı hissəsində çay, sıldırımlı dar dağ qobularından keçdiyinə görə sürətlə axır. Məncildən sonra Qızılözən dağ silsiləsini çərtərək və dənizqırağı düzənliyə çıxaraq, suvarma kanalların başlanğıc götürdüyü və çoxsaylı qolları olan mənsəb yaradır.

Çayın ən böyük qolu Gilan ostanının mərkəzi şəhəri olan Rəşt şəhərindən keçərək dənizə tökülür. Çay lil kütləsi gətirdiyinə görə mənsəbi getdikcə dənizə tərəf genişlənir. Mənsəbin sahəsi 3600 kv km, eni 110 km. Qızılözənin qolları müxtəlif yüksəkliklərdə su ilə qidalanır, bu isə suyun il ərzində bərabər daxil olmasına və çayın çox sulu olmasını təmin edir.[1]

Coğrafiyası və geoloqiyası redaktə

Pliosendən sonrakı dövrdə qatyaradılma prosesi fəallaşdı. Qədim çay şəbəkəsinə malik müasir İran ərazisi yeni qalxmaya məruz qaldı ki bu bəzi yerlərdə çayların burulmasını şərtləndirdi. Başqa hallarda qədim qabıq dağların tədrici qalxması ilə mövcud çaylar tərəfindən çərtildi və bunun nəticəsində onların vadiləri dağ silsilələri ilə kəsişdi. Qızılözən və Səfidrud çayları da belələrindəndir.[2]

İqtisadiyyat redaktə

Dəndi, Mayanşan (Mahnişan), Miyanə, Açaçı, Xalxal (Givi, Heşeyin, Ağkənd Kağızkonan), Zəncan (TarımÇürzüq) bölgələrindən axıb MəncilŞahrud çayına qovuşur və Xəzər dənizinə tökülür.

İstinadlar redaktə

  1. [М.П.Петров, Иран, Физико-географический очерк. М. 1955 səh. 70
  2. [М.П.Петров, Иран, Физико-географический очерк. М. 1955 səh. 14

Xarici keçidlər redaktə

-Geography and History, Zanjan — Tebyan-English — تبیان

Həmçinin bax redaktə


Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023