Qanqren Haqqinda Melumat - Vikipedia

Qanqren Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Qanqren

xəstəlik

Qanqren (yun. gangraina) — toxumanın, orqanın və ya bədənin bir hissəsinin çürüməsi (nekrozu). Toxumalara oksigen ya heç çatmadıqda, ya da cüzi miqdarda çatdıqda başlayır. Adətən ürəkdən çox aralı nahiyələrdə, məsələn, barmaqlarda, yaxud infarkt zamanı ürək əzələsində, ya da ağciyərdə olur. Qan damarlarığın trombozu, ateroskleroz, endarteriit və s. xəstəliklər, habelə mexaniki (travma), fiziki (yanıq, donma), kimyəvi (qatı turşu və qələvilərin təsirindən), şüa və s. amillərin təsiri nəticəsində baş verir.

Qanqren
Əl barmaqlarının qanqreni
Əl barmaqlarının qanqreni
XBT-10 R02., I70.2, E10.2, I73.9
XBT-9 040.0, 785.4
DiseasesDB 19273
MedlinePlus 007218
MeSH D005734
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növləri redaktə

Qanqrenin 3 növü var: quru, yaş və qazlı qanqren.

Quru qanqren redaktə

Toxumalara qan axını birdən kəsildikdə və toxumalar quruduqda başlayır. Çürümüş toxuma bərkiyir, büzüşür, toxuma zülallarının laxtalanması, qan piqmentlərinin parçalanması nəticəsində tünd-qəhvəyi, yaxud qara rəng alır. Qan axını dayanan zonada şiddətli ağrı olur. Qanqren olan yer soyuyur, dərinin həssaslığı və nəbz itir. Toxumalar kənarlardan mərkəzə doğru ölgünləşir. Bədənin qanqrenli yerinin funksiyası pozulur. Bir müddətdən sonra, ölgün hissə ilə sağlam toxuma sərhədində reaktiv iltihab başlayır və ölgün hissənin qopması ilə nəticələnir. Daxili orqanların aseptik nekrozunda ölgün sahə tədricən yox olur, yerində sist əmələ gəlir və s.

Yaş qanqren redaktə

Yaş qanqrendə zədəli sahə boz-qonur rəng alır, toxumalar şişir, həcmi böyüyür. Adətən, yumşaq kütləyə çevrilir və çürüntü iyi verir, getdikcə çürüyür. Ölgün toxumalar bədəndən ayrılır. Orqanizm zəif olduqda çürümə məhsulları qana keçib qan iltihabı ilə - sepsislə nəticələnir (bu şəkərli diabet xəstələrində daha çox təsadüf edilir). Yaş qanqrendə zədəli toxumaların üst qatının həssaslığı itir, dəridə ağrı olur. Temperatur yüksəlir.

Qazlı qanqren redaktə

Qanqrenin ən təhlükəli növü hesab edilir. Ağır qəzalar zamanı zədələnmiş yerin iltihabı nəticəsində yaraya aneorob bakteriyaların yoluxması nəticəsində əmələ gəlir. Zədələnmiş toxumaların hüceyrə balansı pozulduğu üçün toxuma nekrozlaşır və burada şişkin, qazla dolu qovuqcuqlar yaranır. Ağırlaşma zamanı həmin toxumalar amputasiya edilir.

Müalicəsi redaktə

Qanqreni törədə bilən səbəbləri aradan qaldırmaq, qan köçürmək, antibiotik vurmaq, bütün bunlar heç bir müsbət nəticə vermədikdə isə, cərrahi əməliyyat ilə amputasiya. (orqan,toxuma və ətrafların müəyyən səbəblərdən dolayı bədəndən cərrahi üsulla kəsilib ayrılması)


Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023