Qalatasaray PFK Haqqinda Melumat - Vikipedia

Qalatasaray PFK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qalatasaray FK

Türkiyənin futbol klubu
(Qalatasaray PFK səhifəsindən istiqamətləndirilmişdir)

Qalatasaray Futbol KlubuTürkiyə Super Liqasında mübarizə aparan futbol klubudur. Türkiyənin İstanbul şəhərini təmsil edir. 1905-ci ildə Ali Sami Yen və dostları tərəfindən təhsil aldıqları Qalatasaray Liseyində təsis olunan İdman Klubunun ilk bölməsidir. Bu günə qədər 23 dəfə Türkiyə Super Liqasının Çempionu olub, 18 dəfə Türkiyə Kuboku və 16 dəfə Türkiyə Super-Kubokunu qazanıb.

Qalatasaray FK
Galatasaray Spor Kulübü
Loqonun şəkli
Klubun tam adı Qalatasaray Peşəkar Futbol Klubu
Ölkə Türkiyə Türkiyə
Ləqəb(lər) Cim-Bom
Sarı-Qırmızılılar
Aslanlar
Avropa Fatehi
Kubok Bəyi
Rəng(lər)          Sarı-Qırmızı
Yaranma tarixi 20 oktyabr 1905
Stadionu Nef Stadionu
Tutumu 52.652
Prezidenti Türkiyə Dursun Özbək
Baş məşqçisi Türkiyə Okan Buruk
Liqa Türkiyə Super Liqası
2022/2023 1
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

1999–2000 redaktə

Fatih Terim rəhbərliyində və Faruk Süren Prezidentliyində Qalatasaray, 1999–2000 sezonunun əvvəlində heyətini Mehmet Yozgatlı, Ahmet Yıldırım, Emrah Eren, Kapone və Bruno ilə gücləndirdi. Heyətdən isə Tolunay Kafkas, Ceyhun Eriş, Ufuk Taley və Orkun Uşak kimi futbolçular ayrıldı. Qalatasaray UEFA Çempiyonlar Liqasına pis başlamışdır, 14 sentyabr 1999-cu il tarixində Ali Sami Yen Stadionunda oynanılan ilk qrup mərhələsinin oyununda Herta Berlin ilə 2–2 hesablı heç-heçəyə razılaşmışdır. 22 sentyabr 1999-cu il tarixindəki ikinci oyununda İtaliya nəhəngi Milana 2–1 hesabı ilə məğlub olaraq qrup mərhələsindəki ilk məğlubiyyətini alan Qalatasaray, 29 sentyabr 1999-cu il tarixində üçüncü oyununda İngiltərə nəhəngi Çelsiyə 1–0 hesabı ilə məğlub olmuşdur. 19 oktyabr 1999-cu il tarixində dördüncü oyununda Çelsiyə Ali Sami Yen Stadionunda 5–0 hesabı ilə məğlub olmuşdur. Bu oyundan sonra UEFA Çempionlar Liqasında mübarizəni dayandırması dəqiqləşən Qalatasarayın yeganə hədəfi UEFA Avropa Liqasında iştirak etmək olmuşdur. Beşinci oyununda Herta Berlini 1–0 hesabı ilə geri düşməsinə baxmayaraq 4–1 məğlub edən Qalatasaray, son oyunda Milan ilə qarşılaşacaqdı.

2017–2018 redaktə

Sezona İqor Tudor rəhbərliyində başlayan aslan heyətinə Bafetimbi Qomis, Maicon, Younis Belhanda, Mariano, Fernando, Sofian Feghouli və Ndiayeni cəlb etdi. Klubda Lukas Podolski, Uesli Sneyder, Bruma, Orelyan Seyşu, Semih Kaya, Josué Pesqueira və Cenk Gönen ilə yollar ayrıldı. Yuto Naqatomo "İnter Milan"dan kirayə heyətə qoşuldu. İlk həfdə də Konyasporu 4–1 məğlub etdilər. 16-cı həftədə İqor Tudorun yerinə Fatih Terim gətirildi. Həmin sezonda komandasına qolları ilə dəstək olan Bafetimbi Qomis liqanın bombardiri olmuşdur. 24-cü həftədə Bafetimbi Qomisin 4 qol vurduğu oyunda Qalatasaray Kardemir Karabüksporu 7–0 məğlub etmişdir. Liqanın 2-ci yarısında Qalatasaray Fatih Terim rəhbərliyində derbilərdə məğlubiyyət üzü görməmişdir. Son həftədə Göztəpə matçı çempionluq oyunu oldu.

Azarkeşləri redaktə

Qalatasarayın İstanbul şəhərini təmsil etməyinə baxmayaraq Türkiyədə böyük azarkeş topluluğuna malikdir. 2013-cü ilin aprel ayında aparılan tədqiqata görə ölkədə ən çox azarkeşi olan ilk 3 klubdan biridir. Klubun əsas azarkeş qrupu ultrAslan’dır. Qalatasarayın oyunlarından əvvəl Ciao Bella mahnısı azarkeşlər tərəfindən səsləndirilir. Azarkeşlərin şüarı isə Hərkəs gedər biz qalarıq biz Qalatasaraylıyıq’dır.

UEFA reytinqində redaktə

Yer Ölkə Klub Xal
47 Rusiya  Zenit St. Petersburq 32.000
48 Türkiyə  Qalatasaray 31.500
49 Niderland  AZ Alkmaar 30.500

Heyəti redaktə

Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Uruqvay  GK Fernando Muslera (kapitan)
10 Belçika  FW Dries Mertens
7 Türkiyə  MF Kərəm Aktürkoğlu (kapitan)
5 Uruqvay  MF Lukas Torreira
27 Portuqaliya  MF Serqio Oliveira
9 Argentina  FW Mauro İkardi
53 Türkiyə  MF Barış Alpər Yılmaz
0 Türkiyə  FW Baran Dəmiroğlu
81 Türkiyə  FW Hamza Akman
25 Danimarka  DF Viktor Nelsson
Nömrə Ölkə Mövqeyi Futbolçu
23 Türkiyə  DF Kaan Ayhan
93 Fransa  DF Saşa Boey
63 Türkiyə  MF Baran Aksaka
0 Türkiyə  MF Əmirxan Qayar
50 Türkiyə  GK Jankat Yılmaz
42 Türkiyə  DF Əbdülkərim Bardağcı
88 Türkiyə  DF Kazımcan Qaradaş
13 Türkiyə  DF Emre Daşdəmir
90 Türkiyə  DF Mətəxan Baltacı

İstinadlar redaktə


Saytda 164 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023