Qızılhacılı (Marneuli) Haqqinda Melumat - Vikipedia

Qızılhacılı (Marneuli) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qızılhacılı (Marneuli)

Marneuli rayonunda kənd

Qızılhacılı və ya Aran QızılhacılıGürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.

Qızılhacılı
41°28′52″ şm. e. 44°46′51″ ş. u.
Ölkə  Gürcüstan
Rayon Marneuli
Əhalisi
Əhalisi 7.124 nəfər
Xəritəni göstər/gizlə
Qızılhacılı xəritədə
Qızılhacılı
Qızılhacılı

Coğrafi mövqe redaktə

Qızılhacılı kəndi Marneuli şəhərinin qərb hissədində, dəniz səviyyəsindən 400–420 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Bala Muğanlı, Tamaris, HallavarCandar kəndləri ilə qonşudur.

Əhali redaktə

 

2002-ci il siyahıyalamasının nəticələrinə əsasən Qızılhacılı kəndinin əhalisinin sayı 7124 nəfər (rayon əhalisinin 7,5%-i) olmuşdur ki, onlardan da 50,5%-i kişilər, 49,9%-i isə qadınlardır. Kənd əhalisinin 98%-i azərbaycanlılardan ibarətdir. Qızılhacılı əhalisinin sayına görə Sadaxlı kəndindən sonra Borçalının azərbaycanlılar yaşayan ən iri kəndi hesab olunur.

Təsərrüfatı redaktə

Kənd əhalisinin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. Faraş tərəvəzçilik və kartofçuluq kifayət qədər inkişaf etmişdir.

İstinadlar redaktə

Həmçinin bax redaktə

Gülnara Qocayeva Məmmədova



Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024