Qafqaz durnası Haqqinda Melumat - Vikipedia

Qafqaz durnası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qafqaz durnası və ya Anadolu durnası (lat. Grus grus archibaldi)— ayrıca quş növü olmayıb boz durnanın yarımnövlərindən biridir. Qafqaz durnalarının digər boz durnalardan başlıca xüsusiyyəti baş hissəsində digər durnalarda olan iri qırmızı xalın olmamasıdır. Çoxalma populyasiyasının çoxu Anadolunun yüksək dağlıq göllərində olan bu yarımnöv buna görə Anadolu durnası da adlanır.

Qafqaz durnalarının dəqiq sayı da məlum deyil. 2000-ci illərdə saylarının 200 ətrafı çoxalan cütlük olduğu qeyd olunur. Hazırki təxminlər isə saylarının daha da az olduğu yönündədir[1]: Türkiyədə 30-40 cüt, İranda 3-4 cüt, Gürcüstanda 20 cütdən az, Ermənistanda 2 cüt, Azərbaycanda isə məlum deyil Başqa bir mənbəyə görə ümumi sayı cəmi 90-95 cütdür[2]

İstinadlar redaktə

  1. Ozdag U., Alpaslan G.G. (2020). Anatolian cranes (Anadolu turnaları)
  2. "Caucasian Common Crane (Grus grus archibaldi) - Kraniche (en)". www.kraniche.de. 2023-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.

[1]

  1. Sitat səhvi: Yanlış <ref> teqi; :0 adlı istinad üçün mətn göstərilməyib

Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024