Qabil Orucəliyev Haqqinda Melumat - Vikipedia

Qabil Orucəliyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qabil Orucəliyev

Qabil Əbdüləli oğlu Orucəliyev (15 sentyabr 1991, Naxçıvan2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Qabil Orucəliyev
Qabil Əbdüləli oğlu Orucəliyev
Şəxsi məlumatlar
Doğum adı Qabil Əbdüləli oğlu Orucəliyev
Doğum tarixi 15 sentyabr 1991(1991-09-15)
Doğum yeri
Vəfat tarixi 2 aprel 2016(2016-04-02) (24 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Leytenant
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Həyatı redaktə

Qabil Orucəliyev 1991-ci il 15 sentyabr tarixində Naxçıvan şəhərində anadan olub. Qabil Orucəliyev ailəli idi, şəhid olmadan 4 gün əvvəl, 29 mart günündən oğul övladı dünyaya gəldi. Oğluna atasının adı qoyuldu, (Qabil Qabil oğlu Orucəliyev).

Hərbi xidməti redaktə

Leytenant Qabil Orucəliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 11-i isə Qabil Orucəliyev doğulduğu Naxçıvan şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Orucəliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Qabil Orucəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar redaktə


Saytda 164 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024