Qəbələ Beynəlxalq Hava Limanı Haqqinda Melumat - Vikipedia

Qəbələ Beynəlxalq Hava Limanı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qəbələ Beynəlxalq Hava Limanı

Qəbələ Beynəlxalq Hava Limanı - Azərbaycanın Qəbələ rayonunda beynəlxalq standartlara cavab verən aeroport. 17 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılmışdır.[1]

Qəbələ Beynəlxalq Hava Limanı
Xəritə

40°49′36″ şm. e. 47°42′45″ ş. u.


IATA: GBBICAO: UBBQ
Məlumat
Hava limanı tipi Mülki
Ölkə Azərbaycan Azərbaycan
Xəritə
GBB (Azərbaycan)
GBB
Aeroportun Azərbaycan xəritəsində yeri
Rəsmi saytı

Tarixi redaktə

Qəbələ Hava Limanın qurulmasına 2011-ci ildə başlanmış və açılışı da həmin ildə olmuşdur. Həmin ildə Qəbələ Hava Limanına beynəlxalq status verilmişdir. Hava limanının ilk beynəlxalq aviareysi 2012-ci ilin noyabr ayından etibarən yerinə yetirilməyə başlanmışdır. İlk beynəlxalq aviareys Rusiyanın Uralskiye Avialinii şirkəti Moskva-Qəbələ marşrutu üzrə yerinə yetirilib.[2]

2020-ci ildə İkinci Qarabağ müharibəsi başlanmazdan öncə Azərbaycan və Türkiyə ordularının birlikdə keçirdikləri hərbi təlimlər zamanı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcı təyyarələri əvvəlcə Gəncə Beynəlxalq Hava Limanında, daha sonra isə Qəbələ aeroportunda saxlanılırdı. Həmin təyyarələr müharibə zamanı da Qəbələdə qalmağa davam etdi. Prezident İlham Əliyev xalqa müraciətində həmin təyyarələrin Azərbaycanda olmasını təsdiqləsə də, onların Qarabağdakı hərbi əməliyyatlarda iştirak etmədiyini bildirib, əgər müharibəyə hansısa üçüncü tərəfin müdaxilə edəcəyi təqdirdə F-16 təyyarələrinin Azərbaycanı qoruyacağını deyib.[3]

Texniki göstəriciləri redaktə

Hava limanının uçuş-enmə zolağının uzunluğu 3600 metr, örtüyün materialı isə asfaltdandır.[4]

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-18.
  2. "Qəbələ aeroportu beynəlxalq aviareyslərə start verir". 2012-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-08.
  3. Trevithick, Joseph. "Türkiyənin Azərbaycanda yerləşdirdiyi F-16-lar yeni bazaya köçüb". The Drive (ingilis). 26 oktyabr 2020. İstifadə tarixi: 8 iyul 2022.
  4. "Qəbələ Hava Limanı". 2013-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-08.

Xarici keçidlər redaktə



Saytda 119 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024