Qafqaz Albaniyasının memarlığı Haqqinda Melumat - Vikipedia

Qafqaz Albaniyasının memarlığı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qafqaz Albaniyasının memarlığı


Müqəddəs Yelisey kilsəsinin (IX–XII əsrlər) dövrümüzə çatmış interyeri (solda) və
Kabalaka qala divarlarının (III–IV əsrlər) əsas girişini əhatələyən qüllələrin
dövrümüzə çatmış qalıqları (sağda)


Yeddi kilsə monastırının (IV–V əsrlər) şərq bazilikasının qalıqları (solda) və
Qum bazilikasını (IV–V əsrlər) neflərə bölən kolonnadaların qalıqları (sağda)

Qafqaz Albaniyasının memarlığıQafqaz Albaniyasının müstəqil və vassal dövlət kimi mövcud olduğu e.ə. II əsrdən b.e.-nın VIII əsrinə kimi onun tabeliyinə daxil olmuş ərazilərdə yaranmış və inkişaf etmiş memarlıqdır.

Qafqaz Albaniyasının ən qədim memarlıq ənənələri haqqında olduqca az məlumat vardır. Bu, həm həmin dövrləri əks etdirən tarixi mənbələrin olmaması, həm də sonrakı dövrlərdə memarlıq nümunələrinin köhnə ibadət yerlərində, bir sıra hallarda birbaşa köhnə məbədin binası üzərində inşa edilməsi ilə əlaqədardır. IV–VII əsrlərdə Qafqaz Albaniyası ərazisində aktiv inşaat işlərinin aparılmasını tarixi mənbələr də sübut edir. Daha aktiv inşaat-quruculuq işlərinin aparılması isə III Mömin VaçaqanCavanşirin hakimiyyətləri dövrünə təsadüf edir.

IV əsrə Qafqaz Albaniyasında xristianlığın dövlət dini elan edilməsindən sonra bütün ölkə ərazisində oxsaylı dini tikililərin inşasına başlanılır, həmçinin köhnə məbədlərə əlavələr edilərək onlar xristian kilsəsinə çevrilirlər. Bu cür dəyişiklərə məruz qalmış abidələrə nümunə əlaraq, Ləkit, Kilsədağ, Mamrux, Mingəçevir kilsələrini göstərmək mümkündür.

B.e. ilk əsrlərindən etibarən Qafqaz Albaniyası ərasizində bir və üç nefli bazilikaların inşasına başlanılır. Erkən orta əsrlərdə Qafqaz Albaniyası ərazisində unikal memarlıq xüsusiyyətlərinə malik dairəvi məbədlər inşa edilir. VII əsrdən başlayaraq isə zal kompozisiyalı binalara günbəzlər əlavə edilir. V–VI əsrlərdən etibarən Qafqaz Albaniyasında xaç-günbəz tipli kilsələrin inşasına başlanılır, VII əsrdən bu tipli dini binalar geniş yayılır.

Qafqaz Albaniyasının memarlığı Cənubi Qafqaz və Cənubi Dağıstan xalqlarının memarlığına təsir etmişdir.

Tarixi-mədəni mühit redaktə

Qafqaz Albaniyasının ən qədim memarlıq ənənələri haqqında olduqca az məlumat vardır. Bu, həm həmin dövrləri əks etdirən tarixi mənbələrin olmaması, həm də sonrakı dövrlərdə memarlıq nümunələrinin köhnə ibadət yerlərində, bir sıra hallarda birbaşa köhnə məbədin binası üzərində inşa edilməsi ilə əlaqədardır. Professor K. Trever qeyd edir ki, Mingəçevirdəki Sudağılan məbədlərində olduğu kimi, bəzi hallarda xristianlıqdan əvvəlki dövrə aid məbədin harda bitib, xristian məbədinin harda başlamasını müəyyən etmək mümkün deyil.[1] IV əsrin əvvəllərində Qafqaz Albaniyası tarixinin yeni mərhələsinə qədəm qoyur və bu mərhələnin əsas həlledici faktorlarından biri feodal ictimai-iqtisadi münasibətlərinin yaranması və inkişafı, xristianlığın dövlət dini elan edilməsidir. Həmin dövrün ən mühüm hadisələrindən biri ölkənin ümumi mədəni həyatında dirçəlişə təkan verən Alban əlifbasının yaradılması olmuşdur. IV–VII əsrlərdə Qafqaz Albaniyası ərazisində aktiv inşaat işlərinin aparılmasını tarixi mənbələr də sübut edir. Daha aktiv inşaat-quruculuq işlərinin aparılması isə III Mömin Vaçaqan (487–510) və Cavanşirin (637–680) hakimiyyətləri dövrünə təsadüf edir. Moisey Kalankatlı bildirir ki, Arşakilər sülaləsindən olan hökmdarlardan yalnız III Vaçaqan ölkədə "ilin günlərinin sayı qədər kilsə inşa etdirmişdi."[2] "Xəlifənin bəxş etdiyi bütün şərəflərdən imtina edən" Cavanşir Mehrani isə "daha çox inşaat və ölkəsinin abadlaşdırılması ilə məşğul olmuşdur."[3]

Dövrümüzə çatmış çoxsaylı monumental memarlıq nümunələri alban memarlarının ustalığından xəbər verir. Erkən orta əsrlər alban memarlığı haqqında daha geniş və çoxsahəli məlumatı alban memarlarının ən yaxşı inşaat təcrübəsinin istifadə edildiyi dini tikililərdən almaq mümkündür. Erkən xristian memarlığı yalnız inşaat ənənələri baxımından deyil, həm də mövcud dini tikililərin memarlıq-planlaşdırma strukturunun mənimsənilməsinə görə daha əvvəlki dövrlərə aid yerli memarlıqla əlaqəlidir.[4]

Qafqaz Albaniyası ərazisində ilk xristian kilsələri xristianlığın dövlət dini elan edilməsindən xeyli əvvəl inşa edilmişdir.[5] Moisey Kalankatlının Rostak əyaləti ərazisində Tərtərçayı sahilində inşa edildiyini göstərdiyi[6] kilsə kimi erkən kilsələrin bir çoxu taxtadan inşa edilmiş gil və ya saman qarışıq əhəng məhlulu ilə suvanmışdır. Sonrakı dövrlərdə taxta kilsələrin yerində daş və kərpic kilsələr ucaldılmış, taxta kilsələr haqqında məlumatlar isə yalnız mənbələrdə qalmışdır. Məmmədova 34 Xristianlığın dövlət dini elan edilməsindən sonra ölkə ərazisində köhnəə məbədlərin yeni dinə uyğunlaşdırılması və yeni məbədlərin inşasına başlanılmışdır.[5]

Yeni dinin təbliğatçıları xristianlıqdan əvvəlki dövrə aid ziyarətgah və ibadət yerlərini bacarıqla öz təbliğatları üçün istifadə etməyə başlayırlar. Qədim dövrlərdən yerli əhalinin ziyarət etdiyi belə məkanlarda çox vaxt politeist məbədlərinin inşaat və memarlıq xüsusiyyətlərini də qoruyub saxlayan kilsələr inşa edilirdi.[5]

Moisey Kalankatlının mənbə məlumatları redaktə

 
"Alban ölkəsinin tarixi" əsərinin miniatürlü əlyazması

Moisey Kalankatlının "Alban ölkəsinin tarixi" əsəri Qafqaz Albaniyasının tarixi və memarlığı üzrə əsas mənbə olmaqla, etnik, ərazi, siyasi və dini həyatın öyrənilməsi, hökmdarlar və ölkə tarixində iz qoymuş digər şəxslərin fəaliyyəti, o cümlədən quruculuq işlərinin tədqiqi, Alban Həvari Kilsəsinin yaranması, onun politeizm və sektantizmlə mübarizəsinin işıqlandırılması üçün müxtəlif materiallarla zəngindir.[7] Mənbədə memarlıq və tikinti işləri ilə bağlı hər üç hissədə (əsər üç hissədən ibarətdir) məlumat olsada, ilk iki hissə bu cür məlumatlarla daha zəngindir. M. Kalankatlı Qafqaz Albaniyasında kilsə tikintisinin təməlinin qoyulmasının I əsrdə başlamasından bəhs edərək, Qafqaz Albaniyasının "müdəqqəs maarifləndiricisi" Həvari Yeliseyin ölkəyə gələrək Gisdə ilk kilsə inşa etməsi və "qansız qurban gətir"məsini xəbər verir.[8] Ənənəvi olaraq bəhs edilən bu kilsə, Şəki rayonunun Kiş kəndindəki Müqəddəs Yelisey kilsəsi ilə identikləşdirilir, lakin sonradan Gis kəndi tarixçi tərəfindən Mesrop Maştotsun fəaliyyəti ilə əlaqədər olaraq da xatırlanır. Kalankatlı qeyd edir ki, "Ermənistandan yolla irəliləyən Maştots Şərq ölkəsinə çatdı, burada Uti əyalətində bataqlıq, mamırlarla örtülmüş Gis adlı yerdə məskunlaşdı."[9] Albaniyanın digər əyalətlərində olduqdan sonra, təhlükəni hiss edən Maştots Gisə geri döndü və "…burada müqəddəs xaçın bir hissəsini dəfn etdi. Bundan sonra, o və tələbələri iki qrupa bölündülər. Birinci hissəs Mets-Kolmank əyalətindən çıxmağı qərara aldı. İkinci hissə isə elə oradaca öldürüldü. Yeni dini qəbul etmiş şəxslərdən bir nəfər onların məzarı üzərində dördbucaqlı kilsə inşa etdi. Sonradan genişləndirilmiş bu kilsə Gisin qədim kilsəsi adlandırıldı."[10] Professor G. Məmmədova qeyd edir ki, Kalankatlının əsərin əvvəlində Gisdə inşa edilməsini xəbər verdiyi və "alban kilsələrinin anası" adlandırdığı qədim kilsəni yenidən Gisdən bəhs edərkən xatırlamamasından belə qərara gəlmək olar ki, söhbət eyni adlı iki fərqli kənddən gedir.[11]

Kalankatlı həm də xristianlığın Qafqaz Albaniyasında dövlət dini kimi qəbul edilməsindən sonra inşa edilmiş ilk kilsə haqqında məlumat verir. Həmin kilsə, mərdlik göstərərək İberiyaAlbaniyanı maarfləndirmək üçün yola çıxmış Maarifçi Qriqorinin adı ilə əlaqələndirilir. "Haband vilayətinə gələrək, o, xalqa tanrı oğlunun qanunlarını öyrətdi və riayət etməyi buyurdu, daha sonra Amaras şəhərində kilsənin təməlini qoyaraq, tikinti üçün işçilər və memarlar təyin etdi."[12] Arxeoloji tədqiqatların nəticəsi göstərmişdir ki, həmin zaman inşa edilmiş kilsə, üçnefli bazilika olmuşdur.[13] Həmin Amaras monastırı ərazisində VI əsrin əvvəllərində, III Vaçaqanın hakimiyyəti dövründə Qafqaz Albaniyasının ilk katolikosu Müqəddəs Qriqorisin məzarı üzərində başqa bir kilsə inşa edilmişdir. "Məzarın üzərində kilsənin əsası qoyuldu, onun tamamlanmasına tələsildi və Müqəddəs Qriqoris kilsəsi adlandırıldı."[14] Elə həmin dövrdə, III Vaçaqanın göstərişi ilə onun doğma kəndi Dütaqanda da Müqəddəs Panteleon kilsəsi inşa edilmişdir. Dütaqan kəndinin xarabalıqları hazırda Tərtər rayonunun Madaqiz kəndi yaxınlığında yerləşir.[15]

Kalankatlı hələ erkən xristianlıq dövründə (IV–V əsrlər) Qafqaz Albaniyası ərazisində monastırların inşa edilməsindən bəhs edir.[15] Ölkədə ən qədim monastırlardan biri assuriyalılar tərəfindən inşa edilmişdi: "Bir neçə süryani monaxı onların (Müqəddəs Qriqoris və tələbələrinin) cəsədlərini götürərək Qaku kəndində dəfn etdilər, həmin yerdə monastırın əsasını qoydular və hələ də həmin müqəddəslərin cəsədləri monastır ərazisində qalmaqdadır."[16] Qaku kəndinin Qafqaz Albaniyasının hansı ərazisində yerləşməsi müəyyən edilməmişdir.[15] Kalankatlı Cavanşir tərəfindən Girdiman qalasındaBərdə yaxınlığında inşa etdirilmiş monastırlar haqqında da məlumat verir: "Bizans imperatoru, İraklinin nəvəsi II Konstantindən Müqəddəs xaçın bir hissəsini hədiyyə olaraq aldıqdan sonra, müdrik Cavanşir, öz əyaləti olan Girdmanda Tanrı evinin əsasını qoydu və onu möhtəşəm bəzədi. İki il davam edən mbarizə nəticəsində xəzərlərin qovulmasından sonra məbədin inşası tamamlandı."[17] "Katolikos və bütün əyalətlərin yepiskoplarını yanına alaraq o, Firuzabaddan yola çıxdı, iki əyalət arasında öz rahatlığı üçün inşa etdirdiyi monastırda dua etdi…Buradan böyük kütlə ilə hərəkət edərək araç (yanvar) ayının on birinci günündə Girdman yalətinə daxil oldu. O, Müqəddəs xaçın qalığını inşa etdirdiyi anrı evində yerləşdirdi."[18] G. Məmmədova tarixçinin bu məlumatına istinadən qeyd edir ki, Girdman qalasındakı monastır və onun baş kilsəsi 662–664-cü illərdə inşa edilmiş, həsr edilmə (ithaf) mərasimi 664-cü ildə baş tutmuşdur.[15] Bu məlumatda Cavanşirin Bərdə-Girdman yolunda, paytaxtdan bir günlük məsafədə, qışlaq ərazisində inşa etdirdiyi başqa bir monastır da xatırlanır.[19] Girdiman əyalətinin sərhəddi Kürəkçaydan keçirdi. Tarixçi tərəfindən verilmiş koordinatlar nəzərə alındıqda həmin monastır Goranboy rayonu ərazisində yerləşməlidir.[15]

Moisey Kalankatlı - «Alban ölkəsinin tarixi»[2]
Cəsur Vaçaqandan Mömin Vaçaqana kimi on hökmdar olmuşdur ki, onlardan yalnız Mömin Vaçaqan ölkədə ilin günlərinin sayı qədər kilsə inşa etdirmişdir.

Qafqaz Albaniyasını, alban hökmdarları və knyazlarını təsvir edən Kalankatlı, xüsusilə onların quruculuq fəaliyyətinə diqqət çəkir. "Cəsur Vaçaqandan Mömin Vaçaqana kimi on hökmdar olmuşdur ki, onlardan yalnız Mömin Vaçaqan ölkədə ilin günlərinin sayı qədər kilsə inşa etdirmişdir."[2] Əsərdə dəfələrlə Cavanşir tərəfindən həyata keçirilmiş quruculuq işlərinə diqqət çəkilir: "O, inşa etməyi, ağac əkməyi həzz almağı və sülh vəziyyətində yaşamağı əmr etdi. O, çoxlu saraylar inşa etdirdi və insanın həzz ala biləcəyi hər şeyə sahib oldu."[20] Ərəb işğalından əvvəlki dövrdə Qafqaz Albaniyasında memarlığın çiçəklənməsini həm də Kalankatlının "böyük şəhər Çolanın nəhəng divarı" adlandırdığı Dərbənd qalasının inşası sübut edir.[15] Tarixçi qalanın inşası haqqında yazır: "Pers şahları Qafqaz dağlarıböyük şərq dənizi arasında nəhəng binanı inşa etmək üçün memarlar və materiallar axtarışı ilə bizim ölkəni talan etdilər."[21]

Ərəb işğalı ilə əlaqədar olaraq inşaat işlərində bir müddət səngimə baş versə də, IX əsrdə yenidən inşaata təkan verilmişdir. Mehranilər sülaləsindən olan Adernerseh və onun ailə üzvləri bu işdə iştirak etmişlər. Knyazın həyat yoldaşı "xanım Sprama günlərini xeyriyyəçilikdə keçirərək, Sodenk əyalətində monastır inşa etdirdi və onu gözəl bəzədi."[22] Adernerseh özü Xandu qalasını və hökmdar hamamlarının yerləşdiyi Vaykunik kəndində saray inşa etdirdi. Tarixçinin qeyd etdiyi Handu qalası Ağdərə rayonu ərazisindəki Handaberddir. Onun oğlu Qriqor "Xavaxaqaçin qalasını inşa etdirərək hakimiyyətini həmin ərazidə yaydı." İ. Orbeli Havaxaqaçin qalasını Ağdərə rayonu ərazisindəki Havaqala ilə eyniləşdirir.[23]

"Alban ölkəsinin tarixi" əsərində bəzi şəhərlərin salınması haqqında da məlumatlar vardır. Kalankatlı Sasani şahı Firuzun göstərişi ilə Vaçe tərəfindən Firuzabad-Partav şəhərinin,[24] Mehr tərəfindən Girdman vilayətində Mehrəvan şəhərinin[25] inşa edilməsi haqqında məlumat verir.

Sasani şahı Firuzun (454–459) hakimiyyəti dövründə Qafqaz Albaniyası ərazisində çoxlu sayda atəşgahların inşa edilməsi haqqında məlumat vardır.[26] Məlumatdan aydın olur ki, onlar yalnız ölkənin düzən ərazilərində deyil, həm də Artsakda inşa edilmişdir. Çünki, Mömin Vaçaqan (487–510) Qafqaz Albaniyasında hakimiyyətə gəldikdən sonra, "özünün hakimiyyəti altında olan möhkəm Artsak ərazisində saxta tanrılara inamı və qurban verilməsini dayandırmağı" əmr etmiş,[27] cadu və magiya ilə məşğul olanlar üçün cəza və cərimə təyin etmişdi.[28] V–VI əsrlərdə Qafqaz Albaniyasında atəşgahların inşası geniş yayılmışdı. G. Məmmədova qeyd edir ki, məbələrdəki bu məlumat ölkənin dini memarlığının mənşələrinin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyətə maikdir.[29]

"Alban ölkəsinin tarixi" əsərində bu və ya digər obyektlərin inşası ilə yanaşı, məbədlər və digər tikililərin inşa tarixinin müəyyənləşdirilməsinə kömək edən xatırlatmalar da vardır. Bu baxımdan tarixi hadisələrlə əlaqədar olaraq müxtəlif kilsə, monastır və qalaların adlarının çəkilməsi mühüm əhəmiyyət kəsb edir.[30] AluenPartav kilsə məclislərinin reestlərindən[31] Kapaq, Qaşua, Yeşu, Yeute, Partav[31] Kabalaka, Qoşi, Amarasda[32] yepiskopluq mərkəzlərinin olması, Tsri, Taraqoç, Bed, Urbat, Ayramanuş ərazilərində kilsə dairələrinin mərkəzlərinin olması,[32] Ners-Mihr, Güt, Kataro, Müqəddəs İosif, Kalankatuk, Tuqrakert, Aqaçop monastırlarının[32] fəaliyyət göstərməsi məlumdur, lakin bu adların çox az hissəsi, dövrümüzə çatmış abidələrin adında qorunmuşdur. Bunlar Amaras, Gütəvəng, Kataro və Ners-Mihr monastırlarıdır. Kalankatlı tərəfindən qeyd edilmiş yepiskopluq mərkəzlərinin əksərinin yeri naməlum olaaq qalır, onların bəziləri yeparxiya kimi əhəmiyyətini itirərək ləğv edilmiş, bəziləri isə ilkin adlarını itirərək sonradan başqa ad altında tanınmışdır. Müxtəlif tarixi hadisələrlə əlaqədar olaraq Kalankatlı IV–V əsrlərdə Ners-Mihr monastırının,[33] VI əsrin əvvəllərində "Ter-Abbasın hakimiyyətə gəlməsindən əvvəl" Kataro monastırının,[34] VIII əsrin əvvəllərində katolikos Mixailin hakimiyyəti dövründə Şəmkir qalası monastırının,[35] VII əsrdə xəzərlərin yürüşləri zamanı katolikos Vironun alban zadəganlarını topladığı Caraberd qalasının[32] adını çəkir.

Mömin bir xristian kimi Moisey Kalankatlı Alban Həvari Kilsəsi müqəddəslərinin qalıqları ilə bağlı məlumatları ətraflı təsvir edir. Bu məlumatlardan VI əsrdə Böyük Arran monastırının[36] fəaliyyət göstərməsini öyrənmək mümkün olur. Cavanşirin hakimiyyəti dövründə yepiskop İsrailin fəaliyyəti ilə əlaqədar olaraq dəfələrlə Mets-Kuen əyalətində yüksək dağlıq ərazidə yerləşən Qlxovəng monastırı xatırlanır.[37] Monastırın adı hərfi tərcümədə "baş monastırı" anlamına gəlir ki, bu da onun Urekan kəndindəki monastırla identikləşdirilməsinə əsas vermişdir.[30] Kalankatlı məlumat verir ki, keşiş Müqəddəs Yeliseyin başını öz yaşadığı yerə apardı.[33] Ürəkvəng monastırı Tərtər rayonun Talış kəndi ərazisində yerləşir. Verilən məlumatlardan bu monastırın artıq IV–V əsrlərdən fəaliyyət göstərən, Qafqaz Albaniyasının ən qədim monastırlarından biri olması məlum olur.

"Alban ölkəsinin tarixi" əsərində alban kilsələrinin konstruktiv və dekorativ həlli ilə bağlı da dəyərli məlumatlar saxlanmışdır. Məsələn, IV–V əsrlərdə Gis kəndində inşa edilmiş kilsə ilə bağlı məlumatda qeyd edilir ki, "Uzun müddətdən sonra Varaz-Firuz adlı Arranşahlar sülaləsindən olan knyaz köhnə kilsəni bərpa etmək istəyərkən, günbəzin kərpic tağını uçurmağa əli gəlmədi."[10] G. Məmmədova qeyd edir ki, bu məlumatdan artıq IV–V əsrlərdə Qafqaz Albaniyasında günbəzli kilsələrin inşa olunması məlum olur.[38] Cavanşirin Girdman qalasında inşa etdirdiyi kilsədən bəhs edərkn Kalankatlı qeyd edir ki, "Bundan sonra o, kilsənin bəzədilməsi üçün ən yaxşı materiallardan istifadəni buyurdu. Rəssamları işə cəlb edərək günbəz və bütün divarları rəsmlərlə bəzədi, aşağı hissələri ipək örtüklərlə örtdü, qapıları gümüşə çəki və onlar üzərində oyma təsvirlər işləməyi əmr etdi."[39]

İnkişaf mərhələləri redaktə

IV–VII əsrlərin memarlığı redaktə

Erkən dövrə aid üçnefli alban bazilikaları iri həcmi və monumentallığı ilə seçilirdi

IV əsrə Qafqaz Albaniyasında xristianlığın dövlət dini elan edilməsindən sonra bütün ölkə ərazisində oxsaylı dini tikililərin inşasına başlanılır, həmçinin köhnə məbədlərə əlavələr edilərək onlar xristian kilsəsinə çevrilirlər. Bu cür dəyişiklərə məruz qalmış abidələrə nümunə əlaraq, Ləkit, Kilsədağ, Mamrux, Mingəçevir kilsələrini göstərmək mümkündür. Yeni inşa edilən məbədlərin memarlığında isə əvvəlki politeist məbədlərin memarlığı əsas alınır. Beləcə Qafqaz Albaniyasında bir və üç nefli zal məbədlərinin inşasına başlanılır. Birnefli zal kompozisiyaları dini memarlıq praktikasında uzun müddət davam edən ənənəyə malik olmuşdur. Yerli inşaat materiallarından istifadəyə imkan verən sadə və aydın konstruktiv həll, şərq-qərb oxunu vurğulayan və ibadətə gələnlərin nəzərini altara yönləndirən kompozisiya strukturu yeni ideologiyanın tələblərinə yaxşı cavab verirdi. G. Məmmədova yazır ki, bu memarlıq tipində birləşdirilmiş məbədləri iki qrupa ayırmaq olar: böyük birnefli bazilikalar (Mingəçevir, Gavurqala, Xudavəngdəki qədim bazilika və sair) və çox da böyük olmayan tağlı zal kilsələri (Calut monastırındakı qədim bazilika, Qızılkilsə və sair).[40]

Qədim bazilikalar yeganə düzbucaqlı zal və altardan ibarətdir. Kompozisiya baxımından yalnız, binanın memarlıq və dini baxımından dominantı olan və ibdat ayininin keçirildiyi altar hissə fərqlənir.[40]

Xristian ideologiyasının kütləviləşməsi ilə əlaqədar olaraq VI əsrdən etibarən məbədlərin memarlıq baxımından zənginləşdirilməsi tələbi meydana çıxır. İnşaat texnikasının inkişafı divarların qalınlığının azaldılmasına imkan verir, tağ-tavanların dözümlüyünün artırılması üçün isə pilyastrlara söykənən əlavə tağlar əlavə edilir. Divarların pilyastrlar vasitəsiylə dərinləşdirilmiş hissələri də tağ şəklində həll edilir. Baxmayaraq ki, məbədlərin plan quruluşunda heç bir dəyişiklik baş vermir, daxili məkan genişlik əldə edir, divarlar isə daha plastik görünür (Xudavəng monastırındakı qədim bazilika).[41]

İlkin olaraq tağlı tavanlarla yanaşı qədim düz tavanlardan da istifadə olunsa da, sonrakı dövrdə tədricən düz taxta tavanlar sıxışdıralar təcrübədən çıxarılmışdır. Əgər erkən xristian məbədləri nümunə olaraq istinad etdikləri qədim politeist məbədləri kimi şərq fasadında çıxış əmələ gətirən apsidaya malik olurdularsa (Mingəçevir kilsə kompleksinə daxil olan məbədlər), sonradan, altar hissəsi də məbədin ümumi dözbucaqlı çərçivəsinə daxil edilir (Calut, Gavurqala və sair) və çıxıntılı apsidalara nadir hallarda rast gəlinir.[42] Erkən orta əsrlər memarlığının ən mühüm nailiyyətlərindən biri, hələ Mingəçevir kilsələrində meydana çıxmağa başlayan və sonradan Qafqaz Albaniyası memarlğında müxtəlif variantlarda (Xudavəng, Əyrivəng və s.) geniş yayılan altar yanında yerləşdirilən əlavə məkanlardır.[42]

VIII–X əsrlərin memarlığı redaktə

Ərəb istilalarından sonra VIII əsrdə Azərbaycan ərazisində İslam dini yayılmağa başlayır. IX əsrin ortalarından AzərbaycanArranda feodalizmin inkişafı yeni mərhələyə qədəm qoyur. Beləliklə də, IX əsrin ortalarından keçmiş Qafqaz Albaniyası ərazisində yaşayan xalqların sosial-siyasi və mədəni həyatının inkişafı, o cümlədən memarlığın təkmilləşdirilməsi üçün şərait yaranır. Buna baxmayaraq ərəb istilası Qafqaz albanlarının tarixində dönüş nöqtəsi rolunu oynayır. Dövlətçiliyin və xristian dininin dövlət dini sttusunu itirilməsi, rəsmi ideologiyadan məhrum edilmə, ibadətçilərin sayının qəfil azalması və sonradan alban əhalinin tədricən deetnizasiyası Qafqaz Albaniyası dini memarlığının iqtisadi və siyasi əsasını da dəyişdirdi.[43] Bu dövrdən etibarən keçmiş Qafqaz Albaniyası ərazisində xristian dini memarlığının daha çox konkret rayonların dağlıq ərazilərində cəmlənməsi, dini memarlıq nümunələrinin həcmində ciddi azalmaların baş verməsi və əksər alban abidələrinin diqqət çəkməyən sadə siması bununla izah edilir.[43] Birləşdirici amilə çevrilən vahid dini saxlamağa müvəffəq olan qonşu xalqlarda isə əksinə, bu təsir özünü məbədlərin dizaynı, zənginliyi və ölçülərində müsbət baxımdan əks etdirmişdir.[43]

Arran və Şirvan ərazisində köklərini Qafqaz Albaniyasının qədim və erkən orta əsrlər dövrü incəsənətindən alan Xristian və İslam memarlığı bir-biri ilə qarşılıqlı ünsiyyət və təsir mühitində inkişaf etməyə başlayır.[43] Bu, yalnız çoxəsrlik memarlıq-inşaat ənənəsi ilə deyil, həm də iqtisadi, siyasi və etnik birliyin doğurduğu tələb idi.[43] Arranın ən böyük şəhərlərində xristian və müsəlmanlar sakit qonşuluqda yaşamağa başlayırlar və ərəb müəlliflərinin bir çoxunun əsərlərində bu haqqda məlumatlar verilir.[43] Bununla yanaşı daha qədim inanclar da öz təsir gücünü qismən də olsa saxlayır və bu təsir sonrakı dövrün memarlıq və incəsənətində hiss olunur.[43] Arran və Şirvan incəsənətinin bu cür spesifik inkişaf yolu, digər amillərlə birlikdə onun memarlığının özünəməxsusluq və orijinallığını təmin edir.[43]

Bu dövrün dini tikililərində günbəzli kilsələrin təsir çəkisi artır.[43] Yeni məbədlərin inşasında mərkəzi günbəzli və uzun bazilika tiplərinin birləşdirilməsi cəhdləri müşahidə olunur, daha əvvəlki dövrdə formalaşmış müxtəlif məbəd tiplərinə xas memarlıq elementi və formalarının bir tikilidə birləşdirilməsi isə ümumi tikili kompozisiyasının mürəkkəbləşməsi ilə nəticələnir.[43] Bununla yanaşı dini tikililərin növləri olduğu kimi qalır: bunlar çox vaxt monastır kompleksi formasında birləşdirilmiş kilsə və sovməələr, həmçinin bu cür komplekslərə daxil olan mülki və təsərrüfat xarakterli tikililərdir.[43] Arranın xristian ərazilərinin monumental memarlığının əsas tikililəri, dövrün ən qabaqcıl memarlıq ənənələrini özündə ehtiva edən kilsə binaları olaraq qalır.[43]

Tədqiqatlar göstərmişdir ki, bu dövrün kilsə memarlığı memarlıq-planlaşdırma formalarını saxlamışdır.[43] Ən sadə və geniş yayılmış tip tağlı zal kilsələri olaraq qalır. Ərəb istilasından əvvəlki dövrə aid birnefli bazilikalarla müqayisədə onların ölçüləri qəfildən kiçilir. Bununla yanaşı, ilkin kompozisiyanın digər memarlıq tiplərinə xas olan əlavə yerlər və elementlərlə mürəkkəbləşdirilməsi ənənəsi müşahidə olunur.[43] Bu tip tikililərə nümunə kimi Xocavənd rayonunun Binə kəndi yaxınlığındakı təpədə yerləşən Qırmızı kilsəni göstərmək olar.

 
Xudavəng monastır kompleksinin ən qədim hissəsi VIII–IX əsrlərdə daha qədim kilsə üzərində inşa edilmiş bazilika qalıqlarıdır. Bazilika Qafqaz Albaniyasının Arsak əyalətində yerləşirdi.

Qafqaz Albaniyası memarlığında zal-tağ kompozisiyasının geniş yayılması, daxili fəzanın həll edilməsi və sadə, bölünməmiş zalın istifadəsi üçün sənətkarları müxtəlif variantlar işləməyə yönləndirmişdir.[44] Bu dövrdə dini kanonlar kilsələrdə künc otaqları və dyakon otağının olmasını tələb edirdi.[44] Bu tələb əsas monastır kilsələri üçün daha mühüm əhəmiyyətə malik idi. Nəticədə zal-tağ kilsələrinə də yan otaqların inşa edilməsinə başlanılır.[44] Altar apsidası yanında köməkçi tikililərin inşası məhz bu dövrdə geniş yayılsa da, ərəb istilasından əvvəlki dövrdə də Qafqaz Albaniyası memarlığında bu cür tikililərə rast gəlmək mümkündür: nümunə olaraq Gavurqala kilsəsi və Mingəçevir kompleksindəki IV məbədi nümunə göstərmək olar.[44] IX əsrdən sonra dağılmış və zədələnmiş erkən orta əsr kilsələri bərpa edilərkən, onlara yan otaqların əlavə edilməsi üçün müxtəlif variantlardan istifadə edilirdi. Məsələn, Xudavəng monastırındakı qədim birnefli bazilikada yan otaqlar altar ətrafı divarların çapılması nəticəsində divar dərinliyində yerləşdirilmişdir.[44] Digər bir variantda isə kiçik zal kilsələrinin həcminin böyüdülməsi üçün onlara qərb tərəfdən və tikilinin eni boyunca düzbucaqlı formalı yan otaqlar əlavə edilirdi. Bu yolla da, yalnız Qafqaz Albaniyası memarlığı üçün xarakterik olan özünəməxsus memarlıq kompozisiyası yaranmışdır.[44] Bu kompozisiyanın ən yaxşı saxlanmış nümunələrini Əyrivəng kilsəsi, VaquasQırmızı monastırların əsas kilsəsi,[45] nümunəsində görmək mümkündür.[44]

Bu dövrə aid olan Kiçan monastırının başkilsəsini isə Əyrivəng və bu tipli digər alban kilsələrindən fərqləndirən əsas cəhət odur ki, onun yan otaqları əsas kilsə həcminə elə birləşdirilmişdir ki, planda kilsə binası xaçvari forma almışdır.[46] Abidənin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor G. Məmmədova qeyd edir ki, cənub və şimaldan əsas kilsə binasına yan otaqlar əlavə edilmiş tağtavanlı zal kilsələri sırf Qafqaz Albaniyası memarlığı üçün xarakterik olub, qonşu xalqların memarlığında analoqa malik deyildir.[46] Qarabağdakı xristian abidələrini tədqiq etmiş professor Şaqen Mkrtçyan isə Kiçan monastırından bəhs edərkən "onun memarlığı Artsak kilsə memarlığı üçün unikal xüsusiyyətə malikdir" deyə qeyd edir.[47] G. Məmmədova yazır ki, Qafqaz Albaniyasında bu memarlıq formasının yaranması və inkişafı, erkən orta əsrlər dövründən birnefli zal kilsələrinin bütün ölkə ərazisində geniş yayılması, sonradan ölkədə xristianlığın tələblərinin dəyişməsinə uyğun olaraq kilsələrin də yeni dini tələblərə uyğunlaşdırılması ilə əlaqədardır. Tədqiqatçı göstərir ki, nalvari apsidaları, inşa texnikası və bir sıra digər xüsusiyyətlərinə görə, bu tip kilsələr V–VII əsrlər Qafqaz Albaniyası kilsələri ilə yaxındır.[48] Əsas kompozisiyanın mürəkkəbləşdirilməsinə cəhd, yeni otaqların əlavə edilməsi və memarlıq elementlərinin artırılması isə IX–XI əsrlər xristian memarlığının ümumi inkişaf prinsiplərinə uyğundur.[49]

IV–VII əsrlərdə Qafqaz Albaniyası memarlığında mövqeyini möhkəmləndirmiş bazilikal tip, VIII–X əsrlərin dövrümüzə çatmış əksər dini tikililərində əsas rol oynayır. G. Məmmədova qeyd edir ki, Azərbaycan şəraitində uzunömürlülük qazanan bazilika memarlıq forması XIX əsrə kimi ərazinin inşaat təcrübəsində istifadə edilmiş, ölkədə formalaşan İslam memarlıq məktəblərinə də təsir göstərmişdir.[46] Təsadüfi deyildir ki, Azərbaycan, Arran və Şirvan ərazisindəki bir çox qədim məscidlər məhz bazilikal plana malikdirlər.[46] Lakin, islami tikililərdə bazilikal plan xristian memarlığından daha fərqli həcm-məkan və konstruktiv həll xüsusiyyətləinə malikdir.[46] Bu cür tikililərə misal olaraq OrdubadŞamaxının cümə məscidlərini, həmçinin Şəki-Zaqatala bölgəsindəki qədim məsçidləri göstərmək mümkündür.[46]

VIII–X əsrlər Qafqaz Albaniyası memarlığı regionda bir neçə "azad xaç" tipli kilsə ilə də təmsil olunur.[50] Bu məbədlər qonşu xalqların "azad xaç" tipli kilsələri ilə ümumi kompozisiya həllinə malik olsalar da, planlaşdırma və həcm-məkan xüsusiyyətlərinə görə onlardan ciddi şəkildə fərqlənirlər.[50] Qafqaz Albaniyası memarlığında qismən öyrənilmiş və tədqiq edilmiş "azad xaç" tipli kilsələr Qəbizdərə, GədəbəyZəyzit kilsələridir.

Kilsələrin memarlıq kompozisiyasının zənginləşdirilməsi cəhdi IX–XI əsrlərdə özünü kiçik, sadə kilsələrin memarlıq quruluşuna dəyişikliklər edilməsində büruzə vermişdir.[51] Bu ənənə yalnız məbədlərin planlaşdırma həllinə aid olduğu tip üçün xarakterik olmayan elementlərin əlavə edilməsi ilə deyil, həm də ilkin uzadılmış plana günbəz artırılması ilə müşayət olunur. Hələ VII əsrdə Qafqaz Albaniyasında zal-günbəz formalı kilsələr inşa edilirdi ki, bunun da ən bitkin nümunələrindən biri Kiş kilsəsidir.[51] Sonrakı dövrdə günbəzli kompozisiyanın tələblərinə uyğun olaraq tağtavanlı zal kilsələrinin planı qısaldılmağa başlayır və bu proses, XII–XIII əsrlərdə kvadrata yaxın plana malik zal-günbəz tipli kilsələrin meydana çıxması ilə nəticələnir.[51] Keçid dövründə günbəzli zal ideyası yerli memarlar tərəfindən müxtəlif variantlarda tətbiq edilirdi ki, belə variantlardan biri də Qazax rayonunun AlpoutDaşsalahlı kəndləri arasında yerləşən Avey monastırının başkilsəsidir.[51]

Dini memarlıq redaktə

Tağ-tavanlı zal məbədləri redaktə

Birnefli bazilikalar redaktə

 
IV-VII əsrlərə aid edilən Mingəçevir kilsə kompleksinə daxil olan birnefli bazilika tipli kilsə binalarının planı

İlk xristian ibadətgahları yaşayış evləri və ya katakombalarda təşkil olunurdu. Zaman keçdikcə xristianlığın geniş yayılması kilsələrin inşasına tələbat formalaşdırmışdır. Xristian məbədi üçün erkən proobraz kimi isə son antik dövrdən etibarən Roma imperiyası və ona qonşu ərazilərdə, o cümlədən Qafqazda[52] geniş yayılmış bazilika forması əsas götürülmüşdür. Arxeoloqlar tərəfindən Cənubi Azərbaycandakı Bastam qalasının şimal qapısı yaxınlığında aşkarlanmış zal tikilisi bazilikal tipə malik olsa da, onun dam örtüyü haqqında heç bir məlumat yoxdur.[53] G. Məmmədovanın fikrincə bizim eranın ilk əsrlərində Qafqaz Albaniyası ərazisində də bir və üç nefli bazilikaların inşa edildiyini güman etmək olar.[52] Bu fikri həm də Mingəçevir bazilikası kimi bəzi xristin məbədlərində politeist dinlərin izlərinin saxlanması da sübut edir.[52] Antik dövrdə Qafqaz Albaniyası ərazisində digər növ məbədlər də yayılmışdı.[54] Bütün bu tiplər xristianlıqdan əvvəlki dövrə aid yerli memarlıq ənənələrindən götürülərək erkən örta əsrlər memarlığında öz əksini tapmış və ya təkmilləşdirilərək yeni tip tikililərin formalaşdırılmasına təkan vermişdir.[52]

Xristian məbədi elementləri əlavə edilmiş birnefli politeist bazilikası yeni dinə daha sadə uyğunlaşdırılmışdı. Buna görə də xristianlığın erkən yayılma mərhələsində birnefli bazilika və tağ-tavanlı zallar daha geniş yayılmış dini memarlıq nümunələrinə çevrildi. Bu prosesi 1948-ci ildə Mingəçevir SES-in inşası zamanı aşkarlanmış Mingəçevir kilsə kompleksinə daxil olan bazilikalar daha yaxşı nümayiş etdirir.[52] G. Məmmədovanın fikrincə Mingəçevir məbədləri birnefli bazilikaların bir neçə əsr ərzində Qafqaz Albaniyasında keçdiyi inkişaf yolunun ən yaxşı şahidləridir.[55] Politeist məbədləri xristianlığa uyğunlaşdırılarkən tədricən ölçüləri kiçildilir, onlara altar və köməkçi tikililər əlavə olunur.[55] Qafqaz Albaniyasında birnefli bazlika kompozisiyasının inkişafının növbəti mərhələsini Gavurqala kilsəsi əks etdirir. Abidə Ağdamın Sofulu kəndi ərazisində arxeoloji tədqiqatlar zamanı aşkarlanmışdır.[56] Tərtər çayı sahilində, Kəlbəcər rayonunun Vəngli kəndi ərazisində yerləşən Xudavəng monastır kompleksinə daxil olan qədim bazilika da erkən orta əsrlərə aid birnefli bazilikalar sırasına daxildir.[55] Mənbələrin məlumatında görə məbədin əsası İsanın həvarilərindən biri olan Müqəddəs Faddeyin təbliğat üçün "Şərq ölkəsinə" göndərdiyi Dada və ya Dadi tərəfindən qoyulmuşdur.[57]

Xristianlığın mövqelərinin möhkəmlənməsi ilə kilsənin gücü və təsiri də artır, eyni zamanda məbədlərin memarlığında funksianallıq və estetika ilə bağlı tələblər də çoxalır. Böyük birnefli bazilikalar daha mürəkkəb və təkmil həcm-məkan kompozisiyasına malik, dövlət işlərində xristian kilsəsinin artan nüfuzunu və feodal təbəqəsinin zənginliyini əks etdirən üçnefli bazilikalarla əvəz edilir. Buna baxmayaraq, birnefli bazilikalar Qafqaz Albaniyasında memarlıq praktikasından itmir və XIX əsrə qədər varlığını davam etdirir, lakin zaman keçdikcə onların ölçüləri kiçilərək daha davamlı nisbətlər alır. Bu növ məbədlərə Calut monastırındakı qədim bazilika, Böyük Arran monastırının tağ-tavanlı bazilikaları, Bideyiz kilsəsi, Mazımçay kilsəsini nümunə göstərmək mümkündür.[58] Qafqaz Albaniyasının erkən orta əsrlər zal kilsələri arasında rast gəlinən düzbucaq formalı altara malik kilsələr sonradan geniş yayılaraq alban kilsə memarlığının əsas xüsusiyyətlərindən birinə çevrilir.[59] Düzbucaq planlı apsidaya malik kilsələrə nümunə kimi Ürəkvəng monastırının kafedral kilsəsini nümunə göstərmək olar.[59]

 
Qafqaz Albaniyasının Arsak vilayəti ərazisində yerləşən Müqəddəs Yelisey monastırının bir nefli bazilika formasına malik ən qədim hissələri V–VI əsrlərə aid edilir

XI–XIV əsrlərdə də tağtavanlı zal kilsələri və bazilikalar dini tikililər arasında ən çox müarciət edilən forma olaraq qalır.[60] Bu cür tikililər əsasən kənd kilsələri, böyük monastır komplekslərinə daxil olan kiçik məbədlər, sovməələr və nartekslərdir.[60] Tiploji vahidlik və ümumi xarici görünüşə baxmayarq, bu dövrün abidələri daxili fəzanın həllində bir sıra müxtəlifliklərə malikdirlər. Tağtavanlı zal kilsələri arasında bir və iki apsidalı , yarımdairəvi və düzbucaqlı formaya malik apsidalı, bütöv tağtavan və ya dayaq tağı ilə iki hissəyə bölünmüş tağtavanla örtülmüş müxtəlif tikililərə rast gəlinir.[60] Bu tipin müxtəlif formalarını Suqovuşan kəndindəki Müqəddəs Yelisey monastırına daxil olan sovməələrin nümunəsində izləmək mümkündür.[61]

Düzbucaqlı altar apsidaları Qafqaz Albaniyası memarlığı üçün geniş yayılmış xarakterik xüsusiyyətlərdən biridir.[62] Müqəddəs Yelisey monastırı ilə yanaşı bu cür altarlara Ktişvəng, Xudavəng, Yeddi kilsə, Xatirəvəng və digər komplekslərdə də rast gəlmək mümkündür.[62] M. Asratyan qeyd edir ki, qonşu Erməni memarlığında da düzbucaqlı altarlara rast gəlinsə də, heç bir monastır kompleksində bu cür altarlar istifadə olunmur.[63] Qafqaz Albaniyasının memarlığında isə inkişaf etmiş orta əsrlər dövründə düzbucaqlı altar apsidaları demək olar ki, yarımdairəvi apsidalarla paralel istifadə edilmiş və dini memarlıq üçün kanonik statusa malik olmuşdur.[62] Vaquasdakı Qırmızı monastır kimi komplekslərin əsas kilsələrinin bu cür düzbucaqlı altar apsidasına malik olması da bu faktı təsdiqləyir.[62]

Bu kompozisiyanın yalnız kiçik kənd kilsələri üçün xarakterik olduğu qonşu ölkələrdən fərqli olaraq, keçmiş Qafqaz Albaniyası ərazisində tağtavanlı zal kilsələri günbəzli zal kilsələri ilə bərabər səviyyədə istifadə olunur və hətta böyük monastır komplekslərinin əsas kilsələrinin inşasında belə bu tipə üstünlük verilir.[64] Bu dövrdə həm böyük zal kilsələri (Müqəddəs Yelisey monastırında, Kiçan monastırının əsas kilsəsi, Ktişvəng monastırında), həm də kiçik kilsələr inşa edilir. Tərəflərin nisbəti 1:1,5–1:2 metr civarında saxlanılır. Əsas elementlərdən biri kimi altar apsidasının hər iki tərəfində yerləşən nişlər meydana çıxır.[64]

İnteryerlərin həll edilməsində müxtəlifliyə cəhdlər hiss olunur ki, bu da özünü yarımdairəvi, düzbucaqlı və çoxbucaqlı altar apsidalarının dizaynında büruzə verir. Düzbucaqlı altar apsidaları da yarımdairəvi apsidalar kimi tez-tez istifadə olunmağa başlayır.[64]

Üçnefli bazilikalar redaktə

Xristianlığın geniş yayılması ilə məbədlərin tutumunun artırılmasına da ehtiyac yaranır, lakin tutumun artırılmasına artıq məlum olan memarlıq tiplərinin genişləndirilməsi ilə yox, yeni həcm-məkan və konstruktiv vasitələrlə nail olunmuşdur. Bunun nəticəsində də, Qafqaz Albaniyasında yeni tipli dini binalar yaranır və qısa zamanda geniş yayılır. Birnefli bazilika forması isə böyük dini binaların inşası zamanı əhəmiyyətini itirsə də, XIX əsrə qədər alban memarları tərəfindən istifadə edilir.[42]

Erkən orta əsrlərdə əksər Yaxın Şərq ölkələrində xristian kilsələrinin inşası zamanı istifadə edilən əsas memarlıq tipi üçnefli bazilika forması olmuşdur. Bu da təsadüfi deyildir; belə ki, üç nefli bazilika forması xristian dini mərasiminə uyğun idi və onun geniş interteri çoxlu insan qəbul etməyə imkan verir, tənətnə, sakitlik hissi yaradır, daxili setunların ritmi isə diqqəti məbədin mərkəzi hissəsi olan altara yönləndirirdi.[42] Cənubi Qafqazda üçnefli bazilika planı ciddi dəyişikliyə məruz qalmışdır.[42] Əgər, Sisərnəvəng, Bolnisi Sionu, Urbnisis Sionu, Kasax bazilikası kimi qədim bazilikalar beş-altı cüt stunlu uzun binalar olsa da, sonradan belə uzun plan qısaldılır, region üçün xarakterik olan qısa, iki, bəzən isə bir cüt sütunla dəstəklənən damla örtülür.[65]

Qafqaz Albaniyası memarlığının Qum bazilikası, Sisərnəvəng bazilikası və sairə maraqlı üç nefli bazilika nümunələri dövrümüzə çatmışdır. Qafqaz Albaniyası ərazisində bu cür məbədlərin inşası uzun müddət davam etmiş, üç nefli bazilikalar gümbəzli məbədlərlə yanaşı son orta əsrlərə kimi varlığını davam etdirmişdir.[66] G. Məmmədovanın fikrincə uzunsov plana malik erkən orta əsrlər Qafqaz Albaniyası bazilikalarından olan Sisərnəvəng bazilikası ölkədə bu tipin inkişafının yekun mərhələsini əks etdirir.[67]

Dövrümüzə çatmış və qalıqları arxeoloqlar tərəfindən aşkarlanmış üçnefli bazilikaların plan və kompozisiya həllinin mütəxəssislər tərəfindən analizi, üçnefli bazilika tipinin Qafqaz Albaniyasında yayılmış ən erkən dini bina tiplərindən biri olmasını deməyə imkan verir.[68] Erkən mərhələdə uzun formaya və çoxsaylı daxili sütunlara malik (Sisərnəvəng, Həmşivəng) bazilikalarla yanaşı, qısa və iki sütuna malik (Amaras, Qum, Təzəkənd) bazilikalar da inşa edilmişdir. Onların memarlıq xüsusiyyətləri əsasında isə sonradan günbəzli bazilikaların inşasına başlanılmışdır. Bu gün IV–VII əsrlərə aid olan və günbəzli olması mübahisə doğurmayan yeganə alban bazilikası Yeddi kilsə monastır kompleksinə daxil olan Müqəddəs Faddey kilsəsidir (kompleksin qərb kilsəsi) ki, onun da günbəzi VII–VIII əsrlərə aid edilir.[68]

Qafqaz Albaniyasının üçnefli bazilikaları üçün, neflərin yarımdairəvi, qutuvari, nadir hallarda oxvari tağlarla örtülmə, tağlar və altarın nalvari və ya yarımdairəvi forması, divarların 120–140 sm qalınlığı, sütunların dördbucaqlı forması, xaçvari və ya mürəkkəb çoxbucaqlı konfiqurasiya xarakterikdir.[69] VI əsrdən qabaq tikilmiş bazilikalarda altar hissəsinin düzbucaqlı plandan kənarda yerləşdirilməsi geniş yayılsa da, həmin əsrdən sonra apsida və pastaforiyaların düzbucaqlının içində yerləşdirilməsinə üstünlük verilir.[68]

VII–IX əsrlərdə və daha sonra Qafqaz Albaniyasında günbəzli bazilikaların da inşasına başlanılır, lakin günbəzsiz üçnefli bazilikalar praktikadan çıxmayaraq həm XI–XIII əsrlərdə (Həmşivəng, Çarekvəng), həm də son orta əsrlərdə (Nicdə Müqəddəs Yelisey bazilikası) inşa edilir.

XI–XIV əsrlərdə birnefli tağtavanlı zal kilsələri ilə yanaşı alban knyazlıqları ərazisində üçnefli iri bazilikaların da inşası davam etdirilir. G. Məmmədova bunu Qafqaz Albaniyası memarlığının qonşu xristian ölkələrin memarlığından fərqləndirən əsas xüsusiyyətlərdən biri kimi təqdim edir: belə ki, inkişaf etmiş orta əsrlər dövründə qonşu ərazilərdə üçnefli bazilikaların inşasıtamamilə dayandırılır və bu tipə dönüş XVII əsrdən başlayır.[64][70]

Üçkilsəli bazilikalar redaktə

Elmi ədəbiyyatda üçkilsəli bazilikalar kimi tanınan memarlıq forması daha çox erkən orta əsrlər Gürcüstan dini memarlığı ilə əlaqələndirilir.[71] Gürcüstan ərazisində kifayət qədər geniş yayılma arealına malik olan üçkilsəli bazilikaları bir sıra tədqiqatçılar, üçnefli bazilikaların gürcü variantı hesab edir.[71] Bununla yanaşı, Q. Çubinaşvili qeyd edir ki, tədqiqatlar üçkilsəli bazilika formasının Gürcüstan ərazilərindən daha uzaqlarda, BalkanlardaSuriyada da yayıldığını göstərmişdir.[71] Tədqiqatçının fikrincə bu cür memarlıq formasının yaranmasına, gündə bir neçə kilsə xidməti keçirməyin tələb edilməsi, lakin eyni taxt qarşısında gün ərzində birdən artıq xidmətin qadağan olunması ilə əlaqədardır.[71][72]

Gürcüstan memarlığında üçkilsəli bazilikalar erkən orta əsrlərdən X əsrə kimi inşa edilir.[71] Tarixən bir hissəsi Qafqaz Albaniyasının Kambisena əyalətinə daxil olmuş Gürcüstanın müasir Kaxetiya bölgəsin də üçkilsəli bazilikaların yayılma arealına daxildir və buna görə də G. Məmmədova, bu memarlıq formasının Qafqaz Albaniyası memarlığı üçün də yad olmadığını düşünür.[50] Zaqatala rayonunun Pipan kəndi ərazisində dövrümüzə çatmış VII-VIIIIX-X əsrlərə aid iki məbəd məhz üçkilsəli bazilika formasına malikdir.[73][74]

Günbəz memarlığı redaktə

Dairəvi məbədlər redaktə

Erkən orta əsrlər Qafqaz Albaniyası memarlığında gümbəz mövzusu dairəvi və xaç-günbəz formalı məbədlər, "azad xaç" formalı kilsələr, həmçinin günbəzli zal və bazilikalar əsasında inkişaf etdirilmişdir. Azərbaycan memarlıq tarixində xüsusi əlamətdar əhəmiyyətə malik olmaqla, alban memarlarının yüksək sənətkarlıq və təcrübəsini əks etdirən dairəvi məbədlər mühüm yer tuturlar. Dairəvi məbədlər Qafqaz Albaniyasında günbəz memarlığının xüsusi tarixi inkişaf mərhələsini əks etdirir.[75] Bu kilsələrin inşası zamanı həll edilmiş çox mürəkkəb konstruktiv və kompozisiya məsələləri, sonrakı dövrlərdə Qafqaz Albaniyası memarlığında mühüm rol oynamaqla yeni növ mərkəzi günbəzli kilsələrin əsasında dayanmışdır.[75]

Dairəvi məbədlərin xarabalıqları Qəbələ rayonunun Böyük Əmili, Zaqatala rayonunun MamruxQax rayonunun Ləkit kəndlərində aşkarlanmışdır. Üç dairəvi məbəd arasında digərləri ilə müqayisədə qismən tədqiq edilmiş Ləkit məbədi 1940-cı ildə aşkarlanmışdır. Məbədi ilk tədqiq edən alimlərdən biri olan P. D. Baranovski onu V əsrə aid etməklə, Cənubi Qafqaz ərazisində tetrakon tipə malik ilk tikililərdən biri kimi xarakterizə etmişdir.[76]

Kilsədağ dairəvi məbədi 1971-ci ildə arxeoloji tədqiqatlar zamanı aşkarlanmışdır.[77] Məbədin tarixinin təyin edilməsi haqqında müxtəlif rəylər vardır. Bəzi tədqiqatçılar onu VI əsrin əvvəllərinə[78] aid etsələr də, digərləri II–IV əsrlərə[79] aid edirlər. Üçüncü dairəvi məbəd 1974-cü ildə arxeoloji tədqiqatlar zamanı Mamrux kəndi yaxınlığında aşkarlanmışdır. 1984-cü ildə məbəd G. Məmmədovanın təhbərliyi ilə AMEA-nın ekspedisiyası tərəfindən təmizlənmiş, ölçülmüşdür.[80]

   
Kilsədağ (solda) və Mamrux (sağda) kilsələrinin qalıqları

 
Ləkit kilsəsinin xarabalıqları

Qafqaz Albaniyası dairəvi məbədlərinin elmi ədəbiyyatda olan rekonstruksiya variantları[81][82][83][84][85] bu məbədləri çoxyaruslu mərkəzi günbəzli kompozisiyaya malik tikililər kimi təsvir edirlər. Halqaşəkilli dolama hissədən və günbəzaltı hissədən ibarət olan məbəd planının tipik həlli, xarici divarların yumru və ya çoxtərəfli dövrələməsi, yan otaqların xüsusi forması, dərin-lokal inşaat texnikası və başqa ümumi xüsusiyyətlər, bu məbədlərin mərkəzi-günbəzli növün variantlarından biri kimi, həmin qrupda birləşməsinə əsas vermişdir.[86]

Qafqaz Albaniyasının üç dairəvi məbədi bir sıra xüsusiyyətlərə malikdir ki, bu da onları bir qrupda birləşdirməyə imkan verir: xarici divarlardan sonra yerləşən dolama hissə, planda dairəvi giriş və günbəzaltı hissənin birləşdirilməsi, çoxyaruslu kompozisiya və kiçik yan otaqların özünəməxsus memarlıq xüsusiyyəti. Hər üç məbədin kompozisiyasının əsasında günbəzaltı konstruksiya və günbəz dayanır və digər mümarlıq elementləri məhz bu hissənin ətrafında formalaşdırılır. Antik memarlığın təsiri hiss edilən Kilsədağ kilsəsi daha erkən dövrə aid olmaqla bir qədər bəsit quruluşa malikdir. Onun təsiri ilə sonradan Mamrux kilsəsi inşa edilmişdir. Bunu məbəd binasında girişlərin planlaşdırılması, altar apsidasının yaradılması və günbəzin daha təkmil struktura malik olması sübut edir. Daha sonrakı dövrdə inşa edilmiş Ləkit kilsəsi isə, əvvəlki iki dairəvi məbəddən fərqlənən müstəqil və daha təkmil plana malik olmasına baxmayaraq, KilsədağMamrux kilsələrinin təsirini daşıyır.[87] G. Məmmədovanın fikrincə yuxarıda sadalanan xüsusiyyətlər bəzi tədqiqatçıların Ləkit kilsəsinin Zvartsots və ya Bana kilsələrinin daha kiçik kopyası olması haqqında fikrini[88] təkzib edir.[87]

Yuxarıda adları çəkilmiş üç dairəvi alban məbədi özündə günbəz sisteminin üç fərqli həllini ehtiva edir ki, bu da onları bir-birindən fərqləndirən əsas xüsusiyyətdir.[87] Kilsədağ kilsəsinin günbəzi sütunlardan yaradılmış halqa üzərində ucalmaqla dairəvi əsasa malik olmuşdur.[87] Mamrux kilsəsinin günbəzi isə müstəqil dayanan dörd sütun üzərində formalaşdırılmış kvadrat əsasında ucaldılmışdı.[87] Ləkit kilsəsinin günbəzi isə tetrakonxun mərkəzində səkkizgüşəli özül üzərində ucaldılmışdı.[87] Bu və ya digər günbəz sisteminin tətbiq edilməsindən asılı olaraq isə, kilsələrin digər elementlərinin quruluşu və həcm-məkan strukturunun həlli də dəyişilmişdir.[87]

Kilsədağ kilsəsində tikilinin ümumi diametri ilə müqayisədə böyük görünən günbəzin ağırlığı giriş portallarının kontroforsları və şərq hissədəki dairəvi tikililər vasitəsi ilə möhkəmləndirilən xarici divarların üzərinə salınır. Mamrux kilsəsində günbəzaltı dairənin əvəzlənməsi dolama hissənin formasının dəyişməsinə səbəb olaraq onun qeyri-adi genişliyə malik olmasına gətirib çıxarır. Günbəzin ağırlığını xarici divar üzərində paylaşdıran tağ sistemi isə onu möhkəmləndirən əlavə konstruksiya tələb edir. Buna görə də, Mamrux kilsəsinin memarı Kilsədağ kilsəsindən bəlli olan köhnə kontrofors sistemini yeni elementlə — altar apsidası və onun iki tərəfində yerləşən iki yan otaqla zənginləşdirir. Ləkit kilsəsində isə eksedr konxları dörd tərəfdən günbəzi dəstəkləyir. Effektivlik həm də onların dolama hissə üzərindən başlayaraq günbəzin təzyiq hissəsinə yönəlməsi ilə də gücləndirilir. Bu, divarları möhkəmləndirən xarici tikililərdən imtina etməyə imkan vermişdir. Dövrümüzə çatmış yan otaqlar isə funksional olaraq lazımlı olsalar da, ümumilikdə tikilinin tarazlığının saxlanmasında onların rolu minimuma endirilmişdi.[75]

Dairəvi məbədlər Qafqaz Albaniyasında günbəz memarlığının xüsusi tarixi inkişaf mərhələsini əks etdirir.[75] Bu kilsələrin inşası zamanı həll edilmiş çox mürəkkəb konstruktiv və kompozisiya məsələləri, sonrakı dövrlərdə Qafqaz Albaniyası memarlığında mühüm rol oynamaqla yeni növ mərkəzi günbəzli kilsələrin əsasında dayanmışdır.[75]

Günbəzli zal kilsələri redaktə

 
Kiş kəndindəki Müqəddəs Yelisey kilsəsi Qafqaz Albaniyası memarlığında günbəzli zal kilsələrinin ən erkən nümunələrindən biridir

Günbəz memarlığının inkişafı və günbəzin səma sferası kimi ideya-məzmun təfsirinin yayılmasından sonra erkən orta əsrlərdən (ehtimal ki, VII əsrdən etibarən) zal kompozisiyalı kilsələrə də günbəzlər əlavə edilməyə başladı. Beləliklə də Qafqaz Albaniyasında günbəzli zal kilsələri meydana gəldi.[89] Erkən orta əsrlərin günbəzli zal kilsələri X–XIII əsrlərin eyni tipli abidələrindən güclü ifadə edilmiş uzunluq, xarici həcmdə xaçvariliyin olmaması, ümumi ikiqatlı dam örtüyü ilə seçilirlər. Erkən günbəzli zal kilsələrinə nümunə kimi Kişdəki Müqəddəs Yelisey kilsəsini göstərmək mümkündür.[90]

V–VII əsrlərdə Qafqaz Albaniyasının memarlığında öz təsdiqini tapmış günbəz memarlığı, IX–X əsrlərdə artı mövcud olan memarlıq tiplərinin çoxsaylı formalarının yaradılması ilə inkişaf etdirilir.[50] Bu dövrdə günbəzli zal kilsələri – bazilikaların inşası geniş vüsət alır (ən maraqlı nümunələrindən biri Qazançı kilsəsidir[91]), həmçinin "azad xaç" tipli kiçik kilsələrin inşasına başlanılır.[50]

"Azad xaç" tipli kilsələr redaktə

V–VI əsrlərdən etibarən Qafqaz Albaniyasında xaç-günbəz tipli kilsələrin inşasına başlanılır,[92] VIII əsrdən etibarən isə bütün ölkə ərazisində xaç-günbəz tipli kilsələr peyda olunur.[50] Bu tip kilsələr ümumi planda xaç formasına malik olmaqla, dörd küncündə yan otaqları yerləşdirilir, üzəri isə xaçın mərkəzində inşa edilən yüksək günbəzlə tamamlanırdı.[50]

X əsrə kimi Qafqaz Albaniyası memarlığında xaç-günbəz tipinin müxtəlif variantlarına rast gəlinir.[92] Bunlardan bəziləri bazilikal tipin xüsusiyyətlərini də özündə əks etdirir. Məsələn, variantlardan birində günbəz dörd sütun üzərində, digərində isə dirəklər üzərində (xaçvari və ya kvadrat formalı) ucaldılırdı.[92] Dirəklər olan variantda daha çox həcmlilik, sütunlar olan varianda isə geniş/vahid fəza vurğulanırdı.[92]

Xaçın qollarının yarımsilindrik tağları günbəzi dörd tərəfdən əhatə edə bilər və bu zaman ortaya dörd dayaq üzərində inşa edilmiş günbəz formalı xaç-günbəz kilsəsi meydana çıxır; və ya yarımdairəvi tağlar günbəzi üç tərəfdən əhatə edə, dördüncü tərəfdə isə apsida ilə əvəz edilmiş ola bilər. Bu cür plana malik alban kilsələrinə nümunə kimi Zəyzid kilsəsini göstərmək olar.[92]

"Azad xaç" planlaşdırma tipinin Azərbaycanda İslam türbə memarlığına təsiri
Qədim Pipan bazilikasının planı
VII-VIII əsrlər
Mirəli türbəsinin sərdabə hissəsinin planı
XIV əsr

Başqa bir variantda dörd yarımslindrdən formalaşdırılan və mərkəzində günbəz yerləşdirilən xaç kubik fəzaya yerləşdirilir və bu zaman müstəqil dayanan yarımdayaqların və künc otaqlarının xarakterik olduğu xaç-günbəz formalı tikili meydana gəlir. Qafqaz Albaniyası memarlığında bu cür planlaşdırma həllini Yeddi kilsə kompleksinə daxil olan kilsələrdən birində müşahidə etmək mümkündür.[92]

Bunlarla yanaşı Qafqaz Albaniyasında çılpaq xaç formasına malik xaç-günbəz tipli məbədlər də inşa edilirdi. Bu cür məbədlərdə müstəqil dayanan dayaqlardan tamamilə imtina edilir və günbəz divarlara söykənir. Kilsənin divarları isə tərəfləri bir-birinə bərabər olan "yunan xaçı" formasını yaradır. Qəbizdərə kilsəsi bu cür plan xüsusiyyətinə malikdir.[92]

"Azad xaç" tipli xristian kilsələrinin genetik xətti, xaçvari plana malik çoxallahlı dinlərə aid mavzoleylərə gedib çıxır.[51] Maraqlıdır ki, yetkin orta əsrlər dövründə Azərbaycanın müsəlman tübə memarlığında da bu plan quruluşu özünə yer tapa bilir. Bərdə (XIV əsr), Şərəfan (XIII əsr), Aşağı Veysəlli (XIV əsr) və sair Azərbaycan türbələrinin yeraltı kameraları xaçvari planda həll edilmişdir.[51][93] Azərbaycan ərazisində yalnız sərdabə hissəsi yox, ümumilikdə planı xaçvari formaya malik müsəlman türbələrinə misal olaraq Şakir ağa türbəsini (XIV–XV əsrlər) göstərmək olar.[94] Azad xaç tipli alban kilsələrində altarın şərq qanadında yerləşməsi onun bir qədər uzanmasına səbəb olursa, xaçvari müsəlman türbələrində bir qayda olaraq xaçın bütün tərəfləri bərabər ölçüyə malikdir.[51]

Mülki memarlıq redaktə

Şəhərsalma redaktə

Qafqaz Albaniyasının Sakasena vilayətində yerləşən Şəmkir qalası. Antik dövrdə inşa edilib və orta əsrlərdə genişləndirilib.
VI əsrə qədər Qafqaz Albaniyasının paytaxtı olmuş Kabalaka qalasının əsas girişini əhatə edən qala bürclərinin qalıqları. Antik dövrdə inşa edilib, orta əsrlərdə genişləndirilib.

Professor İlyas Babayev qeyd edir ki, e.ə. I minilliyin ortalarında Qafqaz Albaniyasının əhalisi elə sosial-iqtisadi səviyyəyə çatır ki, rahat ticarət yolları üzərində və ya münbit ərazilərdə yerləşən müxtəlif yaşayış məntəqələri sürətlə böyüməyə başladı.[95] Ellinizm dövründə dünya ticarəti və şəhərsalma işi o zamana kimi görülməmiş uğurlar əldə edir. Arxeoloji materiallar göstərir ki, Ellinizm dövründə Qafqaz Albaniyası dünya ticarətinə qoşulur və ölkədə ilk şəhərlər meydana gəlir.[96]

Antik mənbələr Albaniyadakı şəhərlər haqqında məlumat verir.[96] Lakin, bu məlumatlar b.e. I–II əsrlərinə aiddir, şəhərlərin formalaşması dövrü isə antik mənbələrdə əksini tapmayıb.[96] Antik tarixçilərdən Qafqaz Albaniyası haqqında ən geniş məlumat verən Strabon ölkədəki yalnız iki şəhərin adını qeyd edir – Uti əyaləti ərazisindəki "Aynianların şəhəri""Anariaka" şəhərləri: "Aynianlar Utidə şəhər inşa etmişlər; Anariaka şəhəri də burada yerləşir."[97]

Qafqaz Albaniyasının şəhərləri haqqında ətraflı məlumata ilk dəfə Böyük Plinin ensiklopedik əsərində rast gəlinir.[98] O, "Albaniyanın əsas şəhəri Kabalakadı" (lat. Prevalent oppida Albanae Cabalaca) deyə məlumat verir.[99] B.e. II əsrində Klavdi Elian "Heyvanlarən təbiəti haqqında" əsərində Kaspi sahilindəki şəhərlərdən bəhs edir[100], Klavdi Ptolomey isə haqqında məlumatlar Romaya qədər gedib çatmış 29 alban şəhərini sadalayır.[101]

Ptolomey Qafqaz Albaniyası şəhərlərinin KürAraz çaylarının arasındakı ərazidə — çay sahilində yerləşməsi haqqında məlumat verir, lakin daha öncə o, Xəzər sahilində yerləşən dörd alban şəhəri haqqında danışır. Xəzərsahili alban şəhərləri haqqında o yazır: "Soana çayının ağzında — Telayba şəhəri var; Herra çayının ağzında – Helda şəhəri var; Kasi çayının ağzında – Albana şəhəri var; Albana çayının ağzında – Qaytara şəhəri var və onun arxasında Kür çayı var."[101] Xəzərsahili alban şəhərlərindən sonra Ptolomey çayboyu yerləşən Qafqaz Albaniyası şəhər və kəndləri haqqında məlumat versə də, sadaladığı yaşayış məntəqələrindən hansının şəhər, hansının kənd olmasını qeyd etmir.[102]

Qafqaz Albaniyasının çayboyu şəhərlərinin sadalanmasına Ptolomey İberiya sərhəddindən başlayır. O, yazır: "Albaniyadakı şəhərlər və kəndlər bunlardır: İberiya və Qafqazdan axarak Kir çayına tökülən, bütün İberiya və Albaniya boyunca axaraq onları Ermənistandan ayıran çay boyunca: Taqoda, Bakriya, Sanva, Deqlana, Niqa."[101] Daha sonra Ptolomey qeyd edilən çay və Albana çayı arasındakı yaşayış məntəqələrini sadalayır: Burada müəllif 11 toponim qeyd edir: Mosiqa, Samunis, İobula, İuna, Emboley, Adiabla, Ablana, Mamexiya, Ossika, Sioda və Baruka.[102] İ. Babayev qeyd edir ki, Memaxiya müasir Şamaxı, Samunix isə Samux şəhəri yaxınlığındakı Şəhərburnu yaşayış yeri ilə eyniləşdirilir və həmin ərazilərdə arxeoloji qazıntı zamanı həqiqətən də, Qafqaz Albaniyasının erkən dövrünə aid zəngin material əldə edilmişdir.[102] Albana və Kasiy çayları arasında Ptolomey altı yaşayış yeri qeyd edir: Xabala, Xobota, Moziata, Misia, Xadaxa və Alama.[102] Bütün tədqiqatçılar Ptolomeyin Xabala, Plininin Kabalaka, sonrakı dövr mənbələrin isə Kabala kimi qeyd etdiyi şəhərin müasir Qəbələ şəhəri olması fikri ilə razıdırlar.[102] Daha sonra Ptolomey Kasiya və Herra arasındakı iki yaşayış məntəqəsinin adını qeyd edir: Tiauna və Tabilaka.[102] V. V. Latışev qeyd edir ki, Ptolomeyin əlyazmalarından birində Tabilaka yerinə Kabalaka yazılmışdır.[103] İ. Babayev eyni şəhərin Ptolomey tərəfindən iki dəfə xatırlanmasının mümkünlüyünü qəbul etsə də, Xabala və Tabilakanın adları bir-birinə oxşayan iki fərqli şəhər olması ehtimalını da təxirə salmır.[104] Ptolomey tərəfindən qeyd edilmiş sonuncu alban yaşayış məntəqəsi Herra və Soana çayları arasında yerləşən Tilbis şəhəridir.[101]

Qafqaz Albaniyası şəhərlərinin öyrənilməsində Mingəçevir, Çuxur Qəbələ, Xınıslı, Təzəkənd və Cənubi Dağıstan ərazisindəki yaşayış məntəqələrində aparılmış arxeoloji qazıntıların böyük əhəmiyyəti olmuşdur.[104] Tədqiqatlar nəticəsində alban şəhərlərində həyatla bağlı çoxlu material əldə edilmiş, bu şəhərlərin adminstrativ, mədəni, sənətkarlıq və ticari mərkəz olduğu müəyyən edilmişdir. Şəhərlərdə pul tədavülünün yüksək səviyyədə olmasını qazıntılar zamanı həm tək-tək, həm də külçə şəklində çoxlu sikkələrin aşkarlanması təsdiq edir.[105]

Arxeoloji qazıntılar göstərmişdir ki, MingəçevirŞamaxıda antik dövr şəhərləri daha qədim yaşayış məskənlərinin yerində əmələ gəlmişdir. Mingəçevir ərazisində həyat erkən tunc dövründən başlamış və son orta əsrlər dövrünə kimi fasiləsiz davam etmişdir. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilmişdir ki, Mingəçevirdəki yaşayış yeri artıq ellinizm dövründə şəhər tipli yaşayış məntəqəsi olmuşdur.[106] Uzun illər davam edən arxeolji qazıntılardan sonra prof. C. A. Xəlilov Şamaxı şəhəri haqqında da eyni fikrə gəlmişdir. Qazıntılardan əldə edilmiş artefaktlar əsasında dəqiq şəkildə müəyyən edilmişdir ki, e.ə. II əsrin sonlarında Şamaxı artıq şəhər kimi formalaşmağa başlamışdır.[107]

Albaniyanın paytaxtı olmuş Kabalaka şəhərinin formalaşması tarixi aydın deyil.[106] İ. Babayev tərəfindən aparılan arxeoloji qazıntılar zamanı qədim Kabalaka şəhər yerində e.ə. IV əsrdən b.e. II əsrinə qədər müxtəlif dövrləri əhatə edən 3 mədəni təbəqə tədqiq edilmişdir. Tədqiqatçı bu mədəni təbəqələrin birbaşa son tunc dövrü təbəqəsi üzərində yerləşdiyini qeyd edir.[106] Prof. İ. Babayev antik dövrə aid ən alt təbəbqəni e.ə. IV–III əsrlərə aid edir və bu təbəqənin şəhər mədəniyyəti izləri daşıdığını yazır.[106]

Fortifikasiya redaktə

Qafqaz Albaniyasının Arsak vilayətində yerləşən Xaçın qalası. İlk dəfə M. Kalankatlı tərəfindən IX əsr hadisələri ilə bağlı Mehranilərin sığınacağı kimi xatırlanır.
Qafqaz Albaniyasının Maskut əyalətində yerləşən Çıraqqala. VI əsrdə Gilgilçay səddinin müşahidə qülləsi kimi inşa edilib.

Qafqaz Albaniyasının məşhur bütün şəhərlərinin yerlərinə nəzər yetirincə onların yer seçimi zamanı müdafiə sisteminin təşkilinin nəzərə alındığını görmək olur.[108] Adətən şəhərlər elə yerdə salınırdı ki, təbii relyefi istifadə edərək az enerji vəxt sərfiyyatı ilə onun müdafiə sistemini təşkil etmək olurdu. Bu yanaşmanın ən yaxşı nümunələrini MingəçevirQəbələdəki qədim şəhər yerləri nümunəsində görmək mümkündür.[109] Məsələn Mingəçevirdəki Şəhərburnu antik yaşayış yeri təbii çəpəri olan ərazidə salınıb. Onun yerləşdiyi sahə şimal və şərqdən Qazanlıdağ və onu əhatə edən sıldırım qayalarla əhatə olunur. Qərbdən yaşayış yerinin müdafiəsini Kürün çətin keçilən sahili təşkil edir. Yalnız cənubdan şəhərə daha rahat giriş mümkündür ki, bu hissə də qala divarları ilə möhkəmləndirilmişdir.[109] Antik Qəbələ şəhəri də olduqca uğurlu yer seçiminə malikdir. Qəbələ yaşayış yeri qərbdən Qaraçayın sıldırım qayalı sahilləri ilə, şimal-qərbdən sərt enişli meşəliklərlə, şərqdən isə geniş və dərin yarğanla əhatə olunub.[109] Beləcə şəhər yalnız şimal və cənubdan təbii müdafiəyə malik deyildi. Məhz bu iki səmtdən şəhər möhtəşəm qala divarları və 1 km-dən artıq uzunluğa malik yarğanlarla əhatı olunmuşdu.[109]

Lakin, heç də bütün alban şəhərləri təbii müdafiə sisteminə malik yerlərdə inşa edilməmişdi.[109] Buna görə də bu cür şəhərlər dörd tərəfdən də keçilməz müdafiə divarları və bürclərlə əhatələnirdi. Müdafiə sisteminə bu cür yanaşmanı Mil düzündəki Təzəkənd yaşayış yerində, həmçinin müasir Dərbənd yaxınlığında yerləşən Torpaqqala yaşayış yerində də müşahidə etmək olar.[109] Əksər hallarda şəhərləri əhatə edən qala divarları dərin xəndəklərlə əhatə olunurdu. Cənubi Dağıstandakı qədim yaşayış məskənləri ətrafında, Mil düzündəki Təzəkənd yaşayış yerində, Kabalaka şəhər yerində və digər alban şəhər yerlərində bu cür müdafiə qurğuları tədqiq edilmişdir.[109]

Şəhər və onun müdafiə qurğularının quruluşu düzən sahələrdə adətən kvadrat və ya düzbucaqlı formada olur, təbii ladşaftlı ərazilərdə isə yerin coğrafi quruluşuna uyğunlaşdırılırdı.[110] Məsələn, Dərbənd yaxınlığındakı Torpaqqala və Mil düzündəki Təzəkənd şəhər yerləri kvadrat və düzbucaqlı formaya malikdir.[110] Torpaqqala yaşayış yerini tədqiq etmiş İ. M. İsakovun verdiyi məlumata görə, bu yaşayış yeri 10–12 metr hündürlüyə çatan torpaq millə əhatələnib. Milin xaricində isə dərinliyi 2–3 metrə, eni isə 20–25 metrə çatan xəndək qazılıb. Bü cür xəndəklər adətən su ilə doldurularaq keçilməz hala gətirilirdi.[111]

İnşaat materialları redaktə

Qum bazilikasının (IV-V əsrlər) divar hörgüsündə kobud yonulmuş daşlar istifadə edilmiş, divar küncləri isə bişmiş kərpiclərdən hörülmüşdür.
Ləkit kilsəsinin divar hörgüsündə yonulmamış kobud çaydaşıları, qapı və pəncərə yerlərinin formalaşdırılmasında yaxşı yonulmuş əhəngdaşı, daxili sütunların inşasında isə kərpiclərdən istifadə edilmişdir.

Qafqaz Albaniyası memarlığında ən geniş yayılmış inşaat materialı çiy kərpic idi.[112] Çiy kərpic həm yaşayış tikililəri və digər mülki binaların inşasında, həm də nəhəng ölçüyə malik ictimai binaların tikintisi zamanı aktiv istifadə edilirdi.[112] Antik dövrdə Qafqaz Albaniyasında kifayət qədər iri ölçüyə malik kvadrat və ya uzunsov düzbucaqlı formasında hazırlanmış çiy kərpiclər istifadə edilirdi. Uzunsov çiy kərpiclər Kabalakada tətbiq edilirdi ki, bu da şəhər yerinin antik dövrə aid təbəqələrində aydın müşahidə olunur. Erkən orta əsrlərdən başlayaraq Kabalakada düzbucaqlı kərpiclərlə yanaşı kvadrat formalı kərpiclərə də rast gəlinməyə başlayır.[112]

Qədim Gəncə şəhər yerində arxeoloji qazıntılar zamanı b.e. ilk əsrlərinə aid təbəqələrdə həm kvadrat (45x45x12 sm), həm də düzbucaqlı (45x23x12 sm) çiy kərpiclər tapılmışdır.[113][114] Sarıtəpə yaşayış yerində tədqiqatlar zamanı aşkarlanmış e.ə. V–IV əsrlərə aid ictimai bina daş bünövrə üzərində kvadrat (36x36x12 sm) və düzbucaqlı (36x18x12 sm) formaya malik çiy kərpiclərdən inşa edilmişdir.[115] Mil düzündəki Qaratəpə yaşayış yerində tədqiq edilmiş həmin dövrə aid ictimai binanın divarları isə yalnız kvadrat formalı çiy kərpiclərdən istifadə etməklə inşa edilmişdir. Qaratəpədəki tikilinin divar qalınlığı 0,5–0.6 metrə bərabərdir.[116]

Mingəçevir kilsə kompleksində (IV-VII əsrlər) arxeoloji qazıntılar zamanı əldə edilmiş daş friz qalıqları. Azərbaycan Tarix Muzeyi
Kabalaka şəhər yerində ictimai bina qalılarında arxeoloji qazıntılar zamanı aşkarlanmış sütun altlığı. Azərbaycan Tarix Muzeyi

Antik dövrdən başlayaraq Qafqaz Albaniyası memarlığında çox məhdud şəkildə olsa da[117] bişmiş kərpicdən də istifadə edilir. Məsələn Kabalaka şəhər yerində qazıntılar zamanı antik dövr təbəqəsində bişmiş kərpic tikililər də aşkarlanmışdır. Qəbələdən aşkarlanmış bişmiş kərpiclər kvadrat, düzbucaqlı və fiqurlu formalara malikdir. Bişmiş kərpic tikintisini Qum bazilikası, Ləkit kilsəsi, Qəbələnin qala divarları və digər tikililərdə müşahidə etmək mümkündür.

Qafqaz Albaniyası şəhərlərində inşaat işləri zamanı çox tez-tez daş istifadə edilirdi. Əksər hallarda istifadə edilən daş çaydaşı olur, yonulmuz daşlar isə nadir hallarda — əsasən dini tikililər və sarayların inşasında – istifadə edilirdi.[118] İnşaat daşının əldə edilməsi mümkün olan ərazilərdə şəhərlər daşdan tikilmiş qala divarları ilə möhkəmləndirilirdi. Bu cür qala divarları Cənubi Dağısatn ərazisindəki Targu və Urçek yaşayış yerlərində tədqiq edilmişdir. Tarqu şəhər yeri qəsr, şəhər ərazisi və sənətkar-ticarət məhəlləsindən ibarətdir.[119] Şəhərin bu əraziləri bir-birində müdafiə divarları ilə ayrılmışdır. Tarqu şəhər yerinin müdafiə divarları 2,3 – 2,8 metr qalınlığa malikdir.[120] E.ə. VII–IV əsrlərə aid əkinçiliklə məşğul olan əhalinin yaşadığı yaşayış yerinin bazasında e.ə. III–II əsrlərdə şəhər kimi formalaşmış Urçek yaşayış yeri də bənzər müdafiə divarlarına malikdir. Burada möhkəmləndirilmiş qəsr təpənin ən yüksək hissəsində tikilib, yamaclarda isə yaşayış və təsərrüfat binaları inşa edilib. Şəhər və onun ətrafındakı əkinçilik sahələri müdafiə divarları ilə əhatə olunub.[121]

Çaydaşından sonra Qafqaz Albaniyası memarlığında ən çox istifadə olunan daş əhəngdaşının müxtəlif növləri olmuşdur. Əhəngdaşı əsasən binanın bünövrəsinin inşa edilməsi, sütun altlıqları, pəncərə və qapı yerlərinin hazırlanması üçün istifadə edilirdi. Taxtadan yonulmuş (Mingəçevir kilsələri) və ya daşdan və ya kərpicdən hörülmüş sütunlar adətən əhəngdaşından yonulmuş və dekor edilmiş sütun altlıqları üzərində dayanırdı. Bu cür sütun altlıqları Mingəçevirdə, Qəbələdə, Şəmkirdə, Sarıtəpə yaşayış yerində və başqa alban yaşayış məntəqələrində aşkar edilmişdir.[122]

Qafqaz Albaniyası memarlığında istifadə edilən materiallardan biri də taxtadır. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilmişdir ki, palıd inşaatda ən çox istifadə edilən ağac material olmuşdur.[122] Bu həm onun uzunömürlüyü, həm də Qafqaz Albaniyası ərazisində geniş yayılması ilə əlaqədar idi.[122]

İnşaat keramikası Qafqaz Albaniyası dövrünə aid arxeoloji abidələrin hamısından əldə edilmişdir. Bunlar həm binaların damını örtmək üçün istifadə edilən kirəmitlər, həm də su və kanalizasiya sistemində geniş tətbiq olunan keramik borulardır. Kabalaka və Şabran şəhərlərində arxeoloji qazıntılar antik dövrün sonlarında bu şəhərlərin artıq inkişaf etmiş su və kanalizasiya sisteminə malik olduğunu göstərmişdir.[123]

İstinadlar redaktə

  1. Тревер, 1959
  2. 2,0 2,1 2,2 Каганкатваци, 1861. səh. 277
  3. Каганкатваци, 1861. səh. 137
  4. Г. Г. Мамедова,, Э. А. Заргарли. К проблеме генезиса христианского зодчества Кавказской Албании. Краткое содержание докладов межд. конф. «Арх. и исскуство Ближнего Востока. Элм. 1992.
  5. 5,0 5,1 5,2 Мамедова, 2004. səh. 34
  6. Каганкатваци, 1861. səh. 166
  7. Мамедова, 2004. səh. 17
  8. Каганкатваци, 1861. səh. 7
  9. Каганкатваци, 1861. səh. 70
  10. 10,0 10,1 Каганкатваци, 1861. səh. 71
  11. Мамедова, 2004. səh. 19
  12. Каганкатваци, 1861. səh. 27
  13. Göyüşov, R. Amaras-Ağoğlan. Bakı: Elm. 1975. səh. 55-57.
  14. Каганкатваци, 1861. səh. 60
  15. 15,0 15,1 15,2 15,3 15,4 15,5 Мамедова, 2004. səh. 21
  16. Каганкатваци, 1861. səh. 25
  17. Каганкатваци, 1861. səh. 148
  18. Каганкатваци, 1861. səh. 150-151
  19. Каганкатваци, 1861. səh. 150-153
  20. Каганкатваци, 1861. səh. 149
  21. Каганкатваци, 1861. səh. 105
  22. Каганкатваци, 1861. səh. 276
  23. Орбели, И. А. Хасан Джалал, князь Хаченский, Избранные труды. Ереван. 1963. səh. 161. (#accessdate_missing_url)
  24. Каганкатваци, 1861. səh. 19
  25. Каганкатваци, 1861. səh. 136
  26. Каганкатваци, 1861. səh. 32
  27. Каганкатваци, 1861. səh. 37
  28. Каганкатваци, 1861. səh. 32
  29. Мамедова, 2004. səh. 23
  30. 30,0 30,1 Мамедова, 2004. səh. 24
  31. 31,0 31,1 Каганкатваци, 1861. səh. 66
  32. 32,0 32,1 32,2 32,3 Каганкатваци, 1861. səh. 243
  33. 33,0 33,1 Каганкатваци, 1861. səh. 8
  34. Каганкатваци, 1861. səh. 91
  35. Каганкатваци, 1861. səh. 124
  36. Каганкатваци, 1861. səh. 167-168
  37. Каганкатваци, 1861. səh. 167, 172, 176, 181, 190
  38. Мамедова, 2004. səh. 25
  39. Каганкатваци, 1861. səh. 158
  40. 40,0 40,1 Мамедова, 2004. səh. 44
  41. Мамедова, 2004. səh. 45
  42. 42,0 42,1 42,2 42,3 42,4 Мамедова, 2004. səh. 46
  43. 43,00 43,01 43,02 43,03 43,04 43,05 43,06 43,07 43,08 43,09 43,10 43,11 43,12 43,13 Мамедова, 2004. səh. 85
  44. 44,0 44,1 44,2 44,3 44,4 44,5 44,6 Мамедова, 2004. səh. 86
  45. Мамедова, 2004. səh. 87
  46. 46,0 46,1 46,2 46,3 46,4 46,5 Мамедова, 2004. səh. 88
  47. Мкртчян, 1989. səh. 30
  48. Мамедова, 2004. səh. 89
  49. Якобсон, А. Л. Закономерности в развитии средневековой архитектуры. Ленинград: Наука. 1985. 61.
  50. 50,0 50,1 50,2 50,3 50,4 50,5 50,6 Мамедова, 2004. səh. 94
  51. 51,0 51,1 51,2 51,3 51,4 51,5 51,6 Мамедова, 2004. səh. 98
  52. 52,0 52,1 52,2 52,3 52,4 Мамедова, 2004. səh. 35
  53. Kleis. Azcheologische Mitteilunden aus Iran No.4. 1971. 15–17.
  54. Заргарли, Э.А. Архитектура и строительное искусство Кавказской Албании античного периода. Автореферат диссертации канд.архит. Баку. 1989.
  55. 55,0 55,1 55,2 Мамедова, 2004. səh. 38
  56. Ваидов, Р.М. Археологические раскопки в Гяуркала (в.кн.МКА, вып.6). Баку. 1965. 168–178.
  57. Геюшев, Р. Б. "О Худаванкском храме и его надписях". ИАНА, серия история, философия, право. №3 (Баку). 1982. (#accessdate_missing_url)
  58. Мамедова, 2004. səh. 40
  59. 59,0 59,1 Мамедова, 2004. səh. 41
  60. 60,0 60,1 60,2 Мамедова, 2004. səh. 106
  61. Мамедова, 2004. səh. 106-107
  62. 62,0 62,1 62,2 62,3 Мамедова, 2004. səh. 107
  63. Асратян, М. Арцахская школа армянской архитектуры (Четвертый международный симпозиум по армянскому искусству, Тезисы докладов). Ериван. 1985. 33.
  64. 64,0 64,1 64,2 64,3 Мамедова, 2004. səh. 110
  65. Мамедова, 2004. səh. 47
  66. Мамедова, 2004. səh. 50
  67. Мамедова, 2004. səh. 59
  68. 68,0 68,1 68,2 Мамедова, 2004. səh. 60
  69. Мамедова, 2004. səh. 61
  70. Беридзе, В. Г. Некоторые аспекты грузинской купольной архитектуры со второй половины Х в. До конца XIII века. Тбилиси: Мецниереба. 1976. 13.
  71. 71,0 71,1 71,2 71,3 71,4 Чубинашвили, Г. Архитектура Кахетии. Тбилиси: Изд. АН Груз. ССР. 1959. 141.
  72. Мамедова, 2004. səh. 91
  73. Карахмедова, 1985. səh. 21-22
  74. Мамедова, 2004. səh. 90-94
  75. 75,0 75,1 75,2 75,3 75,4 Мамедова, 2004. səh. 75
  76. Барановский, П.Д. Памятники в селениях Кум и Лекит. Баку: ААЭИ. 1947. səh. 32.
  77. Р.М.Ваидов, К.М.Мамедзаде, П.И.Гулиев. Новый памятник архитектуры Кавказской Албании. Москва: Наука. 1972. səh. 487-488.
  78. Мамедзаде, К.М. Строительное искусство Азербайджана (с древнейших времен до XIX в.). Баку: Элм. 1973. səh. 34.
  79. Ахундов, Д.А. Пути развития круглых храмов Азербайджана. Баку: Уч.зап. АИСИ, сер.10, №1. 1976. səh. 4.
  80. Мамедова, 2004. səh. 63
  81. Ахундов, Д.А. Пути развития круглых храмов Азербайджана. Баку: Уч.зап. АИСИ, сер.10, №1. 1976. səh. 4-5.
  82. Барановский, П.Д. Памятники в селениях Кум и Лекит. Баку: ААЭИ. 1947. səh. 30.
  83. Мнацаканян, С.Х. Звартноц. Москва: Изд. Исскуство. 1971. səh. 59-68.
  84. Мамедзаде, К.М. Строительное искусство Азербайджана (с древнейших времен до XIX в.). Баку: Элм. 1973. səh. 32.
  85. Чубинашвили, Г. Архитектура Кахетии. Тблиси: Изд. АН Груз.ССР. səh. 226-227.
  86. Мамедова, Г.Г. Архитектура круглых храмов (Актуалные проблемы исползования исторического наследия в современной архитектурной практике, Тезисы докладов респ. научн. Конференции»). Самарканд. 1980. səh. 41.
  87. 87,0 87,1 87,2 87,3 87,4 87,5 87,6 Мамедова, 2004. səh. 73
  88. Якобсон, А. Л. Архитектурные связи Кавказской Албании и Армении (PDF) (Ист.-филол. журн., № 1.). 1977. səh. 72. 2017-01-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  89. Мамедова, 2004. səh. 42
  90. Мамедова, 2004. səh. 43
  91. Мамедова, 2004. səh. 95
  92. 92,0 92,1 92,2 92,3 92,4 92,5 92,6 Керимов, 2008. səh. 29
  93. М. Усейнов, Л. Бретаницкий, А. Саламзаде. История Архитектуры Азербайджана. Москва: , – , , Гос. Изд.-во литерат. по строит., архит. и строит. матер. 1963. 137, 145, 103.
  94. Алескерзаде, А. Надписи имаретов Гаджи Шахла и Шакиа ага (ДАНА, т.5, №5). 29. (#accessdate_missing_url)
  95. Бабаев, 1990. səh. 50
  96. 96,0 96,1 96,2 Бабаев, 1990. səh. 51
  97. Strabon. Coğrafiya, XI, 1 (Перевод Г. А. Стратановского под общей редакцией проф. С. Л. Утченко). 2016-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-14.
  98. Бабаев, 1990. səh. 54
  99. Plini, Böyük. Təbii Tarix, NHV, 29. ISBN http://ancientrome.ru/antlitr/plinius-secundus/index.htm.
  100. Elian, Klavdi. Heyvanların təbiəti haqqında, , XVII, 17. Oxford University. 1832.
  101. 101,0 101,1 101,2 101,3 Ptolomey, Klavdi. Coğrafiya, V, II, 2.
  102. 102,0 102,1 102,2 102,3 102,4 102,5 Бабаев, 1990. səh. 55
  103. Латышев, В. В. Известия древнних писателей греческих и латынских о Скифии и Кавказе (т. I, Вып. 1). СПб. 1893.
  104. 104,0 104,1 Бабаев, 1990. səh. 56
  105. Бабаев, 1990. səh. 57
  106. 106,0 106,1 106,2 106,3 Бабаев, 1990. səh. 59
  107. Халилов, Дж. Шемаха античной эпохи. Ереван. 1979. 421–422.
  108. Бабаев, 1990. səh. 62
  109. 109,0 109,1 109,2 109,3 109,4 109,5 109,6 Бабаев, 1990. səh. 63
  110. 110,0 110,1 Бабаев, 1990. səh. 64
  111. Исаков, М. И. Археологические памятники Дагестана (Материалы по археологии Дагестана, т. 1). Махачкала. 1959. 204.
  112. 112,0 112,1 112,2 Бабаев, 1990. səh. 68
  113. Гуммель, Я. И. Археологические очерки. Баку. 1940. 152.
  114. Алиев, К. О неопубликованных сырцовых гробницах, раскопанных Я. И. Гуммелем 1938 г. (т. VII). Баку. 1973. 233.
  115. Нариманов, И. Г. Находки баз колонн V-IV вв. до н.э. в Азербайджане (СА, , № 4). 1960. 163.
  116. Исмизаде, О. Ш. О раскопках на холме Каратепе в 1957 г. (МКА, т. IV). Баку. 1962. 177.
  117. Бабаев, 1990. səh. 69
  118. Бабаев, 1990. səh. 72
  119. Мокроусов, Сергей. "Оборонительные сооружения и бытовая архитектура городища Таргу в албанский период (к вопросу о локальном варианте материальной культуры Кавказской Албании)". udi.az. 17 мая 2012. 2021-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2022.
  120. Котович, В. Г.; Котович, В. М; Магомедов, С. М. Работы в Прикаспийском Дагестане. Москва. 1971. 153–154.
  121. Котович, В. Т. Новые данные о раннесредневековых городах Дагестана (Материалы сессии, посвящ. итогам археолог. исслед. 1964 г. в СССР). Баку. 1965. 155.
  122. 122,0 122,1 122,2 Бабаев, 1990. səh. 73
  123. Бабаев, 1990. səh. 75

Ədəbiyyat redaktə

  • Каланкатуаци, Мовсес. История страны Алуанк (Перевод с древнеармянского Ш.В.Смбатяна). Ереван: Матенадаран. 1984.
  • Məmmədova, Gülçöhrə, Зодчество Кавказской Албании, Bakı: Çaşıoğlu, 2004
  • Бабаев, Ильяс Атабаба оглы. Города Кавказской Албании в IV в. до н. э. - III в. н. э. (Элм). Баку: АН АзССР, Сектор археологии и этнографии Ин-та истории. 1990. ISBN 5-8066-0321-0.
  • Mkrtçyan, Ş. M., Историко-Архитектурные Памятники Нагорного Карабаха, İrəvan, 1989
  • Bərxudaryan, Makar, Арцах, Bakı, 1895
  • Тревер, Камилла Васильевна. Очерки по истории и культуре Кавказской Албании: IV в. до н.э.- VII в. н.э. Москва-Ленинград: Изд-во Академии наук СССР. 1959.
  • Барановский, П.Д. Памятники в селениях Кум и Лекит. Баку: ААЭИ. 1947.
  • Р.М.Ваидов, К.М.Мамедзаде, П.И.Гулиев. Новый памятник архитектуры Кавказской Албании. Москва: Наука. 1972.
  • Якобсон, А. Л. Архитектурные связи Кавказской Албании и Армении (PDF) (Ист.-филол. журн., № 1.). 1977. 2017-01-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2016.
  • М. Усейнов, Л. Бретаницкий, А. Саламзаде. История Архитектуры Азербайджана. Москва: , – , , Гос. Изд.-во литерат. по строит., архит. и строит. матер. 1963.

Saytda 44 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023