Qəsidə Haqqinda Melumat - Vikipedia

Qəsidə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qəsidə

şeir növü

Qəsidə — Böyük bir şəxsi və ya tarixi bir hadisəni mədh və tərif edən, adətən təntənəli, uzun lirik şeir[1].

Qəzəldən həcmcə böyük, on beş beytdən otuz-qırx beytədək olur. Qəsidələr ilk dəfə ərəb şeirində yaranmış, farsdilli poeziyada daha yüksək yer tutmuşdur[2].

Gəh tərzi-qəsidə eylərəm saz; Şəhbazım olub büləndpərvaz. Füzuli. [Xaqani:] Yazsaydım qəsidə əgər hər zaman; Şərqə tanınmazdı sevimli Şirvan. M.Rahim. Bazarda qəsidə oxuya-oxuya bir dərviş və yanında bir adam gəldi. Ə.Abasov. // Tərifnamə. ..Ya da “Məzhər” qəzetinin sahibi Kamil Əfəndi kimi gərək canişin həzrətlərinə birinci nömrəmizdə qəsidə oxuyaq ki, hökumət yanında hörmətimiz olsun. C.Məmmədquluzadə.

Qəsidənin qafiyə quruluşu qəzəldəki kimidir[3]. Amma qəzəldən fərqli olaraq, qəsidə ən azı 15 beytdən, yəni 30 misradan ibarət olur. Qəsidə təntənəli, təmtaraqlı üslubda yazılır. Qəsidə, bir qayda olaraq, ictimai mətləbləri ifadə edir. Mövzu və məzmununa görə qəsidənin minacat, nət, mədhiyyə, fəxriyyə, mərsiyə, həcv kimi növləri vardır[4].

Minacat redaktə

== Minacatda Tanrının, Nətdə isə Peyğəmbərin müqəddəs olmağından danışılır.

Mədhiyyə redaktə

Mədhiyyədə hökmdarlar, yüksək rütbəli şəxslər təntənəli üslubda təriflənir.[5]

Fəxriyyə redaktə

Bu janrda yazılmış əsərlərdə müəllif öz şairlik qüdrətindən fəxrlə söz açır.

Mərsiyə redaktə

Ərəbcə matəm şeiri deməkdir. Qəsidənin klassik ədəbiyyatında geniş yayılmış bu növündə daha çox görkəmli şəxsiyyətlərin - müqəddəslərin, hökmdarların, qəhrəmanların, sənətkarların ölümündən doğan qəm, kədər hisləri əks olunur.[6]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "qəsidə — azerdict.com saytı". 2015-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-04.
  2. Qəhrəmanlı, Nazif. Ədəbiyyat nəzəriyyəsi (az.). Bakı: BQU-nun mətbəəsi. 2008.
  3. "Poeziya janrları: Lirik növün janrları". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-04.
  4. "Ədəbiyyat", Bakı, "Abituriyent", 2012. səh.663
  5. Rəfili, M. Ədəbiyyat nəzəriyyəsinə giriş (az.). Bakı: APİ. 1958.
  6. Şəmsizadə, N. Azərbaycan ədəbiyyatşünaslığı (az.). Bakı: Ozan. 1997.

Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024