Qərbi Azərbaycan ostanı
Qərbi Azərbaycan ostanı — İranda, Cənubi Azərbaycan bölgəsində ostan. Mərkəzi Urmiya şəhəridir.
Ostan | |
Qərbi Azərbaycan ostanı | |
---|---|
fars. استان آذربایجان غربی | |
![]() | |
37°33′10″ şm. e. 45°04′33″ ş. u. |
|
Ölkə | İran |
Daxildir | III region |
İnzibati mərkəz | Urmiya |
Ən böyük şəhərləri | Urmiya |
Tarixi və coğrafiyası | |
Sahəsi | 37 437 km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | IR-04 |
Telefon kodu | 0441 |
Rəsmi sayt | |
![]() |
|
![]() |
Ostanın ərazisi 37437 km²[2], əhalisi 2006-cı ildə aparılmış siyahıya almaya əsasən 2.873.459 nəfərdir, əhalinin 60,03% – i isə şəhərlərdə yaşayır.[3]
TarixRedaktə
Bu bölgənin ərazisi vaxtı ilə qədim lullubilər, qutilər, e.ə. 10-cu əsrlərdə isə mannalıların yurdu olmuş, zaman zaman Assuriya, Urartu kimi dövlətlər tərəfindən zəbt olunub; sonunda isə Manna dövləti cənubda yerləşən Midiyanın tərəfindən zəbt edilmiş və dağıdılmışdı. Daha sonralar isə Midiyanın özü ilk fars sülaləsi olan Əhəmənilər tərəfindən çökdürülərək, Azərbaycan ərazisi Əhəmənilər imperiyasının hökmü altına girməli oldu.
Eramızın 4-cü əsrində Sasanilər imperiyası bu əraziləri Adhurpadağan satrapına qatdı. Adhurpadağan adı Atropatena adından törəyib, sonralar ərəbləşdirilmiş formada "Azərbaycan" kimi səsləndirilirdi.[4][5] Qədim Zərdüşt dininə (Zərdüştilik, atəşpərəstlik) aid edilən Təxt-i Süleyman məbədi Qərbi Azərbaycanın Təkab (Tikantəpə) şəhəri yaxınlığında yerləşir.
10-cu əsrdə bu əraziləri sayca artan kürd tayfaları idarə ediblər.[6] 1609–1610-cu illərdə burada kürd tayfaları ilə Səfəvilər dövləti arasında Dimdim döyüşü baş verib. Uzun çəkən döyüşdən sonra kürdlər məğlub edildi, bütün təslim olanlar öldürüldü və regionun kürd əhalisinin mühüm hissəsi I Şah Abbasın əmrinə əsasən Xorasana sürgün edildi. Onların yerinə bu ərazilərə türk əsilli Əfşar tayfası köçürüldü.[7]
1946-cı ildə Sovet ordusu bu əraziləri qısa müddətə işğal etmişdi. Sovet qoşunları buranı tərk etdikdən sonra qısa müddətə burada Azərbaycan Milli Hökuməti və Məhabad Cümhuriyyəti mövcud olublar, lakin qısa müddət mövcudiyyətini sürdürə bilmiş və İrana reinteqrasiya edilmişlər.
2011-ci ilin yanvar ayında Qərbi Azərbaycan ostanında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 77 nəfər həlak olmuşdu.[8] Həmin ilin sentyabr ayında Məhabad şəhərində İran-İraq müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar olaraq keçirilən hərbi paradda ziyarətçilər arasında terrorçuların yerləşdirdiyi bombanın partlaması nəticəsində 12 nəfər həlak olmuş, 80 nəfər isə yaralanmışdı. Partlayışın konkret hansı təşkilat tərəfindən törədildiyi məlum olmasa da, Qərbi Azərbaycan ostanının qubernatoru Vahid Cəlalzadə terror aktını Qərb dövlətləri tərəfindən dəstəklənən inqilab əleyhdarı terrorçu qruplar tərəfindən törədildiyini bildirib.[9]
CoğrafiyaRedaktə
Geniş düzənliklər və hündür dağlar ostanlığın relyefini təşkil edir. Şimalda Araz çayı və bir sıra dağ çayları əsas su mənbəyidir. Şərqində Urmiya gölü yerləşir. Orta temperatur Urmiyada 10,8 °C, Xoyda 9,4 °C, Məhabadda isə 11,6 °C-dir. Ən yüksək temperatur göstəricisi iyul ayında 34 °C, ən aşağı temperatur isə yanvar ayında –16 °C-dir.
İqtisadiyyatıRedaktə
Qərbi Azərbaycan ostanının iqtisadiyyatının böyük hissəsi kənd təsərrüfatına əsaslanır. 2013-cü ildə ostanın Təkab şəhərində Qərbi Asiyanın ən böyük qızıl zavodunun tikintisi planlaşdırılır. Zavodun tikintisinə 60 mln. dollar sərf olunacaq. Ostanın yataqlarında qızılın ehtiyatı 80 ton təşkil edir və oradan hər il 3 ton qızıl çıxarılması planlaşdırılır.[10] Qərbi Azərbaycan ostanının iqtisadi cəhətdən ən inkişaf etmiş ərazisi Urmiya şəhəridir. Urmiya əhalisinin həyat şəraiti ostanın digər əhalisinin həyat şəraitindən çox yüksəkdir. Ostanda yüzlərlə kənd vardır, onların çoxusunda daimi su və elektrik təchizatı, telefon xəttləri və peyk televiziyasına çıxışı var.
ƏhaliRedaktə
24 oktyabr – 13 noyabr 2011-ci il əhali siyahıyaalınmasına əsasən Qərbi Azərbaycan ostanında 3.080.576 nəfər əhali yaşayır.
Dini və etnik tərkibRedaktə
|
Əhali əsasən Azərbaycan türklərindən[13][14][15][16][17][18][19], qismən kürdlərdən[20][21] , az sayda ermənilərdən və assuriyalılardan ibarətdir.[22]
İnzibati bölgüRedaktə
Qərbi Azərbaycan ostanı inzibati cəhətdən aşağıdakı şəhristanlara bölünür :
- Urmiya şəhristanı (Urmu)
- Salmas şəhristanı
- Xoy şəhristanı
- Çaldıran şəhristanı
- Maku şəhristanı
- Bükan şəhristan
- Sərdəşt şəhristanı
- Təkab şəhristanı (Tikantəpə)
- Məhabad şəhristanı
- Miyandoab şəhristanı (Qoşaçay)
- Piranşəhr şəhristanı
- Üşnəviyyə şəhristanı
- Nəqədə şəhristanı (Sulduz)
- Şövt şəhristanı
- Şahindej şəhristanı (Sayınqala)
- Çaypara şəhristanı
- Puldəşt şəhristanı (Ərəblər)
Ayrıca BaxRedaktə
Xarici KeçidlərRedaktə
- Qərbi Azərbaycan ostanının rəsmi dövlət saytı – Farsca
- Qərbi Azərbaycanın kənd təsərüfatı – Farsca
- Qərbi Azərbaycan TV – Farsca
İstinadlarRedaktə
- ↑ https://www.amar.org.ir/%D8%B3%D8%B1%D8%B4%D9%85%D8%A7%D8%B1%DB%8C-%D8%B9%D9%85%D9%88%D9%85%DB%8C-%D9%86%D9%81%D9%88%D8%B3-%D9%88-%D9%85%D8%B3%DA%A9%D9%86/%D9%86%D8%AA%D8%A7%DB%8C%D8%AC-%D8%B3%D8%B1%D8%B4%D9%85%D8%A7%D8%B1%DB%8C/%D8%AC%D9%85%D8%B9%DB%8C%D8%AA-%D8%A8%D9%87-%D8%AA%D9%81%DA%A9%DB%8C%DA%A9-%D8%AA%D9%82%D8%B3%DB%8C%D9%85%D8%A7%D8%AA-%DA%A9%D8%B4%D9%88%D8%B1%DB%8C-%D8%B3%D8%A7%D9%84-1395.
- ↑ World Gazetteer : Iran: divisions administratives (superficie (km²))
- ↑ "آذربایجان غربی". 2012-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-21.
- ↑ Minorsky, V.; Minorsky, V. Ādharbaydjān (Azerbāydjān). Encyclopaedia of Islam. Edited by P.Bearman, Th. Bianquis, C.E. Bosworth, E. van Donzel and W.P. Heinrichs. Brill, 2007. Brill Online. [1][ölü keçid]
- ↑ Encyclopædia Iranica, "Azerbaijan: Pre-Islamic History", K. Shippmann
- ↑ Al-Moqaddasi, Shams ad-Din Abu Abdallah Muhammad ibn Ahmad, Ahsan al-Taqasi fi Ma’rifa al-Aqalim, translated by Ali Naqi Vaziri, volume one, first edition, Mu’alifan and Mutarjiman Publishers, Iran, 1981, pg 377
- ↑ Dim Dim döyüşü
- ↑ Qərbi Azərbaycan vilayətində 3 gün ümumi matəm elan olunub
- ↑ Qərbi Azərbaycan vilayətində ölənlərin sayı 12 nəfərə çatıb[ölü keçid]
- ↑ "İranda ən böyük qızıl istehsalı zavodu tikiləcək". 2012-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-22.
- ↑ "2. 15. Population by Religion and Ostan, 1385 Census". 2012-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-27.
- ↑ طرح بررسی و سنجش شاخصهای فرهنگ عمومی کشور (شاخصهای غیرثبتی){گزارش}:استان آذربایجان غربی/به سفارش شورای فرهنگ عمومی کشور؛ مدیر طرح و مسئول سیاست گذاری:منصور واعظی؛ اجرا:شرکت پژوهشگران خبره پارس -شابک:۶-۳۶-۶۶۲۷-۶۰۰-۹۷۸ *وضعیت نشر:تهران-موسسه انتشارات کتاب نشر ۱۳۹۱
- ↑ "Columbia İnternational Affaris Online : Iran – International Pressure and Internal Conflict". 2007-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-26.
- ↑ http://countrystudies.us/iran/41.htm
- ↑ گنجینه ای بنام آذربایجانغربی — سازمان تعزیرات حکومتی (The government suspended) Farsi
- ↑ معرفی آذربایجان غربی — پورتال جامع آذربایجان غربی (Farsi & English)
- ↑ آذربایجان غربی ؛ رنگین کمان اقوام و اقلیت ها در مسیر توسعه Arxivləşdirilib 2013-01-04 at Archive.today — مهر نیوز Mehr News (Farsi)
- ↑ گردشگری استان Arxivləşdirilib 2011-12-23 at the Wayback Machine — سازمان نظام کاردانی ساختمان استان آذربایجان غربی (Farsi)
- ↑ استان آذربایجان غربی Arxivləşdirilib 2018-03-23 at the Wayback Machine — سايت جامع گردشگري ايران (Farsi)
- ↑ Güney Azərbaycan Sosyo-Kültürəl Araştırmaları (GÜNASKAM) :Güney Azerbaycan ve Kürt sorunu Arxivləşdirilib 2007-12-16 at the Wayback Machine
- ↑ Report Honour killings in Iran
- ↑ Kürd tarixi,Məhəmməd ayət, tehran birinci çab 1382 ikinci çap 1386,Porseman nəşri,s 67.