Qənirə Ataşova Haqqinda Melumat - Vikipedia

Qənirə Ataşova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qənirə Ataşova

Qənirə Ataşova (14 dekabr 1979, Aşağı Surra) — jurnalist, ssenari müəllifi, ANS TV-nin ABŞ-dakı bürosunun rəhbəri (2015).

Qənirə Ataşova
Doğum tarixi 14 dekabr 1979(1979-12-14) (44 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Qənirə Ataşova 1979-cu il dekabrın 14-də Neftçala rayonun Aşağı Surra kəndində anadan olub. 1996-cı ildə orta məktəbi bitirərək elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə jurnalistikaya böyük maraq göstərib. Məhz bu maraq sayəsində ANS-də işləmək şansı əldə edib. ANS-ə işə qəbul olunduqdan sonra isə jurnalist dərslərini burda alıb. Stajçı müxbir kimi işə başlayan Qənirə Ataşova bu kanalda baş aparıcı-redaktor vəzifəsinədək yüksəlib.

Müxtəlif vaxtlarda dövrünün tarixi hadisələrində jurnalist kimi fəal iştirak edib. ANS-də "80 kilometr yerin altı ilə" filmini hazırlayıb, "Nəzər nöqtəsi" və "Xəbərçi" proqramlarında aparıcılıq edib. Hazırda "Xəbərçi" informasiya proqramında çalışır.

2013–2015-ci illərdə ANS-in baş redaktoru vəzifəsində çalışıb[1]. 2015-ci ildə ANS-in ABŞ-dakı bürosuna növbəti bir il üçün rəhbər təyin olunub.[2]

Ailəlidir. Fərhad və Ceyhun adlı iki oğlu var. Onun Fətullah Güləndən müsahibəsinə görə ANS TV 2016-ci ildə dövlət tərəfindən bağlanılmışdı, özünə isə Azərbaycanı tərk etməyə müvəqqəti qadağa qoyulmuşdu.

2017-ci ildə təhsil almaq üçün ABŞ-yə köçüb və 2019-cu ilin sonunda orada Qrin kard əldə edib[3]. 2020-ci ildən Gunaz tv-nin Vaşinqton nümayəndəliyində çalışıb. ABŞ-da, paytaxt Vaşinqtonda yerləşən "Bay Atlantic University"də MBA təhsilini tamamlayaraq İnformasiya Texnologiyaları sahəsində işə başlayıb. Hazırda IT şirkətlərdən birində kompüter mühəndisi kimi çalışır.[4]

Mükafatları redaktə

Filmoqrafiya redaktə

  1. 80 kilometr yerin altı ilə (film, 2002) (qısametrajlı sənədli film) (ANS tv)
  2. Apreldən əvvəl may... Azərbaycan Xalq Cümhuriyyəti (film, 2001)

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Qənirə Ataşovanın vəzifəsi böyüdü[ölü keçid]
  2. "Qənirə Ataşova aparıcılıqdan getdi". 2015-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
  3. Qənirə Ataşova: "Amerika bir okeandır, mən də dərin sularda üzmək istəyən balıq…" Arxivləşdirilib 2018-12-28 at the Wayback Machine moderator.az, 27.12.2018  (az.)
  4. GünAz TV-nin rəsmi Vaşinqton nümayəndəliyi öz işinə başlayıb[ölü keçid]

Saytda 49 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023