Qəleybuğurd Haqqinda Melumat - Vikipedia

Qəleybuğurd Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qaleybuğurd

(Qəleybuğurd səhifəsindən istiqamətləndirilmişdir)

QəleybuğurdAzərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.

Qaleybuğurd
40°45′24″ şm. e. 48°34′07″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qaleybuğurd xəritədə
Qaleybuğurd
Qaleybuğurd

Qəleybuğurd kəndi Qəleybuğurd inzibati ərazi vahidinə daxildir. Kəndin dəniz səviyyəsindən hündürlüyü 1300 m-dir. Kənddə "Buğurd qalası" tarixi abidəsi var. Təbii abidəsi isə Bədo istirahət zonasıdır. Kənddə həkim ambulatoriyası var. Kənd Şamaxı şəhərinin şimal-şərqində yerləşir. Ən yaxın kənd Çuxuryurd kəndidir. Burada 175 ev elektrik xəttinə qoşulub. Kənd əhalisinin 70%-i içməli su ilə təmin olunub.

Tarixi redaktə

Qalaybuğurt Şamaxı rayonunda kənddir. Ağsu çayının sahilində, Niyaldağ silsiləsinin ətəyindədir. Yaxınlıqdakı qədim Buğurd qalasının adını daşıyır. Yazılı mənbələrdə adı ilk dəfə 13-cü əsrdən məlumdur. Qalanın özü isə arxeoloji qazıntılara görə 11-ci əsrdən mövcuddur. Buğurt qalasını 1538-ci ildə Səfəvi hökmdarı I Təhmasib dağıtmışdır. Qala öz adını Buğur dağının adından almışdır ki, bu da qədim türk dillərindəki buqur(qozbel) sözündəndir. Buqurdağ "qozbel dağ" mənasını verir. Sonralar danışıqda buqur sözünə "t" səsi əlavə olunmuşdur. 13-cü əsr müəllifi Zəkəriyyə Qəzvini qalanın adını Biqur kimi də qeyd etmişdir.[1]

İnfrastruktur redaktə

2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət-buraxılış məntəqəsi inşa edilmişdir.[2]

Əhalisi redaktə

Kənddə 210 ev var və Kənd əhalisi 859 nəfərdir ki, onunda 409 nəfəri kişi, 450 nəfəri isə qadınlar təşkil edir..

Şəhidləri redaktə

  • Şirəliyev Xoşbəxt Şirəli oğlu

İstinadlar redaktə

  1. Azərbaycan toponimləri. Ensiklopedik lüğət.2000.588 səh.
  2. Şahdağ Milli Parkının İnzibati Bina Kompleksinə baxış keçiriləcək. Arxivləşdirilib 2014-03-29 at the Wayback Machine  (az.)

Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024