Qərbi Hun İmperiyası (Asiya) Haqqinda Melumat - Vikipedia

Qərbi Hun İmperiyası (Asiya) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qərbi Xunnu

(Qərbi Hun İmperiyası (Asiya) səhifəsindən istiqamətləndirilmişdir)

Qərbi Hun İmperiyası və ya Qərbi Hiunq-nu — M.ö. 58-ci ildə Hun İmperiyasının parçalanması nəticəsində yaranmış Türk dövləti. Qurucusu və yeganə tanhusu Çiçi xandır.

Qərbi Hun İmperiyası
M.ö. 58-M.ö. 36
Bayraq
Bayraq
Rəsmi dili Türk dili
Paytaxt Talas çayı yaxınlığında şәhәr
Tanhu, Xaqan, Xan Çiçi xan (M.ö. 58-M.ö. 36)
Dövlət dini Tenqriçilik

Tarixi redaktə

M.ö. 58-ci ildə Tutsitan Tanhunun ölümündən sonra hakimiyyətə gələn I Huxanye Çin imperatoruna elçi göndərərək ona bağlılığını bildirdi. Bəlkə də, Huxanyenin bunu etməsinin səbəbi anası idi, çünki onun anası çinli idi. Buna əks olaraq onun türk qadınından olan qardaşı Çiçi Huxanyeyə üsyan edir. Nəticədə Hun İmperiyası parçalanır və Çiçi Tanhu dövlətin qərbini tamamən müstəqil idarə etməyə başlayır. O, Talas çayının ətrafında şəhər salır və buranı paytaxt elan edir. Amma Çiçinin imperiyası uzunömürlü olmur. Bunun səbəbi, Çiçinin bu iki böyük iki səhvi idi:

  • Çiçi savaşlarda əski Hun taktikalarını deyil, qala qoruma taktikasını istifadə edirdi.
  • Çiçi xaqan, öz əsgərlərinə qarşı çox sərt davranırdı.

M.ö. 36-cı ildə Talas çayı yaxınlığında baş verən savaşda Çiçi xanda daxil 1518 nəfər həlak olur və türk milləti tamamilə Çinə tabe edilir.

Ədəbiyyatda baş verən qarışıqlıq redaktə

  • Bəzi tarix kitab və məqalələrində "Qərbi Hun imperiyası" adlanan Avropa Hun imperiyasını belə adlandırmaq doğru deyil. Əsil Qərbi Hun dövləti, M.ö. 58-M.ö. 36 illərində mövcud olan qısa ömürlü dövlətdir.
  • Həmçinin tarixlə bağlı bəzi kitab və məqalələrdə Qərbi Hun İmperiyasının xanı kimi Panu xan göstərilir. Bu da səhvdir, belə ki, Panu Tanhu Qərb Hunlarının deyil, Şimal Hunlarının xaqanı idi.

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 137 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024